Azərbaycan Respublikasında və digər dövlətlərdə cinayət prosesi üzrə prokurorun prosessual qərarlarının müqayisəli-hüquqi təhlili

Journal Title: Nature & Science - Year 2025, Vol 19, Issue 5

Abstract

Bu məqalədə müxtəlif ölkələrin hüquq sistemlərində prokurorun qəbul etdiyi prosessual qərarların mahiyyəti və tətbiqi qaydaları müqayisəli şəkildə araşdırılır. Müəyyən edilir ki, prokurorun funksiyaları — cinayət təqibinin başlanması, istintaqa rəhbərlik edilməsi, ittiham irəli sürülməsi və prosessual qərarların qəbul edilməsi — ölkələrin hüquq sistemindən və tarixi inkişafından asılı olaraq dəyişir. Roman-german hüquq ailəsinə daxil olan ölkələrdə (məsələn, Almaniya, İsveçrə) prokuror daha çox istintaqa rəhbərlik edir və məhkəmə ilə sıx əməkdaşlıq şəraitində qərarlar qəbul edir. Anqlosakson sistemində (ABŞ kimi) isə prokuror əsasən ittiham irəli sürmə və ittihamdan imtina qərarları ilə tanınır. Post-sovet ölkələrində isə prokuror həm nəzarət, həm də icraedici səlahiyyətlərə malikdir. Bəzi ölkələrdə prokurora alternativ cinayət təqibi tədbirləri görmək və ya işə xitam vermək hüququ da verilir. Ümumilikdə, prokurorun qəbul etdiyi qərarlar cinayət prosessual hüququ çərçivəsində mühüm hüquqi nəticələr doğurur və bu qərarlar hüquqi münasibətləri yarada, dəyişdirə və ya xitam verə bilər.

Authors and Affiliations

Barat Sadıqov

Keywords

Related Articles

ŞİRVANIN BOZ-ÇƏMƏN TORPAQLARINDA ÜZVİ GÜBRƏLƏRİN TƏRƏVƏZ ALTINDA SƏMƏRƏLİLİYİ

Pollution of the environment with waste is the basis of the degradation of the natural system. To prevent this, it is necessary to protect natural resources as much as possible and organize the recycling of waste. Azerba...

BABƏK VƏ KƏNGƏRLİ RAYONLARINDA YAYILMIŞ SPHECIFORMES QRUPUNA DAXİL OLAN ZARQANADLILARIN FAUNASI VƏ EKOLOGİYASI

Xülasə Məqalədə qazıcı arıların torpaqda yuvalaması, müxtəlif həşərat növlərinin sayının biotənzimlənməsində rolu, yetkin fərdlərin çiçək nektarı və tozcuqları ilə, sürfələrinin isə digər həşəratlarla və onların iflic...

The Influence of Spraying and Fertilizer Rate on the Structural Indicators of Soft Wheat Varieties in the Mountainous Areas of Guba Region

Abstract The article mentions different productivity indicators of sowing, fertilizer and without fertilizer. From the results of the research, it is seen that the influence of cultivation factors on the productivity...

ANADANGƏLMƏ TOKSOPLAZMOZUNKLİNİK - EPİDEMİOLOJİ ASPEKTLƏRİ

Anadangəlmə toksoplazmoz - Toxoplasma gondii paraziti vasitəsilə gözlərdə törədilən infeksiyadır. Toksoplazmoz bütün dünyada gözlərdə iltihabın yaranmasının ən geniş yayılmış səbəblərindən biridir. Anadangəlmə toksoplazm...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALÇA SORT VƏ FORMALARININ TƏDQİQİ

Çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən alça genofondu müəyyənləşdirilmiş, bioloji xüsusiyyəti və pomoloji göstə...

Download PDF file
  • EP ID EP769100
  • DOI 10.36719/2663-4619/115/106-110
  • Views 3
  • Downloads 0

How To Cite

Barat Sadıqov (2025). Azərbaycan Respublikasında və digər dövlətlərdə cinayət prosesi üzrə prokurorun prosessual qərarlarının müqayisəli-hüquqi təhlili. Nature & Science, 19(5), -. https://europub.co.uk/articles/-A-769100