Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9

Abstract

Xülasə Məqalədə Xalq şairimiz Məmməd Arazın mənsub olduğu xalqa dərin məhəbbəti, vətənpərvərlik ideyaları fonunda Azərbaycançılıq ideologiyasının mühüm aspektləri işıqlandırılmışdır. Azərbayca­nın poetik dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək şairin yaradı­cılıq qayəsi, vətəndaşlıq məramı kimi dəyərləndirilmişdir. M. Araz yaradıcılığının əsasını, başlıca ideyasını vətənə sədaqət və xalqa dərin məhəbbət təşkil edir. Şair üçün Vətən – doğma ata ocağı, el-oba qədər əzizdir. Vətən vüqarlı dağlar, bar-bərəkətli torpaqlar, gur suları torpaqların bağrını sərinlədən Kür, Arazdır. Xalqını dərin məhəbbətlə sevən şairin əsərlərini oxuduqca gözlərimiz önündə bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik obrazı canlanır. Millilik və müstəqillik, azadlıq düşüncəsinin ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir desək, yanılmarıq. O, sözün həqiqi mənasında böyük istiqlal şairidir. Xalqın milli birliyi, mənəvi bütövlüyü, azadlıq yanğısı M. Araz şeirinin əsas ilham qaynağı kimi diqqətimizi çəkir. Bəzi məqamlarda şairin poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır.

Authors and Affiliations

Qərənfil Rzayeva

Keywords

Related Articles

AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNUN İQTİSADİ ROLU VƏ STRATEJİK ƏHƏMİYYƏTİ

Xülasə Bu məqalədə Azərbaycanın nəqliyyat sektorunun iqtisadi rolu və strateji əhəmiyyəti araşdırılır. Azərbaycanın coğrafi mövqeyi, xüsusilə Qafqazın cənub-şərqində, Xəzər dənizi sahilində yerləşməsi ölkəni Asiya ilə...

BİZNES SUBYEKTLƏRİNİN İDARƏ EDİLMƏSİNDƏ MÜASİR KONSEPSİYALAR VƏ ONLARIN MAHİYYƏT

Xülasə Biznes subyektlərinin idarə edilməsi elmdə XX əsrin 60-70-ci illərindən başlayaraq meydana gəlmişdir ki, bu da öz növbəsində idarəetmə konsepsiyaları müxtəlif ölçülü biznes subyektləri olan firma və müəssisələr...

Azərbaycanda sığorta bazarının fəaliyyətinin təhlili

Xülasə Maliyyə sisteminin tərkib hissəsi olan sığorta – bir iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətən­daşların şəxsi h...

QARABAĞLAR TÜRBƏ MUZEY KOMPLEKSİ (XII-XIV ƏSRLƏR)

Xülasə Min illər boyu insanlar özlərindən əvvəlki insanların yaratdığı əşyalara, sənət əsərlərinə maraq göstərmişlər. Tarixi-ictimai əhəmiyyət kəsb edən abidələr arasında XII-XIV əsrə aid Qarabağlar Memarlıq Kompleksi...

YENİ VƏ GƏNC NƏSLİN HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ROLU

Xülasə Müasir hərbi vətənpərvərlik tərbiyəsi mövzusundakı dərs şagirdlərə geniş hərbi biliklər verməklə yanaşı həmdə onları demokratik Azərbaycana sədaqət ruhunda böyütmək, vətənimizin fəal nümayəndələri kimi Azərbay...

Download PDF file
  • EP ID EP747434
  • DOI 10.36719/2706-6185/39/47-54
  • Views 29
  • Downloads 0

How To Cite

Qərənfil Rzayeva (2024). Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası. Ancient Land, 6(9), -. https://europub.co.uk/articles/-A-747434