BƏDİİ İFADƏ VASİTƏLƏRİ. METAFORA
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11
Abstract
Xülasə Dilin lüğət tərkibinin zənginləşdirilməsi üçün tükənməz mənbə olan metaforik vahidlərin mahiyyətinin dərindən öyrənilməsi dildə,o cümlədən Azərbaycan dilində də dünyanın metaforik təsvirini verməyə,metaforik sahələrin onun semantik məkanında təmsil edilmək dərəcəsini tədqiq etmək imkanı verir. Metafor dilçilikdə məcazi məna daşımaqla ən məhsuldar bədii ifadə vasitəsi olaraq mühüm yer tutur. İstər Azərbaycan, istərsə də ingilis dilində dilin lüğət tərkibinin zənginləşməsində metaforlar əhəmiyyətli rol oynayırlar. Eyni zamanda metaforlar bir sıra üslubların (elmi, publisistik, bədii) formalaşmasında mühüm rola malikdirlər. Metafordan bəhs edərkən ilk növbədə məna və anlayış məvhumu nəzərə alınmalıdır. Məna sözün bildirdiyi fikir, anlayış isə zehni obrazdır. Metafora dilçilik üçün çox vacibdir, fikir və yaradıcılıq mənbəyidir. Metafora-yalnız dilçilik sahəsində elmi araşdırmalar aparan tədqiqatçıların deyil, psixoloqların, filosofların, sosioloqların da diqqətini cəlb etmişdir. Metaforlar həm üslubi-semantik, həm də leksik-semantik cəhətdən araşdırılmışdır. Metafora hər zaman tədqiqat obyekti olmuşdur. Bütün bunlar metaforun dilçilik üçün vacib bir fenomen olduğunu sübut edir. Dil təbiətinə görə ikili xarakter daşıdığından bir tərəfdən əşyaya, digər tərəfdən isə “simvolik aləmə’’ aiddir. Dil – metaphor vasitəsilə effektli şəkildə öyrənilir. Metaforun tədqiqi fərdi idrakın obrazlılığı ilə tamamlanır.
Authors and Affiliations
Mehriban Hacızadə
AZƏRBAYCAN NEFT SƏNAYESİ TARİXİNƏ RETROSPEKTİV BAXIŞ (NOBEL QARDAŞLARI CƏMİYYƏTİ)
Azərbaycanda neft sənayesinin inkişafında neft maqnatlarının xüsusi rolu vardır. Nümunə olaraq Hacı Zeynalabdin Tağıyevin (1838-1924), Musa Nağıyevin (1842-1919), Şəmsi Əsədullayevin (1840-1913), Əjdərbəy Aşurbəyovun (18...
BƏLƏDİYYƏLƏRİN YERLİ ƏHALİYƏ GÖSTƏRDİYİ XİDMƏTLƏRİN ƏHƏMİYYƏTİ
Xülasə Bu məqalədə bələdiyyənin anlayışı və əsas xüsusiyyətləri, yerli əhaliyə göstərdiyi xidmətlər və onların keyfiyyət səviyyəsi araşdırılmışdır. Araşdırmada əhalinin bələdiyyələr tərəfindən təklif olunan yerli özün...
MƏTNİN STRUKTUR-SEMANTİK ASPEKTLƏRİ
Xülasə Məqalədə mətnin struktur semantik xüsusiyyətləri və inversiya müasir dilçiliyin universal problemlərindən biri kimi nəzərdən keçirilir. Mətn dilin əsas vahidi, həm də nitqin əsas vahidi. Aydındır ki, mətn mədən...
Əməyin mühafizəsinin təşkili, motivasiya idarəetmə mexanizmi və stimullaşdırmanın əsas aspektləri
Xülasə Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə insan hüquqlarını ən üst səviyyədə müdafiə etməyə yönəlmiş və özündə bu hüquqları təsbit edən islahatlara başlanıldı. Çağd...
MULTİKULTURAL TƏHLÜKƏSİZLİYİN BEYNƏLXALQ NÜMUNƏLƏRİ
Xülasə Multikulturalizm siyasətini həyata keçirmiş ölkələrə nəzər saldıqda, müsbət irəliləyişlərin asan əldə olunmadığı və multikulturalizmə kölgə salan vəziyyətlərin qarşısının alınmasının və dinc sosial həyatı ətmin...