BİTKİ SIXLIĞININ ŞƏKƏR ÇUĞUNDURU KÖKÜMEYVƏSİNİN KEYFİYYƏTİNƏ TƏSİRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 8
Abstract
Ədəbiyyat materiallarından məlum oldu ki, şəkər çuğunduru və onun emalından alınmış məhsullar üzvi və qeyri-üzvi maddələrlə zəngindir. Şəkər çuğunduru nəinki qida sənayesində, həmçinin heyvandarlığın inkişafı baxımından yem istehsalında, spirt sənayesində və digər sahələrdə istifadə olunan keyfiyyətli xammaldır. Şəkər çuğunduru karbohidratların nümayəndəsi olan saxaroza ilə daha zəngindir. Protopektinlə zəngin olan şəkər çuğundurundan yüksək keyfiyyətli şəkər istehsal etmək mümkün deyildir. Protopektin suda pis həll olduğuna görə şirədə bulanıqlıq əmələ gətirir. Bu da hazır məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Yetişməmiş şəkər çuğundurundan fərqli olaraq yetişmişdən alınmış şirənin tərkibində demək olar ki, protopektin olmur. Şəkər çuğundurun emalı prosesində müxtəlif çevrilmələrə məruz qalaraq aminturşuların, aminlərin və amidlərin sintezində iştirak edirlər. Amidlər karboksil qrupunun OH-nın amin qrupu (NH2) ilə əvəz olunması hesabına əmələ gəlirlər. Şəkər çuğunduru yarıməvəzolunan aminturşularla da zəngindir. İnsan və heyvan orqanizminin onlara olan ehtiyacı qismən ödənilir və ancaq müəyyən hissəsi isə qida hesabına ödənilir. Yarıməvəzolunan aminturşularına arginin, tirozin və histidin aid edilir.
Authors and Affiliations
Hümbət Hümbətov , Arzu Babazadə, Tünzalə İsgəndərova
The Influence of Spraying and Fertilizer Rate on the Structural Indicators of Soft Wheat Varieties in the Mountainous Areas of Guba Region
Abstract The article mentions different productivity indicators of sowing, fertilizer and without fertilizer. From the results of the research, it is seen that the influence of cultivation factors on the productivity...
The Impact of Fungal Diseases on Plants in Ecosystems and Ecological Control Methods
Houseplants play an important role in modern life, not only in terms of aesthetics but also from ecological and psychological perspectives. As part of nature in residential and workspaces, they purify the air, improve mi...
AZERBAIJAN AND TURKEY: DETERMINATION OF TWO COUNTRİES IN THE FIGHT AGAINST TOBACCO USE
Tobacco use is a significant public health challenge worldwide. Azerbaijan and Turkey are among the countries that have taken significant steps to address this issue. The purpose of this study is to evaluate the tobacco...
İŞĞALDAN AZAD OLUNAN RAYONLARIMIZIN COĞRAFİYASI VƏ BU RAYONLARA BÖYÜK QAYIDIŞ
2020 was a difficult period for all countries of the world. Pandemic world the economic crisis has had a serious impact on the economies of most countries. The state and people of Azerbaijan, in spite of all the economi...
ÜZVİ VƏ MİNERAL GÜBRƏLƏRİN ÜZÜM TƏNƏKLƏRİNİN BOYUNA VƏ MƏHSULDARLIĞINA TƏSİRİ
İtaliyada üzümçülük qədim dövrdən inkişaf etmişdir. İtaliya üzümün sahəsinə görə dünyada birinci yer tutur. Şərab istehsalı üzrə Fransadan sonra ikinci yerdədir. Üzümlüklər təmiz sortlardan ibarət olmaqla həm də qarışıq...