ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11

Abstract

Xülasə Ümumilikdə diskursun, xüsusən də ədəbi-bədii diskursun tədqiqinin əhəmiyyəti və aktuallığı əsaslandırılır. Müasir dilçilik elmində ədəbi-bədii diskurs anlayışının dərk edilməsinin nəzəri məsələləri işıqlandırılır, diskursun və mətnin öyrənilməsi sahəsində müxtəlif elmi konsepsiyaların icmalı verilir. Burada diskursun əvvəlki tədqiqatlarının nəticələri təhlil edilir, təsvirin ümumi elmi əsasları qurulur və diskursun strukturu araşdırılır. Elmi ədəbiyyatın təhlilinin nəticələrinə əsasən ədəbi-bədii diskursun şərhi müxtəlif daxili və xarici amillərlə şərtlənən bədii kommunikasiya prosesinin linqvistik təcəssümünü, habelə reallığı yazıçı tərəfindən subyektiv qiymətləndirilməsini sintez edən bədii mətn kimi verilir. Qeyd olunur ki, bu subyektivliyin mərkəzində həmişə açıq və ya daha çox dolayı olaraq yazıçının oxucu auditoriyasına koqnitiv yönümlü təsiri durur. Tədqiqatda həmçinin ədəbi-bədii diskursun onu digər diskurs növlərindən fərqləndirən spesifik xüsusiyyətləri müəyyənləşdirilir, yazıçının və cəmiyyətin müəyyən məkan-zaman kontinumunda mədəni kodlarının təmsilçisi kimi bədii diskursun strukturunu təşkil edən dil və idrak vahidləri analiz olunur. Həm dil parametrlərinin, həm də müəllifin düşüncə və şüur parametrlərinin reallaşdığı ədəbi-bədii diskursun dualistik mahiyyəti barədə nəticə çıxarılır, habelə ədəbi-bədii diskursun tərkibində müxtəlif diskurs növlərinin qarşıqlıqlı nüfuz etməsi üzə çıxarılır.

Authors and Affiliations

Leyla Qocayeva

Keywords

Related Articles

İNKLÜZİV TƏHSİLİN DƏYƏRLƏRİ

Xülasə Hər bir yeni başlanğıc istər tibbdə, istər iqtisadiyyatda, istərsə də təhsildə həmişə müsbət və mənfi cəhətlərə malik olacaqdır. Mənfi cəhətləri bilmək və onların aradan qaldırılması həmişə təkmilləşməyə kömək...

PORTFEL İNVESTİSİYALARININ NÖVLƏRİ VƏ İNFLYASİYA PROBLEMLƏRİ

Xülasə Ölkədə səhm və istiqrazların maliyyə aktivləri kimi təhlilində istehsal təlabatının yaradılması təhlil edilib. Azərbaycanda investisiya portfelinin diversifikasiyasının reallaşdırılmasında hazırkı vəziyyəti arş...

“Yetkin fərd” strukturunun təlim-tədris fonunda formalaşmasında ailə, məktəb və dövlət modelinin sinenergetik alqoritmi

Xülasə Məqalədə fərdin formalaşmasında səciyyəvi rol oynayan bir neçə faktorlar təhlil olunmuşdur. Elmi, fəlsəfi, ədəbi, psixoloji və digər nəsnələrə istinad olunmaqla bilavasitə ailə, məktəb və dövlət modeli ətrafınd...

PARAZİTAR XƏSTƏLİKLƏRİN ERKƏN DİAQNOSTİKASI

Xülasə Ekzosomlar təxminən 30-120 nm ölçüdə olub, erkən endosomlardan formalaşır. Ekzosomlar müxtəlif xəstəliklərin biomarkeri kimi hələlik az öyrənilmiş diaqnostik və terapevtik vasitədir. Onların identifikasiyası p...

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ÇAYLARIN AXINLARINDAN HİDROENERGETİKA VƏ SUVARMA MƏQSƏDİ İLƏ MƏNİMSƏNİLMƏSİ ÜÇÜN YENİ HİDROTEXNİKİ QURĞULARIN İŞLƏNMƏSİ

Məqalədə, işğaldan azad edilmiş ərazilərin çaylarında, hidroloji müşahidə məntəqələrinin məlumatlarına əsasən, orta illik su sərfinin, çay axının lilliyinin öyrənilməsi və təhlili, orta çoxillik çöküntülərin miqdarı və ö...

Download PDF file
  • EP ID EP749909
  • DOI 10.36719/2663-4619/96/33-37
  • Views 48
  • Downloads 0

How To Cite

Leyla Qocayeva (2023). ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ. Scientific Work, 17(11), -. https://europub.co.uk/articles/-A-749909