ANARIN NƏSRİNDƏ QARABAĞ NİSGİLİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4

Abstract

Xülasə Anarın rəngarəng mövzulardan ibarət olan yaradıcılığı cəmiyyəti narahat edən, xalqın ümumi mənafeyinə xidmət edən bir çox məsələyə toxunan mövzulardan ibarətdir. Bu mövzular yazıçının xalqla əlaqəsinin daha da möhkəmlənməsində, oxucuların qəlbinə tapdığı yolda uğurla irəliləməsində əsas rol oynayır. Bu səbəbdəndir ki, Anarın əsərləri illər keçməsinə baxmayaraq öz aktuallığını saxlayır. Lirik əsərlərində duyğuların bədii notlarla ifadəsində qazandığı oxucu məhəbbətindən daha çox Anar epik əsərlərində insanın daxili duyğularını qeyri-adi yox, tamamilə təbii və səmimi şəkildə təsvir etməyi bacarmışdır. Bu əsərlər daha çox insanın psixikasının təzahürünün nəticəsi olaraq meydana çıxmışdır. Şübhəsizdir ki, hər bir vətəndaşın qəlbində böyüdüyü vətəninin dərdləri sağalmaz izlər buraxır. Azərbaycan xalqının qəlbinə salınmış izlərdən biri də məhz Qarabağ dərdi idi. Qalibiyyətə qədərki dövrdə bu mövzuya bir çox qələm sahibləri dönə-dönə müraciət etmişdir. Bu yazıçılardan biri olan Anar da Qarabağ, Şuşa mövzusunu əsərlərində dəfələrlə işıqlandırmışdır. Anarın “Otel otağı”, “Ağ qoç, qara qoç”, “Vahimə” və s. əsərlərində bu mövzuya xüsusilə müraciət olunmuşdur. Yazıçının bu əsərlərin fonunda ifadə etdiyi fikir isə nəinki yazıçı, hətta ümumxalq mənafeyinə xidmət edir. Müəllif Kərim Əsgəroğlu obrazının simasında keçmiş xatirələri yenidən oyadaraq hadisələrə vətəndaş mövqeyindən nəzər salmış və etirazını bildirmişdir.

Authors and Affiliations

Ceyhunə Aslanova

Keywords

Related Articles

MUSİQİ TƏLİMİNİN TƏRBİYƏEDİCİ İNKİŞAFI

Xülasə Pedaqogikanın əsas prinsiplərindən biri təlimin tərbiyəedici prinsipidir. Musiqi pedaqogikasının öyrəndiyi sahələrdən biri də tərbiyə problemləridir. Başqa sözlə desək musiqinin imkanlarından, təsir gücündən, b...

The Problem of National Identity of Azeri Turks in Iran from a Linguistic Perspective and Its Solutions in a Sociological Perspective

The number of Azerbaijanis who are living in Iran is significant, both in official and unofficial calculations. The state language in Iran is Persian. However, the chances of the Azeri people developing their language, c...

AZƏRBAYCANDA “YAŞIL TEXNOLOGİYALARIN” TƏTBİQİNDƏ ÇƏTİNLİKLƏR VƏ İMKANLAR: DAVAMLILIQ VƏ İNNOVASİYAYA DİQQƏT

Xülasə Bu tədqiqat işi davamlılıq və innovasiyaya xüsusi diqqət yetirməklə Azərbaycanda yaşıl texnologiyaların tətbiqi ilə bağlı çətinlikləri və imkanları araşdırır. Azərbaycan inkişaf etməkdə olan ölkə kimi davamlı v...

TƏLİM PROSESİNDƏ EKOLOJİ TƏRBİYƏNİN TƏŞKİLİ

Xülasə Müasir dünyamızda son dərəcə böyük ekoloji problemlər mövcuddur. İnsanlar müxtəlif seçimlər qarşısında qalmışdır. Bunun nəticəsidir ki, respublikamızda ekoloji problemlərə diqqət xeyli artmış, bu mövzuya həsr o...

TURİZM ÜZRƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİN ÜNSİYYƏT BACARIQLARI

Bu gün hər bir biznesdə olduğu kimi, əmək tutumlu turizm sektorunda da insan resursları çox önəmlidir. Peşə təhsilinin davam etdirilməsi təhsil prosesində turizm tələbələrinin ünsiyyət bacarıqlarının mənimsənilməsinə və...

Download PDF file
  • EP ID EP748696
  • DOI 10.36719/2706-6185/34/95-98
  • Views 39
  • Downloads 0

How To Cite

Ceyhunə Aslanova (2024). ANARIN NƏSRİNDƏ QARABAĞ NİSGİLİ. Ancient Land, 6(4), -. https://europub.co.uk/articles/-A-748696