Ekoloji dilçilik

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 9

Abstract

Xülasə XX yüzilliyin ikinci yarısında, Eynar Haugen (1970-ci ildə) “dil ekologiyası” paradiqmasını yaratmışdır. Bu zaman alim, həm insan şüurunda, həm də çoxdilli icmalarda dillər arasında qar­şılıqlı əlaqənin yeni ekoloji tədqiqinə istinad etmişdir. Sonrakı dövrlərdə “ekologiya” anlayışının dilçiliyə tətbiq edilməsinin dairəsi daha da genişlənməyə başladı. Praqmatika və diskursun təhlili, antropoloji dilçilik, nəzəri dilçilik, dil tədrisi araşdırmaları və dilçiliyin bütün sahələri qarşılıqlı kontaktda, ətraf mühit və müxtəliflik kimi ekoloji parametrlərin faydalılığını üzə çıxarmışdır. Bundan əlavə, ekoloji deqradasiyanın həyati mövzusu linqvistik prob­lemlər sırasına qəbul edildi. XX əsrin 90-cı illərinin əvvəllərində dilin öyrənilməsini ekologiya ilə müəyyən mənada əlaqələndirən bütün müxtəlif yanaşmalar bir yerə toplandı və dilçiliyin vahid, ye­ni adlanan bir sahəsi yarandı: ekolinqvistika. Ekoloji mühit fərdin linqvistik davranışına təsir edir və qarşılıqlı əlaqənin dinamikasını müəy­yən edir. Ekolinqvistikanın əsas predmeti dil, dildaşıyıcısı və insanla təbiət arasındakı qarşılıqlı mü­nasibətlər, kontaktlardır. Avropa ölkələrində ekoloji dilçilik məsələlərinə münasibət bildirilmiş, müxtəlif nəzəriyyələr formalaşmışdır. Dünya dilçiliyinin bir parçası olan Azərbaycan dilçiliyində də həmin istiqamətdə tədqiqatlar aparılmalıdır.

Authors and Affiliations

Həcər Hüseynova

Keywords

Related Articles

ƏRAZİLƏRİN ZONALAŞDIRILMASI, İDARƏ EDİLMƏSİ VƏ BU PROSESDƏ MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ MƏSƏLƏLƏRİ

Xülasə XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin düşdüyü ağır vəziyyətdən sui-istifadə edən düşmən bir neçə il ərzində xarici qüvvələrin də dəstəyi ilə əzəli torpaqlarımızı işğal etdi. Nəhayət, ölkə başçısının u...

OVERDRAFT CREDIT: ITS HISTORY, FEATURES, TYPES, PROS AND CONS

Abstract The asset operation of the bank is one of its primary functions. Banks fulfill their role as creditors by allocating the money they raise to charitable organizations and individuals in need. A relationship be...

THE IMPACT OF NON-VERBAL COMMUNICATION ON THE LANGUAGE LEARNING PROCESS

Abstract Today, the process of globalization is increasing in the world through developing technologies in various fields. The increase in social, cultural and commercial relations between countries has made it necess...

Application of Modern Technologies and Artificial Intelligence in Education

The article discusses the application of artificial intelligence in modern education as a teacher, in production, problem-solving that occurs in the process of teaching based on pedagogical skills and new pedagogical tec...

LAZER KƏSMƏ - CNC TEXNOLOGIYALARINA ÜMUMİ BAXIŞ

Xülasə Lazer birləşdirilməsi yeni imkanlar yaradıb. CNC (Computer Numerical Control) maşınları, modern material işləmə texnologiyalarından biridir və cəmiyyətdə nisbi yeni bir məhsul kimi qəbul olunur. İlk lazer CNC m...

Download PDF file
  • EP ID EP747437
  • DOI 10.36719/2789-6919/37/9-14
  • Views 34
  • Downloads 0

How To Cite

Həcər Hüseynova (2024). Ekoloji dilçilik. Scientific Research, 4(9), -. https://europub.co.uk/articles/-A-747437