Naxçıvan Muxtar Respublikasının orta məktəblərində müəllim-şagird münasibətləri
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9
Abstract
Xülasə Məqalədə Naxçıvan Muxtar Respublikasında yerləşən orta məktəblərdə müəllim-şagird münasibətlərindən danışılmış, onların birgə əlaqələrindən, yaradıcı müəllimlərin dövlət standartlarına əməl etməsindən, şəxsi təhsilinin artırılmasından, hər dərs üçün müxtəlif tədqiqetmə formalarının mövcudluğundan və bütün bunların şagirdlərə müsbət təsirindən danışılır. Məqalədə həmçinin müəllimlərin konkret hədəflərindən, məqsədlərindən, yumor hisslərindən, risk bacarıqlarından, işlərini ardıcıl yerinə-yetirmələrindən, valideynlərlə əlaqələrindən, işlərindən zövq almalarından, sinifdə aparılan dəyişikliklərdən və s. danışılmış, bunların şagirdlərə müsbət təsiri ətraflı şəkildə şərh olunmuşdur. Müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərimizin həm təhsildə, həm də həyatda yüksək mövqe tutmaları, keyfiyyətli təhsil üçün sinfin düzgün idarə edilməsinin əhəmiyyəti qeyd edilmişdir. Məqalədə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumtəhsil sahəsində görülən işlər, aparılan islahatlardan bəhs olunmuşdur. Nəticə olaraq qeyd edə bilərik ki, təhsildə aparılan kompleks islahatların təsiri nəticə etibarilə sinif otaqları mühitində reallaşır və şagirdlərin göstərdiyi təlim nəticələrinin yüksəldilməsinə xidmət edir. Məktəblərdə “müəllim-şagird” münasibətinin düzgün qurulması, şagirdlərə fərdi yanaşaraq onlara bilik, bacarıq və vərdişlərinin üzə çıxarılması, onların qabiliyyətlərini müəyyənləşdirib həmin istiqamətdə yönəldilməsi şagirdlərin düzgün şəkildə formalaşmasına və inkişaf etməsinə kömək edir.
Authors and Affiliations
Fatma Hacıyeva
Xərclərin uçotu və audit qiymətləndirilməsi
Xülasə Müəssisədə gəlirlərin və xərclərin uçotunun təkmilləşdirilməsi yönündə müasir zamanın tələblərinə uyğun olaraq bir sıra işlər aparılır. Keçmiş sözü gedən metodların zamanla öz funksiyasını yerinə yetirə bilməm...
İRANIN NÜVƏ BÖHRANININ HƏLLİ CƏHDLƏRİ
Xülasə Məqalədə İranın nüvə böhranının həllinə yönəlmiş fəaliyyətinin əsas inkişaf mərhələləri nəzərdən keçirilir. Müəllif İran ətrafında yaranmış nüvə böhranının əsas məqamlarına aydınlıq gətirir. İranın beynəlxalq...
DEVELOPMENT OF DIGITAL TECHNOLOGIES IN THE BANKING SECTOR
Abstract At this time, digitalization represents a significant trend in the progression of the economy. Digitization refers to the extensive implementation of interconnected digital services by various entities, inclu...
“YAŞIL İQTİSADİYYAT”: XÜSUSİYYƏTLƏRİ, NÜMUNƏLƏR VƏ MÜASİR DÖVRDƏ İNKİŞAF MƏQSƏDLƏRİ
Xülasə “Yaşıl” iqtisadiyyat termini insan rifahını və sosial ədalətli təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Onun əsas komponentlərindən olan “Yaşıl biznes...
BİOLOGİYANIN TƏDRİSİNDƏ RƏQƏMSAL TƏHSİL KONSEPSİYASI
Xülasə Məqalədə XXI əsr bacarıqlarının, STEAM metodunun, həmçinin rəqəmsal bacarıqların bioloji təhsildə rolundan, konsepsiyasından bəhs edilir. Müasir dövr üçün aktual olan bacarıqların formalaşdırılması imkanları g...