Qarabağ iqtisadi zonasında geotermal enerjidən istifadənin tədqiqi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Bu məqalə Qarabağ iqtisadi zonasında geotermal enerjinin potensial istifadəsini araşdırır. Geotermal enerji, xüsusilə ətraf mühitin qorunması və iqtisadi müxtəliflik baxımından əhəmiyyətli bir alternativ enerji mənbəyidir. Tədqiqatın məqsədi, bu bölgədə geotermal enerjidən istifadənin cari vəziyyətini təhlil etmək, potensial imkanları müəyyənləşdirmək və gələcək inkişaf perspektivlərini araşdırmaqdır. Araşdırmada GeoT*SOL simulyasiya proqramından istifadə edilərək Laçın şəhərində fərdi yaşayış binalarının istilik təminatı üçün yeraltı mənbəli istilik nasosları sistemlərinin tətbiqi qiymətləndirilmişdir. Bu sistemlərlə əlaqəli avadanlıqlar seçilmiş, onların texniki parametrləri hesablanmış və müqayisə edilmişdir. Əldə olunan nəticələr əsasında ən optimal istilik təminatı sxemi müəyyən edilmişdir. Geotermal enerjinin Qarabağ iqtisadi rayonunun enerji təminatındakı əhəmiyyəti təkcə enerji istehsalı ilə məhdudlaşmır, eyni zamanda ekoloji və iqtisadi üstünlükləri ilə də seçilir. Bu enerjidən səmərəli istifadə bölgənin inkişafına töhfə verə, enerji təhlükəsizliyini gücləndirə və bərpa olunan enerji sektorunun inkişafını sürətləndirə bilər. Geotermal enerji resurslarının tətbiqi, ekoloji təmizliyi artırmaqla yanaşı, bölgənin enerji idxalına olan asılılığını da azalda bilər. Xüsusilə Qarabağın müharibədən sonrakı bərpa dövründə alternativ enerji mənbələrinin istifadəsi həm infrastrukturun inkişafına, həm də iqtisadi dirçəlişə mühüm töhfə verə bilər.
Authors and Affiliations
Sevinc Babayeva, Kənan Nağıyev
İLKİN HƏRBİ QEYDİYYAT VƏ HƏRBİ XİDMƏT KEÇMƏKDƏN BOYUN QAÇIRMAYA GÖRƏ MƏSULİYYƏT
Xülasə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumalı olan Silahlı Qüvvələrimiz yaradılmışdır. Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam...
ORTA MƏKTƏBDƏ YAZI BACARIQLARININ FORMALAŞMASI
Xülasə Azərbaycanda elmi-mədəni, siyasi və iqtisadi sahədə aparılan islahatlar təhsil fəlsəfəsinin dəyişməsi ilə nəticələnmişdir. Respublikada prioritet istiqamətlərdən biri olan yaddaş məktəbindən təfəkkür məktəbinə...
TƏDRİS PROSESİNDƏ TEXNOLOGİYANIN İNTEQRASİYASI VƏ ONA VERİLƏN TƏLƏBLƏR
Xülasə Texnologiyanın təhsil prosesinə inteqrasiyası müasir təhsildə mühüm rol oynayan transformasiyanı təmsil edir. Bu inteqrasiya tələbələrin daha effektiv öyrənməsinə, müəllimlərin daha effektiv tədris yanaşmasına...
DƏNİZ SUYUNUN ŞİRİNLƏŞDİRİLMƏSİ ÜÇÜN GÜNƏŞ ENERJİLİ MEMBRAN DİSTİLLƏ TEXNOLOGİYASI
Məqalədə günəş enerjili membran distillə üsulu ilə Xəzər dənizi suyunun şirinləşdirilmə texnologiyasının tədqinin nəticələri gətirilir. Birbaşa kontaktlı membran modulunun istifadəsi və membran üzərində ərpin yaranmasını...
TRAVMATİZM – QEYRİ-İNFEKSİON XƏSTƏLİK KİMİ
Xülasə Travmatizm ciddi tibbi-sosial problem təşkil edir. Bioloji və sosial amillərdən asılı olan travmatizmin populyasiyada geniş yayılmış patologiya kimi öyrənilməsini epidemioloji diaqnostika metodlarından istifadə...