Məhəmməd Tağı Sidqi ədəbi irsində termin yaradıcılığı problemi
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8
Abstract
Xülasə Azərbaycan maarifçiliyinin fədakar nümayəndələrindən olan Məhəmməd Tağı Sidqi Naxçıvanda yeni üsullu məktəb hərəkatında öncüllərdən olmaqla bərabər, yaradıcılığında dilçiliklə bağlı bir çox ciddi məsələlərə aydınlıq gətirməyə çalışmışdır. Bu gün M.T.Sidqi yaradıcılığında rast gəlinən bəzi leksik vahidlər sanki ümumişlək sözlər təsiri bağışlayır. Müşahidələr deməyə əsas verir ki, şair istər milli, istərsə də ərəb və fars mənşəli sözlərə termin statusu verərkən həm sözlərin dildəki işləklik dərəcəsini, həm leksik mənasını, həm cəmiyyətin yeni dünyaya inteqrasiyasını, həm də zamanın şərtlərini eyni dərəcədə nəzərə almışdır. Daha doğrusu, görkəmli ziyalı hələlik təfəkkürlərdə elmsizliyin hökm sürdüyü zaman və məkan daxilində ayrı-ayrı bilik sahələri ilə bağlı anlayışları əksəriyyət müasirlərinin başa düşəcəyi dildə qələmə alaraq insanları maarifçilik hərəkatı ətrafında birləşməyə müvəffəq olmuşdur. Eyni səbəbdəndir ki, bəzən M.T.Sidqinin əsərlərində hansı sözün ümumişlək, hansı sözün termin olduğunu müəyyənləşdirmək xüsusi diqqət tələb edir. XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış tərəqqipərvər ziyalıların, o cümlədən M.T.Sidqinin əsərlərində məktəbdarlıqla bağlı pedaqoji terminlərin bir qədər geniş yer tutduğunu görürük. Ümumiyyətlə, M.T.Sidqi yaradıcılığı deməyə imkan verir ki, XIX əsrin II yarısında maarifçilik hərəkatının nəticəsi olaraq Azərbaycan ədəbi dilində terminləşməyə meyil xeyli güclənmişdir. M.T.Sidqi yaradıcılığında ümumişlək sözlərin terminləşməsini izləyərkən məlum olur ki, bəzi məqamlarda mənanın xüsusiləşməsi baxımından proses hələ də davam etməkdədir. Qeyd-şərtsiz, Azərbaycan adlı bir məmləkətdə “ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyun apardıqları məqsədyönlü mübarizə”də mücadilənin önündə dayanan aydınlardan biri də Məməmməd Tağı Sidqi olmuşdur. Nəzəri fikirlər ədəbi faktlarla əsaslandırılmışdır.
Authors and Affiliations
Günay Ələkbərova Naxçıvan Dövlət Universiteti doktorant
Üslubiyyatın tədrisi və dilin funksional istifadə prinsipləri: düzgünlük, dəqiqlik və aydınlıq
Müasir Azərbaycan ədəbi dilinin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdır. Həmin üslubları öyrənən, spesifik xüsusiyyətlərini fərqləndirən bölmə isə üslubiyyat adlanır. Məqalədə elmi-metodi...
XARİCİ ÖLKƏLƏRDƏ AKSİZ VERGİSİNƏ CƏLB OLUNAN MALLARIN DAİRƏSİ VƏ AKSİZ VERGİSİNİN ALINMASININ HÜQUQİ TƏNZİMİ: MÜQAYİSƏLİ-HÜQUQİ TƏHLİL
Xülasə Spirtli içkilərin və tütün məmulatlarının istehsalına görə tutulan aksiz vergisi əhalinin sağlamlığına və iqtisadiyyatına mühüm təsir göstərən malların istehsalı və dövriyyəsinə dövlət tərəfindən tənzimlənmənin...
Цифровые платформы в условиях приоритетности использования интеллектуального капитала
Резюме В научной статье говорится о приоритетности использования интеллектуального капитала, являющегося необходимостью обеспечения конкурентоспособности инновационной, в том числе цифровой, инновационной деятельно...
AZƏRBAYCAN MƏHƏBBƏT DASTANLARINDA İŞLƏNƏN ANTROPONİMLƏR VƏ ONLARIN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Xülasə Aşıq yaradıcılığında işlənən şəxs adlarını tədqiq etmək tarixi həqiqətləri üzə çıxarmağa kömək edir. Həmin şəxslərin yer kurəsinin hansı guşəsində məskunlaşdığını, hansı xalqa mənsub olduğunu aydınlaşdırır. V...
Dövlət xəstəxanalarında tibbi tullantıların idarəetmə praktikası: mövcud vəziyyət
Bu tədqiqat işi dövlət xəstəxanalarında tibbi tullantıların idarə edilməsinin mövcud praktikaları araşdırılır, bu sahədə tətbiq olunan milli və beynəlxalq qaydalar nəzərdən keçirilir. Xəstəxanalarda tullantıların çeşidlə...