Nadir şahın ordusu: XVIII əsrin ən güclü hərbi qüvvəsi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 2
Abstract
XVIII əsrin ən parlaq və güclü hərbi liderlərindən biri olan Nadir şah Əfşar (1688-1747) güclü iradəsi ilə bütün dünyaya meydan oxuya bilən böyük bir ordu yaratmağa nail olaraq tarixə adını yazdıran böyük şəxsiyyətlərdən biridir. Nadir şah Əfşarın hərbi fəaliyyəti Baba Əli Bəyin xidmətində olduğu zaman başlamışdır. Səfəvilər dövlətinin zəiflədiyi bir zamanda Nadir xan Əfşar hərbi bacarığı sayəsində xarici düşmənlərə qarşı mübarizə aparmaq məqsədilə qüdrətli bir ordu qura bildi. Hakimiyyəti də tam olaraq ələ keçirən Nadir Əfşarlar nəslinin hökmdarı olaraq müasiri olduğu dövrün hərbi taktika və strategiyalarını yaxşı mənimsəmiş, ordusunu zamanın ən təsirli və güclü hərbi qüvvələrindən birinə çevirə bilmişdi. Nadir şah Əfşarın hərbi taktikasının uğurla nəticələnməsinin səbəbi ərazi kəşfiyyatı, döyüş zamanı qoşunların nizamlı manevrləri, uğurlu taktikalardan istifadə etməsi, lazımlı qüvvələrin strateji olaraq düzgün mövqeyi idi. Məqaləmizdə son dövrün araşdırma əsərlərinə də müraciət edərək, analiz və təhlil və müqayisə metodlarından istifadə edilərək Nadir şahın ordusunun strukturu, döyüş taktikaları və müharibə strategiyası ətraflı şəkildə tədqiq edilmişdir.
Authors and Affiliations
Gülsüm Tağızadə
AZƏRBAYCANIN LEYŞMANİOZ OCAQLARININ ÖYRƏNİLMƏSİ DƏRƏCƏSİ
Məqalədə Azərbaycanın dəri leyşmaniozu və visseral leyşmaniozun keçmiş ocaqlarında bu xəstəliklərlə mübarizə məqsədilə onların epidemiologiyasına aid öyrənilən müxtəlif məsələlər göstərilmişdir. Həm sağlamlaşdırılmış,...
İNKLÜZİV TƏHSİLDƏ UŞAQYÖNÜMLÜ TƏLİM MÜHİTİNİN XÜSUSİYYƏTLƏRİ
Xülasə İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir. İnklüziv təhsil alan uşaqların öz ya...
Yeni model biznes infrastrukturlarının əsas komponentlərinə baxış
Sabit biznes infrastrukturu idarə olunan, gəlirli artımı təmin etmək üçün lazım olan bütün insan resurslarının, proseslərin və digər əməliyyat vasitələrinin düzgün əlaqələndirilməsini təmin edir. Bu, gözlənilməz böyümə...
DƏNİZ SUYUNDA FİTOPLANKTONDA “XLOROFİL A” TƏYİNİ
Təqdim olunan məqalənin əsas məqsədi dəniz suyundan götürülmüş nümunədə “Xlorofil a`nın” sayını müəyyənləşdirməkdir. Bu proses Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “AzeLab” laboratoriyasında...
YANĞIN MÜHİTİNDƏ AVİASİYA SURSATLARININ TƏHLÜKƏSİZLİK TƏHLİLİ
Xülasə Sursatın təhlükəsizliyi həmişə milli hərbi elm və texnologiya məsələlərinin diqqət mərkəzində olmuşdur və yanğın gəminin sursat saxlama mühiti üçün əsas təhlükəsizlik təhdidlərindən biridir. Bu yazıda Mk-82 gəm...