BİTKİ SIXLIĞININ ŞƏKƏR ÇUĞUNDURU MƏHSULUNUN FORMALAŞMASINA VƏ QURULUŞUNA TƏSİRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 7
Abstract
Şəkər çuğunduru məhsulunun formalaşmasında bitki sıxlığının təsirinin öyrənilməsi üçün iyul, avqust və sentyabr aylarının 15-nə olan tarixlərdə təcrübə ləklərindən təkrarlar üzrə çıxarılmış bitkilərin yarpaq və kökümeyvələrini çəkib kütlələrini müəyyən etmişik. Belə ki, 71 000 bitki sıxlığında iyul ayında götürülən nümunədə kökümeyvə 122,4 qr, yarpaq kütləsi isə 210,5 qr, avqust ayı üçün götürülən nümunə də kökümeyvə 222,4 qr, yarpağın kütləsi isə 255,8 qr, sentyabr ayında isə kökümeyvənin kütləsi 451,55 qr, yarpağın kütləsi isə 198,6 qr olmuşdur. İkinci variantında isə müvafiq kütlələr alar üzrə belə olmuşdur, iyul ayında kökümeyvənin kütləsi 195,5 qr, yarpağın kütləsi 332,3 qr, avqust ayında kökümeyvənin kütləsi 356,8 qr, yarpağın kütləsi 413,8 qr, sentyabr ayında isə 497,47 qr kökümeyvə və223,8 qr yarpağın kütləsi olmuşdur. 47 000 bitki sıxlığında iyul ayı üçün kökümeyvənin kütləsi 193,7 qr, yarpağın kütləsi 329,2 qr, avqust ayı üçün 348,3 qr kökümeyvə və 397,1 qr yarpaq, sentyabr ayında isə kökümeyvənin kütləsi 448,21 qr və yarpağın kütləsi isə 226,2 qr olmuşdur. Bütün alınan nəticələrə əsasən şəkər çuğundur üçün ən yaxşı bitki sıxlığı hektarda 57000 bitkinin saxlanılmasıdır.
Authors and Affiliations
Arzu Babazadə, Hümbət Hümbətov
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ EV QUŞLARI HELMİNTOZLARININ TƏQİQAT ÜSULLARI
Xülasə Quşçuluq əhalinin yüksək kalorili ət və yumurta məhsullarına olan tələbatının ödənilməsində, həmçinin yüngül sənayenin bəzi sahələrinin xammalla təmin edilməsində xüsusi əhəmiyyət daşıyan heyvandarlıq sahəsidi...
ANADANGƏLMƏ TOKSOPLAZMOZUNKLİNİK - EPİDEMİOLOJİ ASPEKTLƏRİ
Anadangəlmə toksoplazmoz - Toxoplasma gondii paraziti vasitəsilə gözlərdə törədilən infeksiyadır. Toksoplazmoz bütün dünyada gözlərdə iltihabın yaranmasının ən geniş yayılmış səbəblərindən biridir. Anadangəlmə toksoplazm...
KATARAKTA
Katarakt, yaşlı insanlar arasında ən çox rast gəlinən göz xəstəliklərindən biridir. İnsan gözünün kristal lensi “işıq şüalarını atlayan və refraktor olan təbii lensə bənzəyir. Kristal lens göz qapağının içərisində iris v...
DƏMİR TƏRKİBLİ NANOHİSSƏCİKLƏRİN MAQNİT PARAMETRLƏRİNİN BƏZİ QİYMƏTLƏRİ
Some values of magnetic parameters of iron-containing nanoparticles were calculated. The result of the calculations show that starting from 5 nm, the dimensions offen, nanoparticles behave themselves as magnetic materi...
ABŞERON YARIMADASININ NEFTLƏ ÇİRKLƏNMİŞ BOZ-QONUR TORPAQLARININ REKULTİVASİYA TƏDBİRLƏRİ BLOKU
Soil science has been closely related to modeling since its inception. The structure of soil models based on various soil parameters has been widely used in the scientific literature. Academician G.Sh.Mammadov is one of...