BAKI ŞƏHƏR TORPAQLARINDA QEYDƏ ALINAN GÖBƏLƏKLƏRİN EKOLOJİ VƏ TROFİK İXTİSASLAŞMASI
Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 1
Abstract
Xülasə Məqalədə tədqiqatların aparılması üçün Bakı şəhərində müxtəlif təsirlərə məruz qalmış boz qonur torpaq tipindən 5 sahə seçilmişdir. Təqdim olunan işin məqsədi Bakı şəhərinin müxtəlif xarakterli antropogen təsirə məruz qalan eyni torpaq tipinin, yəni boz qonur torpaqların göbələk biotasının növ tərkibinə, mikokompleksin formalaşmasında iştirak edən növlərin ekolo-trofik əlaqələr baxımından ixtisaslaşmasının təzahür formalarına, ekofiziologiyasına, eləcə də göbələklərin antropogen təsirlərə cavab reaksiyasına görə qiymətləndirilməsinə həsr edilmişdir. Alınan nənticələrdən aydın oldu ki, tədqiq edilən biotoplarda qeydə alınan göbələklərin təmiz kulturalarının böyüməsi üçün əlverişli olan temperatur və ilkin pH görə xarakteristikası zamanı isə antropogen təsirlərin xarakterindən irəli gələn kəskin fərqlər müşahidə olunmur. Qeydə alınan göbələklərin əksəriyyəti temperatura münasibətdə mezofil, az bir hissəsi isə termotolerantdır və qeydə alınan göbələklər arasında psixrofillərə və həqiqi termofillərə isə rast gəlinmir. Mühitin pH-nın 4,9-5,9 arasında yerləşməsi qeydə alınan göbələklərin hamısı üçün optimal hesab edilsə də, qeydə alınan göbələklər arasında Aspergillus fumigatus, A.ochraceus, M.hiemalis və Ulocladium chartarum kimi alkotolerantlar da yer alır. Fərqli antropogen təsirlərə məruz qalan torpaqların mikobiotasının formalaşmasında iştirak edən göbələklərin təsirlərdən doğan cavab reaksiyasının müəyyənləşdirilməsi zamanı aydın oldu ki, nisbi torpaqlarda rast gəlinən induksiya olunmaqla aktivləşən, neftlə çirklənmiş torpaqlarda isə həssas (ingibirləşən qrup) növlərə rast gəlinmir. Bakı şəhərinin fiziki-kimyəvi göstəricilərinə, antropogen təsirin xarakterinə görə fərqlənən torpaq sahələrinin mikobiotasının formalaşmasında 53 göbələk növü iştirak edir. Qeydə alınan göbələk növlərinin sayı nisbi torpaqlara xas olan mikomüxtəlifliyin növ tərkibinə görə azalmasına səbəb olur ki, bu da özünü ən yüksək səviyyədə neftlə çirklənmiş torpaqlarda biruzə verir.
Authors and Affiliations
Qumru Balaxanova
Assessment of the Hazard Risk That May Arise During the Transportation of Hazardous Chemicals by Vehicle Transport
Abstract During our modern era, there are various types and numbers of chemically dangerous objects in the territory of our Republic, and they are constantly in operation. Thus, during the operation of these objects,...
Causes Degradation of Summer Pastures and Ways to Solve Them
Abstract Degradation of lands (and pastures) is the deterioration of the properties, fertility and productivity of lands as a result of economic activity. Summer pastures are usually represented by cereals and cereal-...
SİS-9-OKTADETSEN VƏ OKTADEKAN TURŞULARININ TRİETANOLAMİNLƏ ƏMƏLƏ GƏTİRDİYİ DÖRDLÜ AMMONİUM DUZLARININ MÜQAYİSƏLİ TƏDQİQİ
Xülasə Təqdim olunan tezisdə sis 9-oktadetsen və oktadekan turşusunun trietanolaminlə (TEA) əmələ gətirdiyi dördlü ammonium duzlarının müxtəlif fiziki göstəriciləri müəyyən edilmiş, quruluşları İQ- spektroskopiya vasi...
METHODS FOR WHITENING VITAL TEETH
Abstract Teeth whitening refers to a variety of processes that aim to make someone’s natural teeth appear brighter and whiter. Teeth whitening methods include sanding down stains, bleaching, ultraviolet (UV) light the...
METHODS OF CAPTURING GNATS IN THE WORLD
Abstract Leishmaniasis is one of the dangerous diseases that are widespread in the world. Its vectors are mosquitoes. One of the main reasons for the significant increase in the number of leishmaniasis is that the met...