BƏRABƏRLİK HÜQUQUNUN QORUNMASINDA MƏHKƏMƏ HAKİMİYYƏTİNİN ROLU

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 3

Abstract

Xülasə Bərabərlik hüququ bütün insanların bərabər və ədalətli şəraitdə yaşamağa, hüquqlarını həyata keçirməyə haqqı olduğu prinsipdir. Bu hüquq insanların cinsiyyət, etnik və ya milli mənbə, din və inam, mədəniyyət, dil, əmək və digər bütün sahələrdə bərabər və ədalətin təmin olunmasını nəzərdə tutur. Azərbaycan Konstitusiyası bərabərlik hüququnu tənzimləyir və hər bir vətəndaşın bu hüquqlardan müdafiə edilməsinə diqqət göstərir. Konstitusiya tərəfindən müdafiə olunan insan hüquqları Azərbaycan Konstitusiyasında açıq şəkildə müdafiə edilmiş hüquqlardır. Müasir cəmiyyəti azadlıq və bərabərlik prinsiplərinə əsaslanan insan hüquqları olmadan təsəvvür etmək mümkün deyil. Onlar Azərbaycan Respublikasının Konstitusiyasında, digər demokratik dövlətlərin konstitusiyalarında, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasında və bir sıra digər aktlarda təsbit edilmişdir. İnsan hüquqları ən ali dəyərdir və onlara hörmət, riayət və müdafiə birbaşa dövlətin vəzifəsidir. Bu dövlət funksiyasının həyata keçirilməsində hakimiyyətin bütün qolları iştirak edir, lakin mərkəzi yer məhkəmə sisteminə verilir. Lakin hakimiyyət bölgüsü sistemində məhkəmə hakimiyyətinin müstəqilliyi onun hakimiyyətin digər qolları ilə qarşılıqlı əlaqəsini istisna etmir. Təbii ki, insan hüquqlarının məhkəmə müdafiəsi o zaman səmərəli ola bilər ki, məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin real müstəqilliyi yaradılsın. Məqalədə insan hüquqlarından biri olan bərabərlik hüququnun qorunmasında məhkəmə hakimiyyətinin rolu təhlil edilmişdir.

Authors and Affiliations

Əfruz Bəbişbəyli

Keywords

Related Articles

NASOS SİSTEMLƏRİNİN EFFEKTİVLİYİNİ GÜCLƏNDİRƏN YENİ TEXNOLOGİYALAR VƏ ÜSULLAR

Xülasə Yüksək ixtisaslaşmış dəniz qazma sahəsində nasos sistemlərinin səmərəliliyi və etibarlılığı əməliyyatların uğurunda və ətraf mühitin davamlılığında mühüm rol oynayır. Məqalə dənizdə qazma tətbiqlərində istifadə...

INTERNATIONAL JURISDICTION OF THE COURTS OF THE REPUBLIC OF AZERBAIJAN IN COMMERCIAL DISPUTES WITH FOREIGN ELEMENTS

Abstract When citizens and legal entities of the Republic of Azerbaijan, foreign persons need judicial protection, they should first of all pay attention to the issues of jurisdiction and take into account the limits...

PARTHENIUM BIOMASS FOR BATCH ADSORPTION OF COPPER FROM AQUEOUS SOLUTION: THERMODYNAMIC EVALUATION, LINEAR AND NONLINEAR ISOTHERM AND KINETIC ANALYSIS

Abstract Due to increasing health issues because of heavy metal emissions through different industrial processes becoming serious threats to the sustainability of the ecosystem. The objective of this study was to trea...

MÜXTƏLİF SƏNAYE SAHƏLƏRİNDƏ PİLOTSUZ NƏQLİYYAT VASİTƏLƏRİNİN ƏHƏMİYYƏTİNƏ VƏ PİLOTSUZ AVTOMOBİLLƏRDƏ SÜNİ İNTELLEKTİN MÖVCUD VƏZİYYƏTİNƏ ÜMUMİ BAXIŞ

Xülasə Avtonom nəqliyyat vasitələri (AV) və ya özünü idarə edən avtomobillər kimi də tanınan pilotsuz nəqliyyat vasitələri, çoxsaylı üstünlükləri və imkanları sayəsində müxtəlif sənaye sektorlarında inqilab etmək pote...

“RÜŞVƏTXORLUQ, KORRUPSİYA, VİCDANSIZLIQ” SOSİAL, REALİST VƏ FƏLSƏFİ ANLAMDA

Xülasə Müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət quruculuğu yoluna qədəm qoyduğu ilk günlərdən başlayaraq dövlətin qarşısında duran əsas məsələlərdən biri də ölkənin qanunvericilik bazasının yara...

Download PDF file
  • EP ID EP749090
  • DOI 10.36719/2789-6919/31/114-119
  • Views 24
  • Downloads 0

How To Cite

Əfruz Bəbişbəyli (2024). BƏRABƏRLİK HÜQUQUNUN QORUNMASINDA MƏHKƏMƏ HAKİMİYYƏTİNİN ROLU. Scientific Research, 4(3), -. https://europub.co.uk/articles/-A-749090