LİZİNQ ƏMƏLİYYATLARININ UÇOTU
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1
Abstract
Xülasə Biznes sahəsi sayılan lizinq vacib əhəmiyyəti olan iqtisadi hadisədir. Məhz buna görə dünya kommersiya praktikasında “lizinq” terminindən geniş şəkildə istifadə edilir. Lizinqin əhəmiyyəti bununla müəyyən edilir ki, o təkcə investisiya rolunu oynamır, eyni zamanda kredit kimi əhəmiyyətə malikdir. Lizinq qeyri-pul formasında yəni, maşın, avadanlıq və digər istehsal vasitələrinin satın alınması üçün verilən kredit deməkdir. XX əsrin əvvəllərində iqtisadi münasibətlərin inkişafı kreditləşmənin yeni növünün yaranmasına gətirib çıxardı ki, bununla da lizinq maliyyələşdirmə praktikasının başlanğıcı qoyuldu. Lizinq istehsalın texniki cəhətdən təzələnməsində və onun yeni təchizat vasitələri ilə təmin olunmasında güclü impuls rolunu oynayır. Lizinq sayəsində bazarı yüksək keyfiyyətli Lizinq sayəsində bazarı yüksək keyfiyyətli mallarla təmin etmək mümkün olur ki, bunun nəticəsində lizinq müasir dövrdə bazar infrastrukturunun vacib elementinə çevrilmişdir. Məqalədə lizinq əməliyyatlarının mahiyyəti və lizinq əməliyyatları uçotunun müasir vəziyyəti araşdırılmışdır.
Authors and Affiliations
Sevinc Nəsibova
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ÇAYLARIN AXINLARINDAN HİDROENERGETİKA VƏ SUVARMA MƏQSƏDİ İLƏ MƏNİMSƏNİLMƏSİ ÜÇÜN YENİ HİDROTEXNİKİ QURĞULARIN İŞLƏNMƏSİ
Məqalədə, işğaldan azad edilmiş ərazilərin çaylarında, hidroloji müşahidə məntəqələrinin məlumatlarına əsasən, orta illik su sərfinin, çay axının lilliyinin öyrənilməsi və təhlili, orta çoxillik çöküntülərin miqdarı və ö...
HAYAO MİYAZAKİ YARADICILIĞINDA DİNİ MOTİVLƏRİN TƏZAHÜRÜ
Hayao Miyazakinin filmlərində bəzi dini motivlərin izlərini görmək mümkündür. Miyazakinin əsərləri tez-tez Şintoizm, Buddizm və fövqəltəbii inanclar kimi Yapon mədəniyyətinin elementlərini əks etdirir. Bu elementlər bəzə...
Functions of State Control
State control is one of the most vital aspects of governance, ensuring that governmental institutions and the public sector operate in a lawful, transparent, and efficient manner. It encompasses a range of practices and...
Kütləvi idman tədbirləri zamanı təhlükəsizliyin təmin edilməsində müasir informasiya texnologiyalarından və texniki vasitələrdən istifadənin hüquqi aspektləri
Xülasə Hazırkı məqalə kütləvi idman tədbirlərinin təşkil olunması və keçirilməsi zamanı ictimai təhlükəsizliyin təmin edilməsi institutu tətbiq edildikdə təcrübəyə gətirilən müasir informasiya texnologiyalarından və t...
YENİYETMƏLƏRDƏ OYUN ASILILIĞI ZAMANI YARANAN SOSİAL-PSİXOLOJİ DƏYİŞİKLİKLƏR
Son dövrlərdə insanlar arasında xüsusilədə, yeniyetmələrdə oyuna qarşı marağın artması müşahidə edilir. Burada müxtəlif səbəblər rol oynayır, bunlar içərisində uşaqların nəzarətsiz qalmaları, real həyatda dostluq münasib...