Qərbi Azərbaycana qayıdış
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8
Abstract
Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altından da bu izləri yox etməyə çalışırlar. Tarixin qənimi ermənilər İrəvan şəhərinin köhnə simasını tam dağıdıb, torpaq altında gizlədiblər. Azərbaycan şəhəri İrəvanın Qantar bazarını söküb, yerində uşaq parkı saldılar. İndi qazıntı zamanı buradan tapılan İrəvan xanına aid şəxsi əşyalar, eləcə də Azərbaycan irsinə aid maddi və mənəvi sübutlar erməni yalanı müəlliflərini çətinə salıb deyə, min cür yalanla nağıllar uydurub, gerçəyi yenidən torpaq altına gömürlər. Ermənilər məhz maliyyəni bəhanə edib tarixi həqiqəti - İrəvan şəhərində Azərbaycan tarixini və mədəniyyətini torpaq altında məhv edirlər. Bu vandallar azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçirmişlər. Əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdirmişlər. Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq”, kimi təqdim edən ermənilər, həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq “nümunəsi” göstərirlər və xristian ölkələrinin onları dəstəkləmələri üçün “ilk xristianlığı qəbul edən millət” kimi özlərini təqdim edirlər. Qəribə burasındadır ki, dəyişdirdikləri yer adları yenə də türk sözlərindən ibarətdir.
Authors and Affiliations
Nərminə Qədimova Naxçıvan Dövlət Universiteti
Ağıllı ev və istifadə olunan İoT texnologiyaları
Ağıllı ev anlayışı əvvəllər əsasən ətraf mühit sistemlərinin mərkəzləşdirilmiş və yarıavtomatlaşdırılmış idarə olunmasını ifadə edirdisə, İnternet əşyaları (IoT-Internet of Things) internet xidmətlərinin əhatə dairəsini...
Использование идеологий и проблемы лидерства силовых центров на южном Kавказе. Зангезурский коридор
В статье рассматриваются политические идеологии, интересы ведущих стран мира на Южном Кавказе и роль транспортных коммуникаций в формировании нового миропорядка. Освещается политическая борьба государств за утверждение с...
MAYE, QAZ VƏ PLAZMA MEXANİKASI
Xülasə Maddənin fizikası dünyasında hər birinin özünəməxsus xassələri və davranışı olan heyrətamiz müxtəlif vəziyyətlər mövcuddur. Lakin bütün bu vəziyyətlərdən maye, qaz və plazma xüsusi maraq və əhəmiyyət kəsb edir....
İDMAN MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNDƏ BEYNƏLXALQ MEXANİZMLƏRİN ROLU: ELMİ-NƏZƏRİ VƏ PRAKTİKİ ASPEKTLƏRİN QARŞILIQLI TƏHLİLİ
Xülasə Məqalədə elmi-nəzəri və praktiki aspektlərin qarşılıqlı təhlili əsasında idman münasibətlərinin tənzimlənməsində beynəlxalq mexanizmlərin rolu nəzərdən keçirilir. Universal və regional beynəlxalq müqavilələrin...
Melissa officinalis bitkisindən alınan ekstraktların bəzi fitokimyəvi xüsusiyyətləri
Melissa officinalis-dərman bədrənci zəngin tərkibinə və bir sıra vacib xüsusiyyətlərinə görə tibbi praktikada və elmi tədqiqatlarda geniş istifadə edilən dərman bitkisidir. Bu bitki qədim dövrlərdən etibarən müxtəlif m...