AZƏRBAYCANDA ELEKTRON TİCARƏTİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Elektron ticarətin tarixi yalnız təxminən iki onillik intensiv inkişafı əhatə edir ki, bu da iqtisadiyyatın digər sahələrinin tarixi ilə müqayisədə az bir zaman dövrü kimi görünür. Elektron ticarətin ilk sistemləri və üsulları aviabiletlərin, plastik kartların satışının avtomatlaşdırılması texnologiyalarının yaranmasına və avtomatlaşdırılmış müəssisə resurslarının idarə edilməsi sistemlərinin qurulmasına borcludur.mElektron ticarət internet texnologiyalarından istifadə etməklə pul qazanma prosesidir və ya malların seçilməsi və sifarişinin kompüter şəbəkələri vasitəsilə həyata keçirildiyi, alıcı ilə təchizatçı arasında ödənişlərin isə elektron sənədlərdən istifadə olunmaqla həyata keçirildiyi məhsul tədarükü formasıdır. Məqalədə elektron ticarət anlayışı, elektron ticarətin Azərbaycandakı mənfi və müsbət cəhətləri araşdırılmışdır.
Authors and Affiliations
Azər Kərimov
AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İNNOVASİYALARININ TƏTBİQİNİN STİMULLAŞDIRILMASI
Xülasə Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə baxılır, innovasiyaların tətbiqinin stimullaşdırılması...
BANKLARIN YENİDƏN TƏŞKİLİ PROSESİ
Xülasə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci...
LOGİSTİK STRATEGİYALARIN İŞLƏNMƏSİNİN NƏZƏRİ ƏSASLARI, KONSEPSİYALARI VƏ VƏZİFƏLƏRİ
Xülasə Logistika maddi texniki ehtiyatların axını və saxlanmasının səmərəliliyini planlaşdırma, həyata keçirmə və izləmə prosesidir. Bir məhsulun nəqliyyat, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, paylama kimi...
ORTA MƏKTƏBDƏ FUNKSİYA ANLAYIŞININ TƏDRİSİ HAQQINDA
Xülasə Funksiya anlayışı orta məktəbin 7-ci sinifindən etibarən tədris edilən ən önəmli bölmələrdən biridir. Elmdə gedən sürətli inteqrasiya prosesi bütün sahələri müəyyən bir platformada birləşdirməyə imkan verən bir...
TƏLƏBƏLƏRİN AKADEMİK FƏALİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR VƏ ONLARIN TƏDRİS PROSESİNDƏ İDARƏ OLUNMASI
Xülasə Akademik iştirak tələbələrin tədris prosesində fəal iştirak etməsi və kurs materialları ilə qarşılıqlı əlaqədə olması deməkdir. Bu, sinif fəaliyyətlərində iştirak etmək, kurs materiallarını nəzərdən keçirmək, s...