İSPAN HÜQUQİ MƏTNLƏRİNİN MƏDƏNİ XÜSUSİYYƏTLƏRİNİN TƏRCÜMƏ PROBLEMLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2
Abstract
Xülasə Təqdim edilən məqalədə ispan dilində hüquqi mətnlərin tərcüməsində mədəni xüsusiyyətlərin əsas rolunu və işlənən terminlərin dəqiq verilməsinin əhəmiyyətini vurğulayacağıq. Hər bir ölkənin hüquq sisteminə xas olan termin və anlayışlarla dolu rəsmi dildə hazırlanan hüquq sahəsinə aid mətinlərin tərcüməsi çətin və həssas bir işdir. Məxəz və hədəf dillərin yaxşı mənimsənilməsindən əlavə olaraq tərcüməçilər sənədlərin təfsirinə təsir göstərə biləcək mədəni fərqlərdən məlumatlı olmalıdırlar. Bu mədəni fərqlər hüquqi terminlərin işlədilməsinə, sosial normalara və dəyərlərə təsir göstərə bilər. Bu sahədə tərcümənin mədəni səriştənin əsas olduğu sahələrdən biri də konkret hüquqi terminlərin şərhidir. Aparılan araşdırmalardan belə qənaətə gəlirik ki, dünyadakı hər bir hüquq sistemi, digər dillərdə birbaşa uyğun olmayan bənzərsiz bir sıra termin və anlayışlara malikdir. Burada tərcüməçi yalnız dil baxımından uyğun bir söz və ya sahə terminini düzgün tapmaq problemi ilə qarşılaşmır, həm də hüquqi terminin əsas məqsədini ölkəsinin mədəni və hüquqi kontekstində dəqiq şəkildə tərcümə etməyi bacarmalıdır. Hüquqi mətnin dili hüquqşünasların ifadə etdiyi dillə yanaşı həmin sahənin bir çox xüsusiyyətlərini təmsil edir. Hüquqi terminlər yalnız hüquq sistemin özü tərəfindən müəyyən edilmiş sosial-mədəni məzmunu təmsil etmir.
Authors and Affiliations
Rəhimə Məmmədova
QƏRAR QƏBULETMƏ İNFORMASİYA SİSTEMİNİN MÜƏSSİSƏNİN RƏQABƏT ÜSTÜNLÜYÜ ÜÇÜN TƏTBİQ OLUNMASININ SƏMƏRƏLİLİYİNİN TƏDQİQİ. ÜSTÜNLÜK VƏ ÇATIŞMAZLIQLARIN TƏHLİLİ
Xülasə Rəqabət üstünlüyü əldə etmək istəyən müəssisələr üçün qərar qəbuletmə informasiya sistemlərinin (QMİS) tətbiqinin səmərəliliyinin öyrənilməsi vacibdir. Bu tədqiqatın məqsədi müəssisələrdə qərar qəbuletmə proses...
MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARIN NİTQİNİN ƏMƏK PROSESİNDƏ İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI
Xülasə Uşağı əmək fəaliyyətinə hazırlamaq, onda əməksevərlik hissi tərbiyə etmək məktəbəqədər uşaq müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Bu dövrdə uşaqların əməyi özünəməxsus xüsusiyyətlərə ma...
ƏDALƏT MÜHAKİMƏSİNİN PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ
Xülasə Ədalət mühakiməsinin əsas prinsipləri bunlardır: Məhkəmələrin müstəqilliyi, bərabərlik və qərəzsizlik, qanunun aliliyi, toxunulmazlıq, şəffaflıq, ictimai iştirakçılıq, hüquqi təminatlar, hüquqi səriştə və maari...
QƏRAR VERMƏDƏ RİYAZİ MODELLƏŞDİRMƏ
Xülasə Qərar qəbulu təşkilatın idarə olunması prosesinin ən vacib komponentidir. Menecer təkcə öz həyat təcrübəsindən bəhrələnməməli, həm də qərar qəbul etmə və insanlarla işləmək üsullarını mənimsəməlidir. Riyazi...
YANĞIN MÜHİTİNDƏ AVİASİYA SURSATLARININ TƏHLÜKƏSİZLİK TƏHLİLİ
Xülasə Sursatın təhlükəsizliyi həmişə milli hərbi elm və texnologiya məsələlərinin diqqət mərkəzində olmuşdur və yanğın gəminin sursat saxlama mühiti üçün əsas təhlükəsizlik təhdidlərindən biridir. Bu yazıda Mk-82 gəm...