İNNOVATİV MÜƏSSİSƏLƏRİN YARADILMASININ STRATEJİ PRİNSİP VƏ PRİORİTET İSTİQAMƏTLƏRİ ÜZRƏ BEYNƏLXALQ TÖVSİYƏLƏRİN ANALİTİK TƏHLİLİ
Journal Title: İnformasiya Cəmiyyəti Problemləri - Year 2016, Vol 14, Issue 2
Abstract
Məqalədə müasir dövrdə innovativ müəssisələrin yaradılması zərurəti göstərilmiş və onların cəmiyyətdəki rolu əsaslandırılmışdır. İqtisadiyyatın inkişaf etdirilməsində innovativ strukturlara dair müxtəlif səviyyələrdə qoyulan strateji tələblər, prinsiplər və prioritetlər təhlil olunmuşdur. İnnovativ strukturların formalaşdırılması üçün beynəlxalq və regional xarakterli tövsiyələr şərh olunmuşdur. İnnovativ infrastrukturun və mühitin təkmilləşdirilməsi istiqamətləri elmi-nəzəri və metodoloji cəhətdən analiz olunmuşdur. İnnovativ strukturların prioritetləri, mexanizmləri, elementləri, əlaqələri, idarəetmə parametrləri və kriteriyaları müəyyənləşdirilmişdir.
Authors and Affiliations
Alovsat Aliyev, Roza Shahverdiyeva
SUPERKOMPÜTER TEXNOLOGİYALARI: MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
Məqalədə süperkompüter texnologiyalarının hazırkı vəziyyəti və onların müxtəlif göstəricilər üzrə paylanma dinamikası analiz edilmişdir. Yaxın perspektivdə superkompüterlərin inkişaf dinamikası araşdırılmışdır.
İNFORMASİYA İQTİSADİYYATI SEKTORLARININ FORMALAŞMASININ ELMİ-NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARININ TƏDQİQİ
Məqalədə informasiya və sənaye iqtisadiyyatının bəzi fərqli kateqoriyaları göstərilmişdir. İnformasiya iqtisadiyyatının formalaşmasına və inkişafına təsiri olan elmi-nəzəri, metodoloji yanaşmalar tədqiq edilmişdir. Ümumi...
İNTERNET CƏMİYYƏTİN İNKİŞAFININ HƏRƏKƏTVERİCİ QÜVVƏSİ KİMİ
Məqalədə İnternetin müasir cəmiyyətdə yaratdığı yeni reallıqlar, qlobal və virtual münasibətlər analiz edilir. İnternetin təsiri ilə insan fəaliyyətinin bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri, yaranan imkan...
BIG DATA-NIN AKTUAL ELMİ-NƏZƏRİ PROBLEMLƏRİ
Son on ildə texniki və texnoloji inkişaf ilə əlaqədar olaraq dünyada çox böyük ölçüdə rəqəmsal verilənlər generasiya olunmuşdur. Nəticədə “big data” termini meydana gəlmiş, bu gün isə hər yerdə – qəzet, jurnal məqalələri...
VİKİPEDİYA ENSİKLOPEDİYASI MANİPULYATİV SOSİAL MEDİA VASİTƏSİ KİMİ
Müasir informasiya cəmiyyətində gizli idarəetmə texnologiyalarının analizi informasiya təhlükəsizliyində mühüm amillərdən birinə çevrilmişdir. Viki-layihələrdən sosial medianın bir vasitəsi kimi informasiya təsirində ist...