AZƏRBAYCANDA XURMA CİNSİ NÖVLƏRİNİN YAYILMA AREALLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ GENOFONDUNUN YARADILMASI
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 10
Abstract
Xülasə Tədqiqat işimizdə Azərbaycanın müxtəlif bölgələrində xurma cinsi növlərinin yayılma arealları müəyyənləşdirilmişdir. Həmçinin xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus. L), Şərq xurması (Diospyros kaki L.) və Virginiya xurması (Diospyros Virginiana L.) növlərinin floradakı yerini tədqiq etməklə mövcud bioloji xüsusiyyətləri müəyyən edilmişdir. Şərq xurması (Diospyros kaki) Şəki-Zaqatala bölgəsində becərilən bitkilər arasında birinci yeri tutur. Azərbaycanın şimal-qərb bölgəsində şərq xurması əkilən sahələr çox olduğundan 2017-ci ildə Balakən rayonunun Katəks kəndində müasir standartlara cavab verən “Balxurma” meyvə qurutma fabriki fəaliyyətə başlayıb. Bu fabrikdəki xurma əsasən ixrac olunur. Xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus L) növünün bölgələrin biomüxtəlifliyində bioloji xüsusiyyətləri müəyyən edilməklə bu növün genofondunun qorunması və davamlı istifadəsinin yolları tədqiq olunmuşdur. Xurma kolleksiyasının yaradılması bu bitki üzrə seleksiya işlərinin effektiv qurulmasına kömək edəcəkdir.
Authors and Affiliations
Natavan Baxşəliyeva
UZUN SÜRƏN NEONATAL SARILIQ HALLARININ BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Hal-hazırda yeni doğulmuş körpələrin ən aktual problemlərindən biri də neonatal sarılıqlardır. Neonatal sarılıqlar vaxtında doğulmuş körpələrin təxminən yarısında, vaxtından erkən doğulmuş körpələrin isə 75-80...
DİSFUNKSİONAL UŞAQLIQ QANAXMALARININ DİFFERESASİYASI
Uşaqlıq qanaxmaları menstruasiya ilə müqayisədə uzun müddətli olması, qan itkisinin həcmi və qatılığı ilə fərqlənən anormal ifrazatlardır. Uşaqlıq qanaxmaları follikulların persistensiyası və atreziyası fonunda əmələ gəl...
The Role of Calcium carboxylate in PVC Heat Stabilization: Mechanisms and Applications
To replace heat stabilizers containing heavy metals in polyvinyl chloride (PVC), the effectiveness of calcium carboxylate synthesized from soybean wax—produced via the hydrogenation of soybean oil—as an environmentally f...
SPIRITUALS THE TERRITORY OF KAZAKHSTAN AS OBJECTS TOURIST AND RECREATION DIRECTION
Abstract The article examines the spiritual shrines of the territory of Kazakhstan. The educational discipline "Geography of spiritual shrines of Kazakhstan" developed in Kazakh National Women's Teacher Training Unive...
KOMPOSTLARIN QARĞIDALI BİTKİSİ ALTINDA EFFEKTLİYİ
Pollution of the environment with waste is the basis of the degradation of the natural system. To prevent this, it is necessary to protect natural resources as much as possible and organize the recycling of waste. Azerba...