“Multikulturalizm”, “avrosentrizm” və “avropaçılıq”
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11
Abstract
Xülasə Azərbaycanda multikultural dəyərlərə hörmət edilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün multikulturalizm probleminə marağın artması bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də müşahidə olunur ki, bu da bir tərəfdən cəmiyyət daxilində həyatın bütün sahələrində baş verən müxtəlif fərqlərin azalması deyil, əksinə, bu meyillərin aydın şəkildə artması ilə bağlıdır. Digər tərəfdən isə multikulturalizm probleminə çox yaxından təsir göstərən miqrasiya problemidir. Bu gün bütün dünyanı öz ağuşuna almış miqrasiya probleminin kökündə yerli xalqlarla gəlmə xalqların nümayəndələri arasında yaranan mədəni, dini və həyat fəaliyyətinin bütün digər mühüm sahələri arasınnda yaranan qarşıdurmalar ilə bağlıdır. Digər mədəni təcrübələrin qavranılması, mənimsənilməsi və özünə uyğunlaşdırılması yeni mədəni formaların yaranması və inkişafı üçün bir növ stimul rolunu oynayır. Bir qayda olaraq, yeni kommunikasiya texnologiyaları sayəsində yerli mədəniyyətlər arasında qarşılıqlı mübadilə proseslərinin intensivləşməsi və sürətlənməsi informasiyanın emalını və seçilməsini, onun dərk edilməsini, sistemləşdirilməsini və “özününkiləşdirilməsini” çətinləşdirir. Digər tərəfdən, müasir dövrdə qloballaşan dünyada getdikcə strukturlaşdırılmamış xarici mədəniyyətin, onu qəbul edən milli mədəniyyətdə həcminin artması şəraitində, xarici mədəniyyət tərəfindən yerli mədəniyyətin “xüsusi”, “fərdi dəsti-xətti”ni öz axınında əritmək, həll etmək ehtimalı, təhlükəsi, əlbəttə ki, çox böyükdür. Məqalədə multikulturalizm probleminə “avrosentrizm” və “avropaçılığ”ın təsir dairəsi də öz əksini tapıb.
Authors and Affiliations
Nazim İsmayılov, Sevda Yusifova
YENİ DÜNYA NİZAMININ FORMALAŞMASINDA TÜRKDİLLİ DÖVLƏTLƏRİN ROLU
Bu məqalə Yeni Dünya Nizamının formalaşmasında türkdilli dövlətlərin rolunu araşdırır. Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş bir regionda yayılmış bu dövlətlər onların geosiyasi mövqeyinə və strateji əhəmiyyətinə t...
XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazı...
Ensuring the Protection of Personal Data As an Element of Information Security
The article considers the legal regulation of personal data protection as an important element of information security, highlighting its critical importance in the modern digital landscape. The study examines the relevan...
Laminat şüşələrin fiziki-kimyəvi xüsusiyyətlərinin təhlili
Laminat şüşələr müxtəlif sahələrdə geniş istifadə olunan mühüm materiallardan biridir. Onlar adətən iki və ya daha çox şüşə qatının xüsusi polimer materiallarla birləşdirilməsindən əmələ gəlir. Bu qatlar arasında istif...
PEDAQOGİKANIN PREDMETİ, FUNKSİYALARI, MƏQSƏDİ, VƏZİFƏLƏRİ, MƏNBƏLƏRİ VƏ METODOLOGİYASI
Xülasə Pedaqogika gənc nəslin təhsiinin, tərbiyəsinin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollardan bəhs edən elmdir. Bəşər cəmiyyəti yarandığı gündən yaşlı nəsil gənc nəslin tərbiyəsi qayğısına qalara...