Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8

Abstract

Xülasə Naxçıvan – yaşı min illərlə ölçülən çoxəsrlik tarixə, zəngin maddi və mənəvi mədəniyyətə, bəşər tarixinin ilk dövrlərinə və sonrakı yüzilliklərə aid özünəməxsus arxeoloji və etnoqrafik abidələrə malik olan qədim Azərbaycan diyarıdır. Naxçıvan əsrlər boyu özünün zəngin təbii sərvətləri, heyrətamiz, gözəl və saf təbiəti, şəfaverici suları və bitkiləri ilə şöhrət qazanmışdır. Naxçıvan, eyni zamanda, Qədim və Orta əsrlərdə elmin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə bəşəriyyətə böyük şəxsiyyətlər, yaradıcı dahilər bəxş etmiş bir məkandır. Azərbaycanın ayrılmaz parçası olan bu qədim diyarın elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin yaratdığı qiymətli elmi, mədəni, ədəbi dəyərlər, maddi-mənəvi abidələri, o cümlədən, xalq yaradıcılığı, aşıq və muğam sənəti bütün Şərq mədəniyyətini zənginləşdirmiş və inkişaf etdirmişdir. Naxçıvanda görkəmli rəssamlar, memarlar və şairlər ilə yanaşı, rəqs sənətinin biliciləri, peşəkar muğam ifaçıları və ustad aşıqlar yaşayıb-yaratmışlar. Naxçıvanda fəaliyyət göstərən ədəbi mühitlərdə, musiqili-poetik məclislərdə, ənənəvi bayram mərasimlərində rəqqaslar, xanəndə və sazəndələr də fəal iştirak etmiş, daim muğamlar, təsniflər, xalq mahnıları səsləndirmişlər. Naxçıvan çox zəngin folklor mühitinə və ənənələrinə malikdir. Bu diyarın, demək olar, hər bir bölgəsi özünəməxsus folklor janrları, folklor-ifaçılıq ənənələri ilə seçilir. Naxçıvanın qədim yallı janrının ən çox yayıldığı region olması faktı da artıq elmi dəlillərlə təsdiqini tapmışdır.

Authors and Affiliations

Amil Əsgərov Naxçıvan Dövlət Universiteti pedaqogika üzrə fəlsəfə doktoru

Keywords

Related Articles

ORTA ƏSR AZƏRBAYCAN MEMARLIĞININ ORNAMENTAL HƏLLİ

Xülasə Orta əsr Müsəlman Şərq intibahı dövründə tikilən memarlıq əsərlərinin bütün quruluşlarının araşdırılmasında riyazi sübut dayanır. Bu elmin doğruluğunu təsdiq etmək etmək üçün tədqiqatlar aparılmışdır. Gümana sö...

“TEXNOLOGİYA MÜƏLLİMLİYİ” HAZIRLIĞINDA ÖLÇÜ VAHİDLƏRİNDƏN İSTİFADƏ SƏVİYYƏSİ

Xülasə Bu araşdırmada bəzi uzunluq ölçü vahidlərinin riyazi semantikasından və ri­ya­zi-poe­tik mə­na alə­mindən söhbət açılır, müasir “texnologiya müəllimliyi” hazırlığında ölçü vahidlərindən istifadə səviyyəsi tədqi...

POEZİYA MƏTNLƏRİNİN SİNTAKTİK PARALELİZMLƏRİNDƏ QƏNAƏT PRİNSİPİNİN LİNQVOKULTUROLOJİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Poeziya mətnlərində ən çox istifadə edilən linqvistik fiqurlardan, modellərdən biri də sintaktik paralelizmlərdir və bu kateqoriyaya daxil olan təkrar növləri şeir dilində intensiv çıxış edərək poetik fikri dah...

NASOS SİSTEMLƏRİNİN EFFEKTİVLİYİNİ GÜCLƏNDİRƏN YENİ TEXNOLOGİYALAR VƏ ÜSULLAR

Xülasə Yüksək ixtisaslaşmış dəniz qazma sahəsində nasos sistemlərinin səmərəliliyi və etibarlılığı əməliyyatların uğurunda və ətraf mühitin davamlılığında mühüm rol oynayır. Məqalə dənizdə qazma tətbiqlərində istifadə...

DATA MİNİNGDƏ SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİNDƏN İSTİFADƏNİN YENİLİKLƏRİ

Xülasə Süni Neyron Şəbəkələri (Artificial Neural Networks) böyük verilənlər bazasında mürəkkəb nümunələri və əlaqələri öyrənmək qabiliyyətinə görə data miningdə geniş istifadə edilmişdir. Data mining-də ANN-lərin isti...

Download PDF file
  • EP ID EP743939
  • DOI 10.36719/2789-6919/36/9-14
  • Views 41
  • Downloads 0

How To Cite

Amil Əsgərov Naxçıvan Dövlət Universiteti pedaqogika üzrə fəlsəfə doktoru (2024). Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri. Scientific Research, 4(8), -. https://europub.co.uk/articles/-A-743939