ABŞ‒Çin rəqabətinin hücum realist perspektivindən təhlili

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 9

Abstract

Xülasə Cənubi Çin dənizi zəngin enerji ehtiyatlarına və strateji dəniz ticarət yollarının kəsişməsində yerləşməsinə görə qlobal geosiyasi tarazlıqlarda mühüm rol oynayır. Regionda təhlükəsizlik narahatlıqları və müxtəlif aktorlar arasında münaqişə potensialı Cənubi Çin dənizinin geosiyasi əhəmiyyətini artırır. Dəniz sərhədləri ilə bağlı mübahisələr, suverenlik iddiaları və regionda artan hərbi mövcudluq Cənubi Çin dənizini potensial təhlükəsizlik təhdidinə və münaqişə zonasına çevirir. Bu vəziyyət xüsusilə ABŞ və Çin arasında rəqabətin regionda təhlükəsizlik və sabitliyi formalaşdıran mühüm dinamika çevrilməsinə səbəb olur. Çin Cənubi Çin dənizindəki adalara və dəniz ərazilərinə iddiaları ilə bölgədə suverenlik mübarizəsini qızışdırır. Süni adaların tikintisi və hərbi bazaların yaradılması Çinin dəniz iddialarını gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu addımlar Çinin regionda dəniz gücü kimi yüksəlişini nümayiş etdirsə də, bölgədəki qüvvələr balansına dərindən təsir edir. Üstəlik, bu vəziyyət ABŞ-nin regional təhlükəsizliyi təmin etmək siyasətinə meydan oxuyur. Çinin artan təsiri təkcə onun regional dəniz sərhədlərinə iddialarını deyil, həm də beynəlxalq hüququn pozulmasını və potensial regional qeyri-sabitliyi vurğulayır.

Authors and Affiliations

Kənan Əhmədov Bakı Dövlət Universiteti doktorant

Keywords

Related Articles

DÖVLƏTİN İNFORMASİYA SİYASƏTİNİN EFFEKTİV DÖVLƏT İDARƏÇİLİYİNƏ TƏSİRİ

Xülasə Məqalədə informasiya siyasətindən, dövlətin fəaliyyətlərinin şəffaflığı və hesabatvericiliyinin təmin edilməsində əhəmiyyətli rolundan bəhs edilir. Məlumatın açıqlığının və şəffaf şəkildə paylanmasının təmin ed...

AN ANALYTICAL PERSPECTIVE ON THE HYPOTHESES CONCERNING THE ORIGINS OF ARMENIANS

Abstract Various hypotheses concerning the Armenian people's ancestry are the primary subject of this article. There has been an investigation into Biblical, Phrygian, Hittite, Hayasa, and South Caucasus theories. Eac...

YENİ ƏHDİ EHTİVA EDƏN İNCİLLƏRİN YAZILMASININ MÜQAYİSƏLİ TƏHLİLİ

Xülasə Məqalədə Yeni Əhdə daxil olan kitablar, onların əhatə etdiyi mövzular və İncillər arasında olan fərqlər araşdırılıb. İncillərin yazılma tarixi və müasir zəmanəmizə necə çatması maraq doğuran məsələlərdəndir. Əl...

ƏDALƏT MÜHAKİMƏSİNİN PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ

Xülasə Ədalət mühakiməsinin əsas prinsipləri bunlardır: Məhkəmələrin müstəqilliyi, bərabərlik və qərəzsizlik, qanunun aliliyi, toxunulmazlıq, şəffaflıq, ictimai iştirakçılıq, hüquqi təminatlar, hüquqi səriştə və maari...

PİLOTSUZ UÇUŞ APARATLARININ RADİOELEKTRON SİSTEMİNİN REALİZASİYASI

Xülasə Pilotsuz Uçuş Aparatlarının (PUA) inkişafı və istifadəsi perspektivləri göstərilmişdir. Müəyyən edilmişdir ki, təyyarələrin rolu onların müxtəlif fəaliyyət sahələrində uğurla həyata keçirilməsi ilə artır, bəzən...

Download PDF file
  • EP ID EP747380
  • DOI 10.36719/2663-4619/106/9-14
  • Views 27
  • Downloads 0

How To Cite

Kənan Əhmədov Bakı Dövlət Universiteti doktorant (2024). ABŞ‒Çin rəqabətinin hücum realist perspektivindən təhlili. Scientific Work, 18(9), -. https://europub.co.uk/articles/-A-747380