AZƏRBAYCAN-TÜRKİYƏ STRATEJİ MÜTTƏFİQLİYİNİN REGİONAL TƏHLÜKƏSİZLİK BAXIMINDAN ƏHƏMİYYƏTİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 2

Abstract

Xülasə Cənubi Qafqaz dünyanın etnik baxımdan ən mürəkkəb regionu olması etibarilə, etno-siyasi münaqişələr hər zaman mövcud olmuşdur. Bu isə bölgəyə marağı olan xarici qüvvələrin daha rahat hərəkət etmələrinə şərait yaratmışdır. 2020-ci ildə baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin Azərbaycan Respublikasının böyük qələbəsi ilə nəticələnməsi, təkcə otuz ildir davam edən Qarabağ probleminin aradan qalxması və Azərbaycanın torpaq bütövlüyünü təmin etməsi ilə nəticələnmədi, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun uzunmüddətli təhlükəsizliyi, bölgə dövlətləri arasında əməkdaşlığın formalaşdırılması üçün güclü zəmin yaratdı. Bu məqalədə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının Cənubi Qafqaz regionunun təhlükəsizliyi və bölgə dövlətləri arasında qarşılıqlı əməkdaşlıq şəraitinin meydana gəlməsi baxımından əhəmiyyəti tədqiq edilmişdir. Bu məqsədlə, siyasi elmin bir sıra elmi tədqiqat metodlarından, məlumatların əldə edilməsi üsullarından istifadə etməklə mövzu geniş şəkildə araşdırılmışdır. Bu zaman həm Türkiyə-Azərbaycan strateji müttəfikliyi və onun inkişaf tarixi, həmçinin bu müttəfikliyin bölgənin təhlükəsizliyi və sabitliyi baxımından əhəmiyyəti müəyyən edilməyə çalışılmışdır. Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda daha geniş mənada sülh və əməkdaşlıq şəraiti üçün güclü zəmin formalaşdı. Bu isə Türkiyənin Azərbaycana açıq şəkildə verdiyi siyasi, hərbi və diplomatik dəstək sayəsində mümkün oldu. İki dövlət arasında bu gün artıq strateji müttəfiklik səviyyəsinə yüksələn münasibətlər, Cənubi Qafqaza marağı olan bütün dövlətlərin diqqət mərkəzində saxladığı əsas faktorlardan biridir. Bu faktor Cənubi Qafqaz regionunda pozucu yox, qurucu rol oynamaqla, bölgənin təhlükəsizliyinə töhfə verəcəkdir.

Authors and Affiliations

Günel Yusibova

Keywords

Related Articles

ELEKTRON VERGİ XİDMƏTİNİN MÜASİR VƏZİFƏLƏRİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə Elektron vergi xidmətlərinin cari vəzifələrinin təhlili və qiymətləndirilməsi, vergi idarələri və digər məsul şəxslər bu texnologiyaların məqsədəuyğunluğunu müəyyən edə bilirlər. Elektron vergi xidmətlərinin ef...

ŞİMALİ AZƏRBAYCANIN TARİXƏQƏDƏRKİ DÖVRLƏRİNDƏ MADDİ-MƏNƏVİ İSTEHSAL MƏDƏNİYYƏTİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Şimali Azərbaycana məxsus indiki ərazidə təbii relyefin yaranmasında daxildən ekzogen xaricdən-kənardan geocoğrafi təbəqəyə kainat enerjisinin-materyanın daxilolma qüvvəsini əhatə edən proseslərlə formalaşan-sə...

1937-1938-Cİ İLLƏRİN KÜTLƏVİ REPRESSİYALARI VƏ AZƏRBAYCAN ALİ TƏHSİL SİSTEMİ

Xülasə Məqalədə 1937-1938-ci illərin kütləvi repressiyalarının Sovet hakimiyyətinin Azərbaycanda milli-mənəvi sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğu, bu repressiyaların Azərbaycan cəmiyyətinin zəkalar...

İRANIN NÜVƏ BÖHRANININ HƏLLİ CƏHDLƏRİ

Xülasə Məqalədə İranın nüvə böhranının həllinə yönəlmiş fəaliyyətinin əsas inkişaf mərhələləri nəzərdən keçirilir. Müəllif İran ətrafında yaranmış nüvə böhranının əsas məqamlarına aydınlıq gətirir. İranın beynəlxalq...

KOB-LARIN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏYƏ KEÇİD ZAMANI ÇƏTİNLİKLƏRİ VƏ PERSPEKTİVLƏRİ

Xülasə Avtomatlaşdırılmış idarəetməyə keçid kiçik və orta sahibkarlıq (KOB) üçün həm çətinliklər, həm də perspektivlər təqdim edir. Avtomatlaşdırma səmərəliliyin artırılması, xərclərin azaldılması və məhsuldarlığın ar...

Download PDF file
  • EP ID EP749589
  • DOI 10.36719/2706-6185/32/49-54
  • Views 18
  • Downloads 0

How To Cite

Günel Yusibova (2024). AZƏRBAYCAN-TÜRKİYƏ STRATEJİ MÜTTƏFİQLİYİNİN REGİONAL TƏHLÜKƏSİZLİK BAXIMINDAN ƏHƏMİYYƏTİ. Ancient Land, 6(2), -. https://europub.co.uk/articles/-A-749589