CƏFƏR CABBARLI DRAMLARININ DİLİNDƏ TİPİN FƏRDİLƏŞDİRİLMƏSİNDƏ İŞLƏDİLƏN BƏZİ DİL VASİTƏLƏRİ

Journal Title: ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ - Year 2019, Vol 3, Issue 1

Abstract

töhfələrə həsr olunub. Yaradıcılığa şeirlə başlamış böyük insan sonralar qələmini dram nəsr tərcümə, kinossenari, ədəbi tənqidi məqalələrlə də sinanmış və bir çox nailiyyətlər qazanmışdır. Ədibin yaradıcılıq müddəti uzun sürməsə də, çox mühüm ictimai-siyasi hadisələrlə dolu bir tarixi dövrü əhatə edir. Hər bir yaradıcı öz platformasını müəyyənləşdirməli, dövrün qarışıq ab-havasına uymamalı idi. Ədəbi zövqünün formalaşmasında zəngin xalq ruhuna köklənən C. Cabbarlı, klassik Azərbaycan ədəbiyyatını M.F.Axundov, M.Ə.Sabir kimi dühalarına yaxşı bələd idi. Dövrünün realist, demokratik ruhlu ədibi rus dilini mükəmməl bilməsi sayəsində rus ədəbiyyatına da dərindən nüfuz etmişdi. C. Cabbarlı yazdığı bütün əsərlərin dilinin üzərində diqqətlə işləyir. Hər bir üsluba, janra aid seçilən dil vasitələri yerinə düşür. Qəhrəmanların romantik, realist, tarixi şəxsiyyət olması onun ifadə etdiyi dil vasitəsilə tipikləşdirilir və xaraktercə bir-birindən seçilirlər. Buna görə də C. Cabbarlının pyeslərindəki həm əsas, həm də epizodik surətlər bir-birindən fərqlənirlər. Belə danışıq prosesində Cabbarlı artıq təkcə söz ustası deyil, sözün əsl sahibi kimi çıxış edir. Sözə sahib olmaq, onun ən incə çalarlarına bələd olmaq Cabbarlının dram əsərlərində zəngin obraz qalereyasının yaranmasına səbəb olur. Cəfər Cabbarlı dilinin qüdrəti dramlarında özünü daha yaxşı nümayiş etdirir və dil tipikləşdirmə vasitəsi kimi əsas rol oynayır. Əsərlərində müxtəlif vasitələrdən istifadə edən müəllif, bəzən xoşa gəlməyən, lakin ifşaedici xarakterə malik olan sözlərdən, ifadələrdən də istifadə edir. Bu ifadələrdən vulqarim, varvarizmiləri nümunə kimi göstərə bilərik. Bu ifadələr ədəbi dil üçün məqbul hesab edilməsə də, bədii dil üçün tipin, obrazın açılması üçün zəruru olduqda müəllifə belə sözlərə müraciət edə bilir. Vulqarizmlər ədəbi dil leksikasına daxil olmayan kobudluq və nəzakətsizlik ifadə edən söz və ifadələrdir. Vulqar leksikasının tərkibində ədəbi dildə sinonimi olan bəzi sözlərin dil üçün istifadəsi yolverməzdir. Bədii dil üçün fərdiləşmə, xarakterin savadsızlığını, kobud xislətini açmaq və onun mənəviyyatsızlığını göstərmək üçün dramaturq bu vasitəyə əl atmalı olur. Varvarizmlərin bədii dildə işlənməsi göründüyü kimi tipin fərdiləşdirilməsi və surətin açılması üçün Cabbarlı tərəfindən işlənən bir priyomdur. Bu priyom vasitəsi ilə monoloq, dialoq, poliloq və replikalarda obrazın psixoloji durumu və dünyagörüşü öz əksini tapır. Dram əsərində tipin nitqi surətin özünü təqdim etdirir, bu xüsusiyyəti mükəmməl bilən və hər bir əsas və ya qeyri-əsas, epizodik surətin danışığına diqqət yetirən Cabbarlı sözün əsl mənasında fərqli obrazlar qalereyası yaratmışdır.

Authors and Affiliations

Zemfira ŞAHBAZOVA

Keywords

Related Articles

GAGAUZCADAKİ DİYALEKTLERİN KÖKENİ ÜZERİNE

Çevirilen yazıda, Gagauzcadaki diyalektlerin kökeni üzerinde durulmuştur. Gagauzcadaki mevcut iki ağzın hangi tarihi faktörlerden kaynaklandığına dair tespitlerde bulunulmaktadır. Bu tespitler Gagauz sahasında önde gelen...

ŞƏKİ ƏDƏBİ MÜHİTİNİN “ŞƏKİDƏN GƏLƏN SƏSLƏR”İ BARƏDƏ MÜLAHİZƏLƏRİM

Məqalədə şair-tədqiqatçı Ramiz Orsərin tərtib etdiyi “Şəkidən gələn səslər” kitabında əhatə olunmuş XIII-XXI əsr Şəki ədəbi mühiti nümayəndələrinin həyat və yaradıcılığı, əsərlərindən nümunələr barədə mülahizələr öz əksi...

AYDIN, ERHAN (2018). UYGUR YAZITLARI, İSTANBUL: BİLGE KÜLTÜR SANAT YAYINLARI, ISBN: 978-605-9521-78-9, 237 SAYFA

Yayın tanıtımını ve değerlendirmesini yaptığımız çalışmada Uygur yazıtları kapsamıyla runik harfli metinlerin çeviri yazısı ve Türkiye Türkçesine aktarımı yapılmıştır. Ayrıca yazıt metinleri çalışmanın sonunda verilmişti...

SİBİRYA TATARLARININ SÖZLÜ MİRASINA AİT BİR ANIT

Sibirya Tatarlarının halk edebiyatı mirasını derleme ve ilk incelemeler XIX. yy.ın ikinci yarısında Alman bilgini W. W. Radloff tarafından başlatılmış olup Sovyet döneminde Kazan folklorcuları Hesen Yermi, Flora Ahmetova...

YUSUF KUTADGU BİLİG’DE ODGURMIŞ’A TÜRKÇE NE SÖYLETİR

Yusuf’un Kutadgu Bilig’inde uyanmış, akıbet ve kanaati temsil eden münzevi kişilikli olarak tanımlanan Odgurmış farklı disiplinlerde pek çok çalışmaya konu olmuştur. Genellikle Budist kültüre mensup, kendini sosyal ve si...

Download PDF file
  • EP ID EP588895
  • DOI 10.30563/turklad.543974
  • Views 99
  • Downloads 0

How To Cite

Zemfira ŞAHBAZOVA (2019). CƏFƏR CABBARLI DRAMLARININ DİLİNDƏ TİPİN FƏRDİLƏŞDİRİLMƏSİNDƏ İŞLƏDİLƏN BƏZİ DİL VASİTƏLƏRİ. ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ, 3(1), 60-70. https://europub.co.uk/articles/-A-588895