Fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 2

Abstract

Azərbaycan Respublikası Təhsil Sahəsində İslahatlar Proqramında göstərildiyi kimi, təhsilin üstün inkişaf etdirilən sahəyə çevrilməlməsi üçün, öz gələcəyini təmin etmək məqsədilə cəmiyyət yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalıdır. Bunun üçün yeni cəmiyyəti formalaşdırmaq baxımından təhsilin məzmunu yeniləşdirilməlidir. Yeni təlim texnologiyalarının yaradılması təxirə­salınmaz vəzifə kimi həyata keçirilməlidir. İnteraktiv metodların imkanlarından istifadə edərək şagirdlərin əməyini stimullaşdıran, onların öyrənməyə, oxumağa marağını gücləndirən sahələrə geniş yer verilməlidir. Təhsil sisteminin modernizə edilməsində, təlim prosesində informasiya kommu­nikasiya texnologiyalarının çoxnövlü, geniş tətbiqi böyük imkan və perspektivlər açmışdır. Bu gün bəşəriyyətdə baş verən kordinal dəyişiklər daha zəngin elmi biliklərin əldə edilməsini, prinsipcə yeni texnologiyaların yaradılmasını, fənlərin tədrisi metodikasına yeni pedaqoji yanaşma zərurətini meydana çıxarır. Məktəbdə fizikanın tədrisində, informasiya kommunikasiya texnolo­giyalarının tətbiqi dərslərin fərdiləşdirməni, modelləşdirilməsini, fərdi yanasmanı, o cümlədən interaktiv təlimin tətbiqinə geniş imkan açır. İnformasiya texnologiyalarının inkişaf istiqaməti, texnika və texnoloji əsasların formalaşdırılması üçün elektron dərslikdən, avtomatlaşdırılmış təlim sistemindən, fəal təlim üsullarından optimal istifadə fizika təlim prosesində əsaslı dəyişiklərin edilməsinə imkan verir. Fizika insan həyatını rahat edən bir çox texnologiya və mühəndislik tətbiqlərinə əhəmiyyətli töhfə verən əsas elmdir. Təcrübə və izahlara əsaslanan bir fənndir. Təcrübə və izahatlar olmadıqda şagirdlərin fizikanı başa düşmələri çətinləşir. Fizika prinsipləri çox mücərrəddir və tələbələrə izah etmək üçün dərin bilik və təcrübə tələb olunur.

Authors and Affiliations

Aygün Sultanova

Keywords

Related Articles

Loading-Unloading Works and Execution Methods in the Planning of Transport Processes

Abstract Cities around the world are seeing increasing levels of urban freight activities due to the recent rise of internet shopping, creating additional challenges in terms of congestion and environmental impacts. I...

DAXİLİ TURİZM BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN DÖVLƏT TƏDBİRLƏRİ VƏ PROQRAMLARI

Xülasə Tədqiqatın məqsədi: Məqsəd, axili turizm bazarını gücləndirmək üçün dövlət tərəfindən həyata keçirilən müxtəlif tədbirləri və proqramları qiymətləndirmək və təhlil etməkdir. Yerli turizmin təşviqinə yönəlmiş ma...

KLARNETİN TARİXİ İNKİŞAFI VƏ ƏLƏKBƏR ƏSGƏROVUN ALƏT ÜZƏRİNDƏ ETDİYİ YENİLİKLƏR

Bu məqalədə Avropa mənşəli klarnet alətinin yaranma və inkişaf tarixi, eləcə də Azərbaycana gətirilməsi dövrü nəzərdən keçiriləcək. Burada, Azərbaycan nəfəs çalğı alətlərinin virtuoz və yenilikçi ifaçısı, rəqs melodiyala...

Dil tədrisi metodlarının müxtəlif sosial-iqtisadi mənşəli tələbələr üçün uyğunlaşdırılması

Xülasə İngilis dili bütün dünyada ən vacib dillərdən biri hesab olunur. Dünyanın hər bir məktəbində, kollecində və universitetində tədris olunur. İngilis dili beynəlxalq dilə və elm, texnologiya və biznes dilinə çevri...

İsmət İ nönü: siyasi lider və müasirləşmə dövrünün təmsilçisi

Xülasə Məqalə Türkiyə Cümhuriyyətinin modernləşmə dövrünün əsas simalarından olan İsmət İnönünün şəxsiyyəti və fəaliyyətinin Şəvkət Sürəyya Aydəmirin yaradıcılığında təsviri məsələlərini araşdırır. Tədqiqatın əsas mən...

Download PDF file
  • EP ID EP760733
  • DOI 10.36719/2663-4619/111/55-59
  • Views 36
  • Downloads 0

How To Cite

Aygün Sultanova (2025). Fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti. Scientific Work, 19(2), -. https://europub.co.uk/articles/-A-760733