LEYŞMANİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏ TARİXİ, KLİNİKASI VƏ TÖRƏDİCİLƏRİN MORFOLOGİYASI

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 9

Abstract

Xülasə Leyşmaniozların bütün formalarının əsas xüsusiyyəti onun sahibinin makrofaqal sisteminin xəstəliyi fonunda baş verməsi hesab edilir. Hünü sağlam insanı sancdıqdan bir neçə saat sonra inokulyasiya nahiyəsində yerli iltihab prosesi yaranır və bu zaman promastiqotların bir qismi sahib orqanizmin lizosomal fermentləri hesabına tələf olur. Əgər dəri leyşmaniozu zamanı lokal histositoma inkişaf edirsə, visseral leyşmaniozda isə leyşmaniyalar daxili orqanların retikulo-endotelial hüceyrələrində (qaraciyər, dalar, sümük iliyi və limfa düyünləri) lokalizasiya olunaraq inkişaf etməyə başlayırlar. Leyşmaniyaların əsas xarakterik xüsusiyyəti onun qamçıya yaxın yerləşmiş kinetoplasta malik olmasıdır. Kinetoplast unikal mitoxondri olub dairəvi, oval və çöpşəkilli formaya malik ola bilər. O, həmçinin çox miqdarda DNT-yə malik bir orqanella hesab edilir. Leyşmaniyaların promastiqot formaları hünülərin (Phlebotomus) bağırsaq traktında yaşayırlar, insanın bədənində isə amastiqot formaya rast gəlinir. Hünülər xəstə insan və heyvanların qanını soran zaman amastiqotlar hünülərin orta bağırsağına keçirlər.

Authors and Affiliations

Abdulla Fərəməzov, Şəhla Əliyeva, Fatma Hüseynova

Keywords

Related Articles

ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN İNKİŞAFINDA APOPTOZ FAKTORU KİMİ QRANZİM B-NİN ROLU

Ürəyin işemik xəstəliyi (İHD), həmçinin koronar arteriya xəstəliyi (CAD) və ya koronar ürək xəstəliyi (CHD) olaraq bilinir. Dünya miqyasında xəstələnmə və ölümün aparıcı səbəbi olaraq qalır. Ürək əzələsinə kifayət qədər...

ДЕТЕРМИНАНТЫ ЭПИДЕМИЧЕСКОГО ПРОЦЕССА МАЛЯРИИ

В статье приводятся данные по изучению закономерностей эпидемического процесса малярии. Заболевание обусловлено 3х дневной малярией, фауна комаров представлена антропрофильными видами. Выявлены природные факты и биологич...

MİNERAL TERAPİYADAN İSTİFADƏ EDƏRƏK XRONİKİ GENERALİZƏ OLUNMUŞ GİNGİVİTİN KOMPLEKS MÜALİCƏSİ

Xülasə Xroniki generalizə olunmuş kataral gingivit diaqnozu ilə 20-25 yaşlı 49 xəstənin hərtərəfli müayinə və müalicəsi aparılıb. (ХGКG). Müalicə üsullarından asılı olaraq 2 qrup təşkil edilmişdir. Müşahidə qrupunda (n...

AĞIR METALLARIN QİDALANMADA ƏHƏMİYYƏTİ

Məqalədə insan həyatı üçün vacib olan metalların qidalanmada polundan bəhs edilir. Lakin həyat üçün vacib ağır metalların qatılığı artıq olduqda onlar insan üçün təhlükəli olurlar. Ətraf mühitdə toplanan metalların birba...

AQRAR SAHƏDƏ SAHİBKARLIQ FƏALİYYƏTİNİN İNNOVATİV İNKİŞAF PERSPEKTİVLƏRİ

The experience of developed countries in recent years convincingly shows that increasing the efficiency of agro-industrial production is achieved mainly due to the intensification of the successful activities of innovato...

Download PDF file
  • EP ID EP749957
  • DOI 10.36719/2707-1146/36/12-16
  • Views 49
  • Downloads 0

How To Cite

Abdulla Fərəməzov, Şəhla Əliyeva, Fatma Hüseynova (2023). LEYŞMANİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏ TARİXİ, KLİNİKASI VƏ TÖRƏDİCİLƏRİN MORFOLOGİYASI. Nature & Science, 5(9), -. https://europub.co.uk/articles/-A-749957