GƏNCƏ ALEKSANDR NEVSKİ ADINA RUS PRAVOSLAV KİLSƏSİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 3
Abstract
Məqalədə XIX əsrdə Gəncənin ruslar tərəfindən işğal edilməsindən sonra şəhərdə yaşayan, hərbi və digər sahələrdə xidmət edən ruslar üçün nəzərdə tutulan provaslav kilsəsinin aqibəti və yeni digər bir kilsənin tikintisi ilə bağlı baş verən proseslərdən söhbət açılır. Gəncənin işğalı zamanı Xan məscidi rus provaslav kilsəsinə çevrilsə də, sonrakı dövrlərdə şəhərdə rusların sayının az olması, xüsusi diqqət və qayğının olmaması ilə əlaqədar olaraq abidənin sonrakı vəziyyəti qənaətbəxş olmamışdır. Belə ki, uzun illər ərzində kilsəyə çevrilmiş Xan məscidi qəzalı vəziyyətə düşmüş, heç vaxt təmir və bərpa edilməsinə təşəbbüs göstərilməmişdir. Aleksandr Nevski kafedralının tikilməsi ideyasını Yelizavetpolun ilk qubernatoru Bulatov versə də, bu işi sonrakı qubernator Nakaşidze reallaşdıra bilmişdir. Ümumən mənbələri oxuyan zaman Gəncədən söhbət açan rusların şəhərdə 12 məscid olmasına rəğmən, yalnız bir rus provaslav kilsəsi olması onları hiddətləndirirdi, yəni bir sözlə, onlar bunu qısqanclıqla qarşılayırdılar. Həmin kilsə çətinliklə olsa da, ianələr hesabına tikilərək 1889-cu ildə Gürcüstanın ekzarxı Palladinin xeyir-duası ilə provaslavların istifadəsinə verildi. Mövzunun aktuallığı ondan ibarətdir ki, bu gün XIX əsrdə Gəncənin iqtisadi-sosial vəziyyəti yaxşı araşdırılıb öyrənilmədiyindən bu və digər abidələr haqqında yetərincə düzgün informasiyaların olmaması və bəzilərinin qərəzli olmasıdır.
Authors and Affiliations
İlkin Məmmədzadə
AZERBAIJANI PARLIAMENTARY ELECTION
The party elected in the parliamentary election in Azerbaijan was the New Azerbaijan Party (YAP). Since 1997, when the Republic of Azerbaijan declared its independence from the Soviet Union, this party has been in power....
İNKLÜZİV TƏHSİLİN DƏYƏRLƏRİ
Xülasə Hər bir yeni başlanğıc istər tibbdə, istər iqtisadiyyatda, istərsə də təhsildə həmişə müsbət və mənfi cəhətlərə malik olacaqdır. Mənfi cəhətləri bilmək və onların aradan qaldırılması həmişə təkmilləşməyə kömək...
MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA REGİONAL İQTİSADİYYATIN XÜSUSİYYƏTLƏRİ
Xülasə Cənubi Qafqaz coğrafiyasının bir hissəsi olan Azərbaycan həm regionunun geostrateji aspektləri, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə və geostrateji mövqeyə malikdir. Cənubi Qafqaz resp...
HƏYAT SIĞORTASININ KORPORATİV FƏALİYYƏTƏ TƏSİRİ
Xülasə Həyat sığortası siyasətlərinin biznesə inteqrasiyasının maliyyə təsirlərini başa düşmək üçün bu tədqiqat həyat sığortası ilə korporativ performans arasında mürəkkəb əlaqəni araşdırır. Məqalə iqtisadi nəzəriy...
IDENTIFICATION OF GENERAL NORMATIVE REQUIREMENTS FOR THE SAFETY OF FOOD PRODUCTS IN THE LEGISLATION OF THE AZERBAIJAN REPUBLIC
Food security should form reliable sources and reserves of providing the country's population with important types of food. In the Republic of Azerbaijan, a state control system is being formed in order to ensure the pop...