AZƏRBAYCAN XALQININ MƏNƏVİ MƏDƏNİYYƏTİNDƏ ZOOMORF KOMPONENTLƏRƏ DAİR
Journal Title: Nature & Science - Year 2022, Vol 4, Issue 6
Abstract
Mənəvi mədəniyyət insan zəkasının yaratdığı, onun iç dünyasından xəbər verən, arzu və istəklərindən doğan maddi mədəniyyətlə kəskin sərhəd ayrılığı olmayan mədəniyyətdir. Buraya adət və ənənələr, din, fəlsəfi görüşlər, inam və etiqatlar, xalq yaradıcılığı daxildir. Azərbaycsn xalqının mənəvi mədəniyyəti, onun tarix boyu keçdiyi inkişaf mərhələləri ilə, zamanla formalaşdırdığı dəyərlərlə mübarizə tarixi ilə zəngin bir irs təşkil edir. İnam və inanc dünyasında hifz edib yaşatdığı zoomorfik komponentlər minilliklərdən boylanan canlı tarixdir. Təsərrüfat məşğuliyyəti, təbiətlə ünsiyyəti özündə ehtiva edən zoomorfik elementlər holavarlarda, sayaçı sözlərdə, əmək nəğmələrində, bayatılarda, dastan və rəvayətlərdə, əfsanələrdə, nağıllarda, oxşama və əzizləmələrdə, atalar sözlərində, məsəllərdə, tapmacalarda öz əksini tapmışdır. Landşaft, iqlim amili ilə bağlı yerli coğrafi arealda yaşayan fauna şübhəsiz insan mənəvi dünyasında önəm daşıyan yer tutur. Tədqiq edilən tədqiqat subyekti məqalənin imkan verdiyi həcm səviyyəsində araşdırılaraq aşağıdakı nəticəyə köklənir. Azərbaycan xalqının mənəvi mədəniyyəti bu mədəniyyətin əhatə etdiyi sahələrin hamısında zəngin zoomorf etnoqrafik rəngarəngliyə malikdir. Bu inam və etiqatların alt qatlarında insanın özünü və dünyanı dərk etmə istəyi, hümanist yanaşılan insan-təbiət münasibətləri durur. Ən başlıcası isə həşəratlardan tutmuş iri məməlilərə qədər faunanın insan həyatındakı əvəzsiz roluna çox böyük hörmətlə yanaşılması, təbiətin bəxş etdiyi bütün canlılara öz mənəvi dünyasında məhəbbətlə yer verməsi ana xətt təşkil edir.
Authors and Affiliations
Pərviz Ağasəməd oğlu Yəhyalı
AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN VİSSERAL LEYŞMANİOZLA XƏSTƏLƏNMƏ DİNAMİKASI
Son illərdə viseral leyşmaniozun qalıq ocaqları aktivləşib və leyşmanioz bütün Azərbaycan Respublikasında yayılıb və dislaziya 46-dan çox rayon və şəhərdə qeydə alınıb. Son 30 il ərzində əhali arasında 660 xəstə müəyyən...
MİNERAL GÜBRƏ FONUNDA ÜZVİ GÜBRƏLƏRİN PAMBIQ VƏ SORQO BİTKİSİNİN MƏHSULDARLIQ VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ
In order to study the influence of organic fertilizers against the background of minerals on the yield and quality of cotton and sorghum, experiments were laid under the conditions of gray-meadow soil of the Shirvan zone...
CLINICAL IMPORTANCE OF THE RELATIONSHIP BETWEEN EPIGENETIC MECHANISM AND PARKINSON'S DISEASE
Today, epigenetics is more commonly used for heritable changes in gene expression. While no change is observed in the DNA sequence, chromatin changes such as DNA methylation, histone modification, and nucleosome position...
KÜRÜ TÖKDÜKLƏRİ SUBSTRATA GÖRƏ BALIQLARIN EKOLOJİ QRUPLARI
The article deals with the reproduction of fish. Fish reproduce at different ages. Reproduction occurs at different times in the life of fish. Most fish reproduce by spawning. The spawning conditions of fish are very dif...
Investigation of allergic reactions in helminthiasis
Abstract Identification and characterization of allergens associated with helminth infestations is important. These allergens belong to common allergens and have different biological functions. The activity of some al...