Əli Səmədovun uşaq nağıllarının mətn informasiyası
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8
Abstract
Xülasə Azərbaycan uşaq nəsrinin inkişafında Əli Səmədovun ayrıca yeri vardır. Ümumiyyətlə, iyirminci əsrin 60-cı illəri ədəbi-nəzəri fikirdə xüsusi mərhələ olaraq səciyyələnir. Bunun isə əsaslı səbəbləri vardır və təkcə Azərbaycan miqyasında olan canlanma ilə şərtlənmir. Daha çox sovetlər məkanında, eləcə də Avropa mühitində baş verən oyanışlara, hərəkətliliyə bağlanır. “Altmışıncı illər nəsri” və yaxud da “altmışıncı illər nəsli” adı ilə səciyyələnən bu dövr bütün parametrlərdə eyni təsəvvürü və məzmunu canlandırır. Poeziyanın, nəsrin, dramaturgiyanın, publisistikanın, ədəbi tənqidin bu mərhələdəki özünəməxsusluq mənzərəsi milli düşüncənin, arxaik yaddaşın bir tendensiya olaraq hərəkətliliyinə, oyanışına bağlanması ilə spesifikləşir. Uşaq ədəbiyyatı da bu prosesdə özünəməxsus düşüncə modellərinin, həyatı dərk və təqdim üsullarının diqqətçəkici tərəfləri ilə səciyyələnir. Yaşlı nəslin nümayəndələri, eləcə də 60-cı illərdə böyük ədəbiyyata qədəm qoyan sənətkarların mühüm bir qismi uşaq ədəbiyyatı yaratmaq işində fəal rol oynadılar. M.Rzaquluzadə, M.Seyidzadə, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli, R.Rza, S.Məmmədzadə, Y.Həsənbəy, V.Nəsib, C.Məmmədov, Ə.Kərim, C.Novruz, F.Sadıq, T.Mütəllibov, M.Namaz, A.Kəmərli, M.Əliyev və s. sənətkarların ədəbi-mədəni prosesdəki fəaliyyəti bütün aspektləri ilə zənginləşməyə köklənirdi. Bütün bunların ümumi ahəngi uşaq ədəbiyyatı yaratmaq işində gərəkli işlərin görülməsini diqqət önünə gətirir. Ə.Səmədov da uşaq ədəbiyyatına gələn istedadlı sənətkarlar içərisində öz ruhu, düşüncəsi ilə seçilən şəxsiyyətlərdən olmuşdur.
Authors and Affiliations
Şöhrət Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN NORMALARI
Xülasə Məqalədə Azərbaycan ədəbi dilinin normaları haqqında məlumat verilmiş, fonetik, leksik, qrammatik, üslubi normalar təhlil olunmuşdur. Azərbaycan ədəbi dilinin sabitləşmiş normalar sisteminin olması diqqətə çatd...
DIFFERENCES BETWEEN METHODS OF ELIMINATION OF DOUBLE TAXATION ESTABLISHED IN UN AND OECD MODEL TAX CONVENTIONS
Abstract The United Nations Model Double Taxation Convention between developed and developing countries is part of an ongoing international effort to eliminate double taxation. These efforts were initiated by the Leag...
Şamaxı cümə məscidi: tarixlə sənətin qovuşduğu yer
Məqalədə Azərbaycanın mədəni və mənəvi irsinin ən gözəl incilərindən biri olan Şamaxı Cümə məscidinin keçdiyi zəngin tarixi dövr, onun memarlıq xüsusiyyətləri əks olunmuşdur. Məqalə, Şamaxı Cümə məscidini yalnız dini iba...
XIX ƏSR AZƏRBAYCAN MAARİFÇİLƏRİNİN ƏDƏBİ İRSİNDƏ VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNUN TƏDRİSİ METODİKASI
Xülasə Azərbaycan Respublikasının məktəblərində müstəqil, yaradıcı düşünən, yüksək mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin-insanın tərbiyə edilməsi dövlət əhəmiyyətli məsələdir. Bu sahədə dövlətin siyasəti v...
AZƏRBAYCANDA VERGİ GÜZƏŞTLƏRİ VƏ İQTİSADİ İMTİYAZLAR EKSTREMAL HAL KİMİ: İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏR TİMSALINDA
Xülasə İşğaldan azad edilmiş əraziləri əsas olaraq götürməklə, vergi güzəştləri, iqtisadi imtiyazlar və Azərbaycanda bu imtiyazların qarşılıqlı əlaqəni araşdıracağıq. Ekstremal vəziyyəti araşdıraraq, araşdırma vergi s...