İNGİLİS DİLİNİN KİPLƏŞƏN-PARTLAYIŞLI SAMİT FONEMLƏRİNİN SPEKTRAL XÜSUSİYYƏTLƏRİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 3

Abstract

Xülasə Uzun illərdir ki, ingilis dilində samitlərin kəmiyyət xüsusiyyətlərinə lazımi diqqət yetirilməyib. Bu problemə səthi münasibətin məntiqi nəticəsi olaraq dilçilik ədəbiyyatında müasir ingilis dilində samit fonemlərin kəmiyyət göstəriciləri ilə bağlı hələ də konsensus yoxdur. Məqaləyə əsasən tədqiqat işimizdə ingilis dilinin /p/ samitinin spektral təhlili üzrə apardığımız eksperimentdən bir hissə daxil edilib. Eksperimentdə, samit fonemlərin spektral təhlilində kar və cingiltili samitlər arasındakı ziddiyyətə xüsusi diqqət yetirilmişdir ki, bu da /p/ samitinin eyni fonetik mövqelərdə məruz qaldığı dəyişiklikləri müəyyən etməyə imkan verib. Məqalənin məqsədi aparılmış eksperimental tədqiqat nəticəsində müxtəlif növ sözlərdə fərqli fonetik mövqelərdə olan ingilis /p/ kipləşən-partlayışlı samitinin fonetik dəyişikliklərini aşkar etməkdir. Eksperimental fonetik təhlilə daxil edilmiş sözlərin spektroqrafik təsvirləri alınmış və əldə edilən spektroqramların seqmentasiyası aparılmışdır. Bundan sonra seqmentləşdirilmiş spektroqramlarda müvafiq samitlərin spektroqrafik mənaları müəyyən edilmişdir. Akustik təhlil apararkən bəzi nəzəri suallara cavab tapmağa çalışmışıq: a) təhlil edilən kipləşən-partlayışlısamitlərin formalaşmasında səsin iştirak dərəcəsinin müəyyənləşdirilməsi; b) tədqiq olunan kipləşən-partlayışlı samitlərdə partlayışın intensivlik dərəcəsinin müəyyənləşdirilməsi; c) kipləşən və partlayışlı fazaların səs uzunluğu arasındakı əlaqənin müəyyən edilməsi.

Authors and Affiliations

Səbinə Poladova

Keywords

Related Articles

Strengthening Economic Resilience via Integrated Business Analytics and Digital Transformation

In the modern era, the phase of implementing traditional technologies in the public and private sectors are about to end. The continued use of outdated systems and technologies across all fields may lead to inefficienc...

An Exploratory (Field) Study of Parental Abuse in a Sample of Adolescents in Light of Certain Variables

This study aims to investigate the degree and level of parental abuse experienced by adolescents, as well as to explore the potential influence of variables related to parents’ social and educational background. The prim...

İNKLÜZİV TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNDƏ MÜƏLLİMİN ROLU

Xülasə Xüsusi məktəblərdə tədris-tərbiyə prosesinin təşkilində və korreksiya fəaliyyətində müəllimin rolu böyükdür. Korreksiyaedici təhsil müəssisələrində müəllim öz vəzifə və funksiyaları ilə kütləvi məktəbin müəllim...

MÜASİR DÖVRDƏ İCTİMAİ TƏRƏQQİ VƏ DİLİN İNKİŞAFI

Xülasə Müasir ingilis dilinin tədrisində, onun yeni kommunikativ, interaktiv və imitativ metod və üsullarından istifadə etməklə öyrənilməsində xüsusi dəyişikliklər müşahidə olunduğu üçün bu məqalə müasir ingilis dilin...

TİKİNTİ TƏŞKİLATINA İNVESTİSİYA QOYULUŞUNUN TƏHLİLİ

Xülasə Məqalədə tikinti sənayesinə sərmayə qoyuluşu üçün inkişaf edən imkanlardan bəhs edilir, böyüməyə təkan verən və investorları cəlb edən əsas amillər vurğulanır. Qlobal tikinti bazarının əhəmiyyətli genişlənməsin...

Download PDF file
  • EP ID EP748964
  • DOI 10.36719/2706-6185/33/178-185
  • Views 42
  • Downloads 0

How To Cite

Səbinə Poladova (2024). İNGİLİS DİLİNİN KİPLƏŞƏN-PARTLAYIŞLI SAMİT FONEMLƏRİNİN SPEKTRAL XÜSUSİYYƏTLƏRİ. Ancient Land, 6(3), -. https://europub.co.uk/articles/-A-748964