FUAD KÖPRÜLÜNÜN ELMİ İRSİNDƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ YERİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11

Abstract

Xülasə Oğuz türklərinin ortaq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı eyni zamanda bəşər mədəniyyətinin də zəngin mənəvi xəzinəsidir. Abidənin öyrənilməsi həm yerli, həm də dünya alimlərinin daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı çoxsaylı elmi tədqiqatlar aparılmış və sovet rejiminin süqutu nəticəsində bir sıra türk xalqlarının öz istiqlaliyyətlərinə nail olmasından sonra bu, daha geniş vüsət almışdır. Məlumdur ki, sovet ideologiyası zaman-zaman türk xalqlarının tarixi keçmişini əks etdirən, milli dəyərlərin və genetik yaddaşın daşıyıcısı olan folklorun bir sıra nümunələrini, o cümlədən də “Kitabi-Dədə Qorqud”u yasaq etmiş və bununla da əsrlərdən gələn mənəvi bağları süni şəkildə qırmağa çalışmışdır. Bütün maneələrə baxmayaraq, bu dastan sovet imperiyasının təsir dairəsində olan Azərbaycanda da nəşr olunmuş, haqqında çoxsaylı tədqiqatlar aparılmışdır. Dastanla bağlı F.Köprülünün araşdırmaları özünün elmi-nəzəri sanbalı, tarixi-mədəni dəyəri ilə seçilir. Bir tədqi qatçı kimi F.Köprülü “Kitabi-Dədə Qorqud”un ideya-bədii cəhətdən mükəmməl sənət örnəyi kimi türk xalqlarının düşüncəsində mühüm rol oynadığını ayrı-ayrı yazılarında da dönə-dönə vurğulamışdır. O, “Türk ədəbiyyatının mənşəyi”, “Ozan” adlı məqalələrində, “Türk edebiyyatında ilk mutasavvıflar” adlı kitabında epos yaradıcılığı ilə bağlı qiymətli fikirlər irəli sürmüşdür.

Authors and Affiliations

Famil Mədətov

Keywords

Related Articles

Marital Status - As a Factor Influencing Fertility Rate

Abstract Population dynamics in different countries are mainly determined by birth and death patterns. Marriage status is an important condition for building a complete family. It significantly affects the demographic...

TƏHSİLALANIN İDRAKI HƏKƏT MƏNTİQİNƏ GÖRƏ TƏLİM SİSTEMİNİN FƏRQLƏNDİRİLƏN ALTSİSTEMLƏRİ

Xülasə Tədqiqat işində təlimə sistem (məxsusi idrak prosesi və psixoloji təbiətli birgə fəaliyyət olmaqla) kimi yanaşılır, L.Bertalanfin ideyasına və XX əsrin 30-cu illərindən başlayaraq dialektikanın qolu qismində fo...

Qarayazı Dövlət Təbiət Qoruğunda göbələklərin ekoloji biomüxtəlifliyinin öyrənilməsi

Torpağın mikroorqanizmlər aləmində göbələklər ən böyük qrup hesab olunur. Heterotrofların əsas saprofit orqanizmlərindən hesab olunan göbələklər torpağın əmələ gəlməsində, onun mineral və üzvi tərkibinin keyfiyyətcə dəyi...

KOMMUNİKATİV PROSESDƏ POZİTİV SÖZ

Az söylənən söz, xoş söylənən söz kommunikativ prosesə bəzək verən faktorlardır. Bu ikisi danışanla dinləyən arasında xoş ovqat, qarşılıqlı etibar və məmnunluq yaradır. Məqalənin girişində sözün pozitiv və neqativ qo...

EPİDEMİOLOGİYANIN TİBB ELMİ VƏ SƏHİYYƏ ÜÇÜN ƏHƏMİYYƏTİ

Xülasə Məqalədə epidemiologiyanın təbabət elmində, xüsusilə yoluxucu xəs­təliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən u...

Download PDF file
  • EP ID EP749891
  • DOI 10.36719/2663-4619/96/96-100
  • Views 35
  • Downloads 0

How To Cite

Famil Mədətov (2023). FUAD KÖPRÜLÜNÜN ELMİ İRSİNDƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ YERİ. Scientific Work, 17(11), -. https://europub.co.uk/articles/-A-749891