KƏSKİN AUDİOGEN STRESSDƏN SONRA QİDA RASİONUNDA ZÜLAL ÇATIŞMAZLIĞI İLƏ ORBİTAL QABIQ MORFOLOJİ DƏYİŞİKLİKLƏRİ ARASINDA ƏLAQƏLƏR (EKSPERİMENTAL TƏDQİQAT)
Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 3
Abstract
Xülasə Tədqiqat 64 ağ laborator siçovul üzərində aparılmışdır (8 – intakt, 56 – eksperiment qrupları). 56 heyvanda kəskin səs qıcığı ilə stress modelləşdirilmiş, “stressə dözümlü” (24) və “stressə dözümsüz” (32) olmaqla iki yığım ayird edilmişdir. Stressdən sonra kontrol qrupu heyvanları 40 gün müddətində balanslı (adi), əsas qrupdakılar isə - az-zülallı qida ilə yemləndirilmişdir. Qrupların hər birinə 12 stressə dözümlü və 16 stressə dözümsüz siçovul daxil edilmişdir. İntakt ağ laborator siçovulda orbital qabığın “aqranulyar” quruluş tipi təsbit olunmuşdur. Audiogen stressə dözümlü heyvanlarda orbital qabıqdakı dəyişikliklərin əksəriyyəti geriyə dönə bilən (“reaktiv”), bəziləri - “hüdudi” və cəmi bir neçəsi - geriyə dönməyən xarakterlidir. Stressə dözümsüz ağ laborator siçovullarda orbital qabıqda morfoloji olaraq “erkən dövr alterasiyası – postalterasion sabitləşmə və bərpanın başlanması – tam bərpa və ya qalıq əlamətlər formalaşması ilə natamam bərpa” ardıcıllığı aşkarlanmışdır. Stressə dözümsüzlük şəraitində az-zülallı qida rasionu ilə orbital qabıqda qalıq morfoloji əlamətlər tezliyi arasında yüksək intensivlikli və statistik etibarlı düz mütənasib əlaqə müəyyən edilmişdir.
Authors and Affiliations
Maya Sultanlı
THE SORPTION OF NON-FERROUS METAL-IONS BY CHELATING RESINS
Abstract Conditions of sorption equilibrium of copper, zinc, cadmium and lead-ions by chelatforming resins Amberlite IRC-748 and Duolite C 467 depending on the degree of neutralization of their ionogenic groups, the a...
NEFT MƏHSULLARINDA AROMATİK KARBOHİDROGENLƏRİN TƏRKİBİNİN KİMYƏVİ TƏYİNİ ÜÇÜN CİHAZLAR
Ətraf mühitin çirklənməsi neft və neft məhsullarının çıxarılması, daşınması, emalı və utilizasiyası, habelə neft məhsullarının su hövzələrinə icazəsiz axıdılması, texnogen qəzalar, sənaye istehsalı nəticəsində baş verir....
KİMYA DƏRSLƏRİNDƏ DİDAKTİK TAPŞIRIQ – OYUNLARIN ŞAGİRD TƏFƏKKÜRÜNƏ MÜSBƏT TƏSİRİ
Xülasə Məqalədə şagirdlərin təlim fəaliyyətlərini yüksəltmək üçün istifadə olunan didaktik oyunlar izah olunur. Qeyd olunur ki, didaktik oyunlar şagirdlərin nitqinin inkişafında, nitq qüsurlarının aradan qaldırılması...
The Impact of Quercetin Glycosides on ACE2, AT1R, and AT2R: The Molecular Docking and in Silico Analysis
The renin-angiotensin-aldosterone system (RAAS) plays a critical role in cardiovascular homeostasis, and its dysregulation is associated with hypertension and thrombotic disorders. In this study, we performed a comparati...
QOBUSTAN RAYONUNUN DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARININ AQROFİZİKİ VƏ AQROKİMYƏVİ XASSƏLƏRİ
Xülasə Məqalədə Qobustan rayonunun Ərəbşahverdi kəndi ərazisində dağ boz-qəhvəyi (şabalıdı) torpaqların yaxşılaşdırılmasında çoxillik paxlalı otların rolu əvəzsizdir. Eroziya prosesi bu torpaqların morfoloji əlamətlər...