KAMAL ƏHMƏDOVUN “ƏBƏDİ MƏŞƏL” SİMFONİK POEMASI

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 6

Abstract

Xülasə Naxçıvan bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi K.Əhmədovun yaradıcılığında vətən­pərvərlik mövzusu hər zaman mühüm yer tutmuşdur. O, bu sahədə çoxsaylı və müxtəlif janrlı əsərlər bəstələmişdir. Bəstəkarın intensiv yaradıcılıq axtarışlarının nəticəsində ərsəyə gələn “Əbədi məşəl” simfonik poeması da dərin vətənpərvərlik ideyası ilə diqqəti cəlb edir. Simfonik poemanın melodik məzmunu Azərbaycanınmüstəqilliyiuğrundacanını qurban vermişşəhidlərinmüqəddəs xatirəsinitərənnüm edir. “Əbədi məşəl” simfonik poeması giriş, 4 hissə və finaldan ibarətdir. Əsərin hissələri arasında kəskin kontrastlıq yoxdur və “mono” prinsipi üzərində qurulub. Lakin tərkib hissələrinin formasını dəqiq təsnif etmək çətin olsa da, intonasiya məqam ifadəliliyində müxtəlif fərdi xüsusiyyətlər meydana çıxır. Həmin xüsusiyyətlər müəllif tərəfindən dəqiqliklə araşdırılaraq müəyyənləşdirilmiş və məqalədə not nümunələri ilə təqdim edilmişdir. Məqalənin əsas məqsədi “Əbədi məşəl” simfonik poemasının forma, melodiya, ritm, harmoniya, polifoniya, dramaturgiya və struktur kimi mühüm komponentlərini hərtərəfli tədqiq etməkdir. Qeyd etmək lazımdır ki, K.Əhmədovun “Əbədi məşəl” simfonik poeması indiyə qədər heç bir tədqiqat işində araşdırılmamış və təhlil edilməmişdir. Bu baxımdan təqdim edilən məqalə ilk nümunədir və orijinal araştırma işi kimi əhəmiyyətlidir.

Authors and Affiliations

Rumiyə Məmmədova

Keywords

Related Articles

XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ UŞAQ POEZİYASINDA MİLLİ KOLORİTİN İNİKASI

Xülasə Uşaq ədəbiyyatının tarixi-mədəni mənzərəsi bütün parametrlərdə etnokulturoloji təsəvvürün ümumi polifoniyasını əks etdirməyə və arxaik qatdan üzü bəri gələnlərin yaddaş səviyyəsində normativlərə sədaqət göstərm...

A PART OF THE SOLUTION: ORGANIC FARMING METHODS AND SUSTAINABLE DEVELOPMENT GOALS

Abstract Amid escalating concerns worldwide about the environmental and socio-economic impacts of traditional agriculture, organic farming emerges as a viable alternative. This article explores the intricate relations...

İngilis dili dərslərində fənlərarası əlaqədən istifadə etməklə tələbələrin dərsdə fəallığının artırılması yolları

İngilis dilinin bütün dünya üzərində qlobal dil olduğu artıq aydın məsələdir. Bu xarici dili həyatımızın demək olar ki, bütün sferalarında görə bilirik. Xarici dil öyrədərkən çoxsaylı üsul və vasitələrdən istifadə edilir...

Çoxpilləli ekstraksiya prosesinin təsviri

Ekstraksiya iki qarışmayan mayelər arasında maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur. Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir: ekstraksiya olunan...

Sülaymon Bokirqaninin mənəvi-pedaqoji görüşlərinin öyrənilməsinin nəzəri-metodoloji əsasları

Bu gün gənc nəslin əcdadlarının mənəvi irsi əsasında yetişdirilməsi, onların kamil şəxsiyyət kimi yetişdirilməsi müasir biliyin nəzəri əsası hesab olunur. Gənc nəslin Şərq mütəfəkkirlərinin mənəvi irsi əsasında tərbiyə o...

Download PDF file
  • EP ID EP747769
  • DOI 10.36719/2789-6919/34/23-27
  • Views 50
  • Downloads 0

How To Cite

Rumiyə Məmmədova (2024). KAMAL ƏHMƏDOVUN “ƏBƏDİ MƏŞƏL” SİMFONİK POEMASI. Scientific Research, 4(6), -. https://europub.co.uk/articles/-A-747769