Öyrənməyə qabillik təlim prosesində idrak fəallığı və mənimsəmənin psixoloji şərti kimi

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 2

Abstract

Müasir dövrdə təlim problemi, təhsilalanların mənimsəmə səviyyəsinin yüksəldilməsi təhsilin aktual problemlərindən biri kimi geniş müzakirə mövzusudur. Bu mənada təhsil, onun vacib kompo­nentlərindən biri olan təlim və onun keyfiyyətini yüksəltmək yalnız nəzəri deyil, həm də tətbiqi problem kimi diqqəti cəlb edir. Təlim pedaqoqun uşaqlarla müxtəlif səviyyəli məlumatların mənim­sənilməsinə, əqli güc və bacarıqların formalaşdırılmasına, idrak fəaliyyətinə qarşı müsbət müna­sibətin yaradılmasına yönələn qarşılıqlı təsir prosesidir. Təqdim olunan bu məqalədə təlim prosesində öyrənmə və tədrisin, motivləşmənin bilik, bacarıq və vərdişlərin mənimsənilməsində rolu, bu prosesdə xüsusi əhəmiyyət kəsb edən öyrənməyə qabillik probleminin psixoloji mahiyyəti araşdırılır, onun təlimdə idrak fəallığı və mənimsəmənin vacib psixoloji şərti olmasından bəhs olunur. Beləliklə, belə nəticəyə gəlmək olar ki, idrak fəallığı bioloji (irsiyyət, psixi proseslərin üstün xüsusiyyətləri) və sosial (ətraf aləmin dərk edilmə şəraiti, qazanılmış bilik və bacarıqlar, maraqlar, şəxsiyyətin sosiallaşma şəraiti və s.) təbiətə malik mürəkkəb psixoloji fenomendir. Əqli inkişafı və idrak fəallığını yalnız inkişafetdirici xarakter daşıyan sistemli və məqsədyönlü təlim təmin edə bilər.

Authors and Affiliations

Nuralı Çələbiyev

Keywords

Related Articles

Теоретические основы проектирования модели Геоинформационной системы для решения задач ДЗ по исследованию пространственно-распределенных объектов и ресурсов

Резюмэ Аэрокосмический мониторинг основного района региона требует постоянного наблюде­ния за изменением ряда индикаторных характеристик, современного климата, оценки аре­алов распространения различных типов раститель...

Современные задачи аэрокосмического мониторинга природных и техногенных опасностей

Статья посвящена современным задачам аэрокосмического мониторинга природных и техногенных опасностей. Рассматриваются технологии, используемые для наблюдения за экологической ситуацией с помощью спутников и беспилотных л...

QUYULARIN GEOFİZİKİ TƏDQİQATI VƏ TEXNİKİ VƏZİYYƏTİNİN ÖYRƏNİLMƏSİNİN ÜSULLARI

Xülasə Yer qabığının dərin qatlarında tükənməz qiymətli sərvətlər mövcuddur. Bu sərvətlərin yerləşdiyi yerləri dəqiq təyin etmək məqsədilə alimlər son bir neçə on ildir ki, dəqiq təbiət elmlərini birləşdirərək böyük s...

VERGİ MÜNASİBƏTLƏRİNİN CİNAYƏT-HÜQUQİ MÜHAFİZƏSİ ZAMANI TÖRƏDİLƏN DƏLƏDUZLUQ ƏMƏLLƏRİNDƏ ALDATMANIN ANLAYIŞI VƏ FORMALARI

Xülasə Məqalədə vergi cinayətlərinin törədilməsi zamanı yol verilən dələduzluq əməlinin törədil­məsinin üsulu kimi aldatmanın anlayışından və onun növlərinin cinayət-hüquqi təhlilindən bəhs edilir. Dələduzluq əməli al...

Müasir linqvistik və linqvodidaktik məsələlər

“Muasir linqvistik və linqvodidaktik məsələlər” dedikdə, müasir dilçilikdəki bütün məsələlər və istənilən bir dilin dil öyrənmə metodları, bunlarla bağlı bütün problemlər nəzərdə tutulur. Ümumiyyətlə, müasir linqvistika...

Download PDF file
  • EP ID EP761232
  • DOI 10.36719/2789-6919/42/17-21
  • Views 19
  • Downloads 0

How To Cite

Nuralı Çələbiyev (2025). Öyrənməyə qabillik təlim prosesində idrak fəallığı və mənimsəmənin psixoloji şərti kimi. Scientific Research, 5(2), -. https://europub.co.uk/articles/-A-761232