POST-KONFLİKT ƏRAZİLƏRDƏ XİDMƏT SFERALARININ BƏRPASI VƏ YENİDƏN QURULMASI ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ
Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 12
Abstract
Xülasə Münaqişələrdən sonra əhaliyə müxtəlif növ yardımların göstərilməsi ilə bağlı nəzəri və empirik tədqiqatların tədqiqi rekonstruksiya, bərpa, reabilitasiya, reinteqrasiya və s. kimi çoxsaylı terminologiyanın mövcud olduğunu göstərdi. Yuxarıda qeyd olunan anlayışlar “post-konflikt” termini ilə birbaşa əlaqəni nümayiş etdirir. Bu anlayış qaçqınların və məcburi köçkünlərin həyatını normallaşdırmaq və onların sosial-psixoloji rifahını bərpa etməyi qarşıya məqsəd qoyur. Bu da yalnız hərbi əməliyyatlar tamamilə və ya qismən dayandırıldıqda və konkret regionda dinc vəziyyət möhkəmləndikdə əldə edilə bilər. Münaqişədən sonrakı tərksilah, demobilizasiya və reinteqrasiya siyasi, təşkilati, texniki və maddi-texniki ölçüləri əhatə edən çoxşaxəli və mürəkkəb bir işdir. Bu fəaliyyət, reinteqrasiyanın müxtəlif komponentlərini effektiv şəkildə planlaşdırmaq, icra etmək və monitorinq etmək üçün əhəmiyyətli insan və maliyyə resurslarını tələb edir. Bu məqalədə post-konflikt ərazilərdə xidmət sahələrinin restrukturizasiyası üzrə müxtəlif ölkələrin təcrübələri araşdırılmışdır. Tədqiqatda analiz, sintez, induksiya və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.
Authors and Affiliations
Cavid Abdullayev
YENİ VƏ GƏNC NƏSLİN HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ROLU
Xülasə Müasir hərbi vətənpərvərlik tərbiyəsi mövzusundakı dərs şagirdlərə geniş hərbi biliklər verməklə yanaşı həmdə onları demokratik Azərbaycana sədaqət ruhunda böyütmək, vətənimizin fəal nümayəndələri kimi Azərbay...
Ekspozisiyanın bədii tərtibatı
Bizim cəmiyyətin mədəni həyatında muzeylərin artan rolu onların çoxfəaliyyətli xidmət proqramları muzey təcrübəsinin hərtərəfli təkmilləşdirmə formada olması məsələsini qarşıya qoyur. Ekspozisiyanın müasir bədii-memarlıq...
İnformasiya müharibəsinin hüquqi tərəfləri
Müharibə şəraitində qarşı tərəfə daha güclü zərbələr endirmək üçün müxtəlif təsir mexanizmləri mövcuddur. Daha güclü dövlətlərin hərbi doktrinalarında son dövrlərdə bu vasitələrdən biri də informasiya təsirləridir. Mühar...
METHODS USED IN THE DEVELOPMENT OF SPEAKING SKILLS IN FOREIGN LANGUAGE CLASSES
Abstract There are four basic language skills, listening, reading, speaking and writing in foreign language education and training and they are indispensable parts of a language teaching. In language teaching these ar...
KOB-LARIN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏYƏ KEÇİD ZAMANI ÇƏTİNLİKLƏRİ VƏ PERSPEKTİVLƏRİ
Xülasə Avtomatlaşdırılmış idarəetməyə keçid kiçik və orta sahibkarlıq (KOB) üçün həm çətinliklər, həm də perspektivlər təqdim edir. Avtomatlaşdırma səmərəliliyin artırılması, xərclərin azaldılması və məhsuldarlığın ar...