RƏQƏMSAL İQTİSADİYYATIN MÜASİR FORMA VƏ İNKİŞAFI
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 2
Abstract
Xülasə Rəqəmsal iqtisadiyyatın bəzi əhəmiyyətli təsirlərini artıq indidən sadalamaq olar: əhali və biznes getdikcə onlayn qarşılıqlı fəaliyyətə, xidmətə keçir, canlı əmək robotlaşdırılmış şəkildə həyata keçirilir, yeni növ malların, o cümlədən insan orqanlarının kompüterləşdirilmiş istehsalına daha çox diqqət yetirilir. Rəqəmsal iqtisadiyyatın mahiyyəti və məzmunu ilə bağlı vahid yanaşmanın hələ mövcud olmadığını qəbul edərək, deyə bilərik ki, rəqəmsal iqtisadiyyat e-biznes və e-kommersiyanın e-məhsul və xidmətlər sistemi, İKT-dən istifadəyə əsaslanan iqtisadi münasibətlər sistemi, rəqəmsal texnologiyalara istinadla biznes modellərin, menecmentin və istehsal üsulunun məcmusu, idarəetmə proseslərinin avtomatlaşdırılmasına istinad edən dövlətin təsərrüfat fəaliyyətidir, obyekt və proseslərin əmtəə, tələb, təklif, xidmətlər, müxtəlif idarəetmə modellərinin elektron məkana köçürülməsidir. Ölkəmizin əsas hədəfləri iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğu, texnoloji müstəqilliyin və infrastruktur təhlükəsizliyin təmin olunması ilə ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsidir. Rəqəmsal iqtisadiyyatın formalaşması prosesini izləmək üçün elektron ticarət dövriyyəsi, onlayn mağazaların və ticarət platformalarının, kompüter istifadə edən və internetə çıxışı olan istifadəçilərin sayı, əhalinin kompüter savadlılığı səviyyəsi və s. kimi göstəricilərdən istifadə olunur.
Authors and Affiliations
Yusif Həsənli
ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ YARADILMASINI ZƏRURİ EDƏN AMİLLƏR
Xülasə “Ümumdünya Ticarət Təşkilatının yaradılmasını zəruri edən amillər” məqaləsində ÜTT-nin yaranmasına səbəb olan bir çox amillərdən bəhs edilir. Məqalə artan qlobal iqtisadiyyatın mürəkkəbliklərinin həllində Tarif...
NAXÇIVANDA MUZEYŞÜNASLIQ ELMİNİN İNKİŞAFINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU
Xülasə Azərbaycanda muzey işinin maraqlı tarixçəsi var. Azərbaycanda muzey işinə diqqət və qayğı ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutur. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cə...
Beynəlxalq danışıqlar və danışıqların gücü
Beynəlxalq münasibətlər müəyyən mənada danışıqlar yolu ilə həyata keçirilir. Beynəlxalq səviyyədə uğurlu siyasi və ya iqtisadi əlaqələr çox vaxt uğurlu danışıqların nəticəsidir. Beynəlxalq danışıqlar beynəlxalq səviyyəd...
MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN MAYA DƏYƏRİNİN HESABLANMASININ STANDART VƏ MÜASİR ÜSULLARININ TƏTBİQİ
Xülasə Xərclərin uçotu və məhsulun maya dəyərinin standart və müasir üsulları müəssisələrə maliyyələrini səmərəli şəkildə idarə etməkdə və əsaslandırılmış qərarlar qəbul etməkdə mühüm rol oynayır. Standart məsrəf u...
GLOBAL WARMING AS A CHALLENGE TO UN COUNTRIES
Abstract This article briefly discusses what global warming is, the actions of the United Nations against global warming, the major countries that contribute significantly to this threat, and how climate change affect...