Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10

Abstract

Xülasə Müəssisənin səmərəliliyinin strateji menecment prinsiplərinin əhəmiyyətli dərəcədə fərqlənməsi ida­rəetmə mexanizmlərinin strukturunda və müasir müəssisələrin inkişafında sürətli təkamül də­yişik­likləri ilə əlaqədardır. Bu xüsusiyyətlər gələcəkdə müəssisənin fəaliyyətinin strateji menec­ment prinsiplərinin sayının genişlənməsi ilə müəyyən edilir. Müəssisənin səmərəliliyinin strateji idarə edilməsi məqsədlərinə nail olmaq mərhələsində səmə­rəlilik və nəticəlilik prinsipi kimi prinsiplər nəzərə alınmalıdır. Müəssisənin strateji idarə edilməsi prosesi həmişə təsərrüfat subyektinin iqtisadi və maliyyə fəaliyyətinin yaxşılaşdırılması ehtiyacını özündə ehtiva etməlidir. Aparılan araşdırmalar göstərir ki, müasir şəraitdə istənilən müəssisənin təsərrüfat-istehsal fəaliyyətinin səmərəliliyi xeyli dərəcədə strateji menecmentin hansı səviyyədə tətbiq edilməsindən asılı­dır. Ona görə də fəaliyyəti prosesində strateji menecmentin xüsusiyyətlərinin və prinsiplərinin nə­zərə alınması və tətbiqi hər bir müəssisənin qarşısında duran əsas məsələlərdən biri hesab edilmə­lidir. Ancaq nəzərə almaq lazımdır ki, vahid universal strateji menecment olmadığı kimi, bütün müəssisələr üçün vahid strategiya da yoxdur. Ona görə də müəssisədə strateji menecment tətbiq edilərkən müəssisənin fəaliyyət xüsusiyyətləri, potensial imkanları, strateji menecmentin uyğunluq, nə­zarət, mürəkkəblik və səmərəlilik kimi əsas prinsipləri nəzərə alınmalıdır.

Authors and Affiliations

Vasif Həziyev

Keywords

Related Articles

U.S. and China in the Global Economy: Trade Wars, Technological Rivalry and Future Power Shifts

Currently the greatest intense economic competition worldwide in the 21st century could well be the United States and the People's Republic of China. Trade, technology, and geopolitical power relations are significantl...

AZƏRBAYCANDA “YAŞIL TEXNOLOGİYALARIN” TƏTBİQİNDƏ ÇƏTİNLİKLƏR VƏ İMKANLAR: DAVAMLILIQ VƏ İNNOVASİYAYA DİQQƏT

Xülasə Bu tədqiqat işi davamlılıq və innovasiyaya xüsusi diqqət yetirməklə Azərbaycanda yaşıl texnologiyaların tətbiqi ilə bağlı çətinlikləri və imkanları araşdırır. Azərbaycan inkişaf etməkdə olan ölkə kimi davamlı v...

Dilçilikdə determinant anlayışının işlənməsi məsələləri

Məqalədə determinant anlayışı və onun cümlədə işlənmə məsələlərindən bəhs edilir. Azərbaycan dilçiləri ilə yanaşı, rus alimlərinin də bu istiqamətdəki işləri təhlilə cəlb olunur. Məqsəd – Müasir dilçilikdə müxtəlif si...

The Influence of the Endowment's Moral Personality on its Administration and Governance in Algerian Legislation

Islamic jurisprudence and statutory law collectively acknowledge that an endowment (waqf) possesses a notional personality, which ensures civil and criminal legal safeguards. Undoubtedly, endowments have become a corners...

The Level of Education is the Main Condition For the Development of Country

Education serves as the cornerstone of personal growth, societal progress, and global advancement. The Goychay State Management and Technology College exemplifies the transformative role of education by nurturing talent,...

Download PDF file
  • EP ID EP751909
  • DOI 10.36719/2706-6185/40/7-14
  • Views 35
  • Downloads 0

How To Cite

Vasif Həziyev (2024). Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti. Ancient Land, 6(10), -. https://europub.co.uk/articles/-A-751909