“Norm” ASC-də vergi əməliyyatlarının uçotu və auditinin təkmilləşdirilməsi istiqamətləri
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10
Abstract
Xülasə Audit ‒ əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir”. Qanuna əsasən, ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. Müxtəlif şirkətlərin tez-tez müflisləşməsi, müdiriyyət tərəfindən aldadılma halları maliyyə qoyuluşları riskini xeyli artırır.
Authors and Affiliations
Cavanşir Əmirov
PROBLEMS AND PROSPECTS OF OIL MARKET DEVELOPMENT IN THE ASIAN REGION
Abstract The research paper presents the results of the study of current problems, challenges and prospects of oil market development in Asian countries. The role of the Asian region in the world oil market is defined...
MÜASİR FRANSIZ DİLİNDƏ İNGİLİS ALINMALARININ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ (KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MATERİALLARI ƏSASINDA)
Xülasə Məqalə müasir fransız dilində ingilis alınmalarının artması fenomenini geniş şəkildə araşdırır. Terminoloji əsaslar və ingilis-fransız dili əlaqələrinin tarixi detallı şəkildə tədqiq olunur. Məqalədə media sahə...
“YAŞIL İQTİSADİYYAT”: XÜSUSİYYƏTLƏRİ, NÜMUNƏLƏR VƏ MÜASİR DÖVRDƏ İNKİŞAF MƏQSƏDLƏRİ
Xülasə “Yaşıl” iqtisadiyyat termini insan rifahını və sosial ədalətli təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Onun əsas komponentlərindən olan “Yaşıl biznes...
ECONOMIC REFORMS AND THEIR IMPACT ON FOREIGN INVESTMENT IN TURKIYE
Abstract This paper tends to analyze major economic reforms taken by Türkiye since 2017, together with the effects of the same on Foreign Direct Investments (FDI). More specifically, it would be an attempt to do so th...
İQTİSADİ SİSTEMLƏRDƏ QEYRİ-MÜƏYYƏNLİK ANLAYIŞI VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə İqtisadi sabitlik ölkə iqtisadiyyatını müəyyən etmək üçün istifadə olunan inflyasiya dərəcəsi, faiz dərəcəsi, valyuta məzənnəsi, daxili və xarici ticarət balansları, iqtisadi artım, borclanma, resurs təchizatı...