GƏNCƏ-QAZAX ZONASININ FERMER TƏSƏRRÜFATLARINDA BUZOVLARIN KOLİBAKTERİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏSİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 5
Abstract
Tədqiqat işinin məqsədi Gəncə-Qazax zonasının fermer təsərrüfatlarında buzovlarda baş vermiş kolibakterioz xəstəliyini öyrənməkdir. Tədqiqat işi Şəmkir rayonunda yerləşən müxtəlif fermer təsərrüfatlarında, ADAU-nun “Baytarlıq təbabəti” fakültəsinin “Epizootologiya, mikrobiologiya və parazitologiya” kafedrasının laboratoriyasında aparılmışdır. Orqanizmin immun vəziyyəti və törədicinin virulentliyindən asılı olaraq xəstəlik heyvanlar arasında kəskin, iti və yarımiti formalarda təzahür edir. Orqanizmdə ümumi intoksikasiya, dehidratasiya (susuzlaşma) və profuz diareya əlamətləri ilə səciyyələnən kolibakterioz enzootiya şəklində baş verməklə heyvandarlıq təsərrüfatlarına böyük iqtisadi ziyan vurur. İnfeksiya mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar hesab olunur. Xəstəlik törədicisi ilə çirklənmiş əşyalar, su, hava, ağız südü, süd qabları, peyin, döşənək materialları, təsərrüfatda çalışan işçi heyətin geyimi infeksiyanın yayılmasında, həşərat və gəmiricilər isə infeksiyanın ötürülməsində böyük rol oynayır. Apardığımız tədqiqat işləri zamanı buzovlarda kolibakterioz baş verən zaman patoloji nümunədən ayırdığımız bağırsaq çöplərini ayrı-ayrı növlərə görə faizlə miqdarını müəyyən etdik.
Authors and Affiliations
Aytən Ağayeva , Rəminə Hüseynova , Rahilə Fərmanlı
ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN İNKİŞAFINDA APOPTOZ FAKTORU KİMİ QRANZİM B-NİN ROLU
Ürəyin işemik xəstəliyi (İHD), həmçinin koronar arteriya xəstəliyi (CAD) və ya koronar ürək xəstəliyi (CHD) olaraq bilinir. Dünya miqyasında xəstələnmə və ölümün aparıcı səbəbi olaraq qalır. Ürək əzələsinə kifayət qədər...
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA RELYEF SƏTHİNİN PARÇALANMASI XÜSUSİYYƏTLƏRİNİN MORFOMETRİK XƏRİTƏLƏR ƏSASINDA ŞƏRHİ
The article discusses the features of surface fragmentation in the territory of the Nakhchivan Autonomous Republic. For this purpose, vertical and horizontal fragmentation maps of the area were compiled using Arg GIS tec...
MANQAN (RENIUM) KARBONİL TÖRƏMƏLƏRİNİN LANTAN METALI İLƏ REAKSİYASININ TƏDQİQİ
Nadir torpaq elementlərin üzvi liqandlarla – əvəzlənmiş və əvəzlənməmiş tsiklopentadienil kompleksləri (RmC5)3Ln koordinasion birləşmələrin ən çox öyrənilmiş sahələrindəndir. Bu metalların metalkarbonil törəmələr kimyası...
CHRONIC DISEASES OF THE VENOUS SYSTEM – AS MORPHOLOGICAL AND FUNCTIONAL DISTURBANCE OF THE VENOUS SYSTEM
Abstract Our goal in this study is to provide quantitative and qualitative data for proper treatment planning in patients with multiple cutaneous computerized tomographic angiography with peripheral artery disease, to...
DƏMİR TƏRKİBLİ NANOHİSSƏCİKLƏRİN MAQNİT PARAMETRLƏRİNİN BƏZİ QİYMƏTLƏRİ
Some values of magnetic parameters of iron-containing nanoparticles were calculated. The result of the calculations show that starting from 5 nm, the dimensions offen, nanoparticles behave themselves as magnetic materi...