SARS-COV-2 İNFEKSİYASININ MÜASİR YAYILMA VƏ KORREKSİYA MEXANİZMLƏRİ

Journal Title: Nature & Science - Year 2022, Vol 4, Issue 1

Abstract

Koronavirus infeksiyası son onilliklərdə yayılmış pandemiyaların yüksək ölüm göstəricisi ilə fərqlənən və ən geniş yayılmış formalarından biridir. Koronavirusun hazırkı forması əsasən ağır kəskin respirator sindrom (SARS-CoV) ilə nəticələnir, beləliklə SARS-CoV-nin profilaktikası və müalicəsi tibbin ən aktual problemlərindən birinə çevrilmişdir. Ancaq orqanların zədələnməsi və xəstəliyin yayılması ilə nəticələnən virusun toxumalara daxil olmasının incə mexanizmlərini bilmədən bu mümkün deyil. SARS-CoV-2 virusun hədəf hüceyrələrə spayk zülalınının aktiv angiotenzin II əmələ gətirən angiotenzin-çevirici ferment-2 (ACE2) vasitəsilə birləşməsi aşkar edilmişdir; SARS virusu həmçinin CD147 hüceyrə reseptoruna da bağlana bilər. Bu reseptorlar əsasən tənəffüs və mədə-bağırsaq traktının epitel hüceyrələrinin səthində yerləşir və infeksiyanın giriş qapılarıdır. Virus hüceyrəyə birləşdikdən sonra spayk zülalı 2-ci tip transmembran serin proteaza vasitəsilə proteolizə uğradıqdan sonar S1 və S2 subvahidlərə parçalanır; bundan sonra virus endositozu aktivləşdirir. SARS-CoV-2 I və II tip alveositləri, həmçinin endotel hüceyrələrini zədələyə bilir. Bu proses, bu yazıda ətraflı təsvir olunmuş iltihab əleyhinə sitokinlərin ekspressiyası və sekresiyası ilə nəticələnir. SARS virulentliyinin inkişaf mexanizmlərinin qarşısının alınması üçün nəzərdə tutulmuş preparatlar bu günkü rəsmi protokolların əsasını təşkil edir.

Authors and Affiliations

Mahirə Firudin qızı Əmirova, Firəngiz Eyvaz qızı Quliyeva, Gülnarə İbrahim qızı Əzizova

Keywords

Related Articles

THE NATURE OF THE CONCEPT OF PRIMARY MEDICAL AID AND ITS PSYCHOLOGICAL ASPECTS

Abstract Healthcare reform is perhaps one of the most discussed topics in social policy today. In the 1990s, the health care reforms carried out in many countries of the world mainly separated the provision and financ...

AQROLANDŞAFTLARIN PAYLANMASI İLƏ SUVARMA ARASINDA KORRELYASİYA ƏLAQƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ

The importance of the statistical method is great in the study of natural and economic processes. It is possible to conduct analyzes and obtain results with the help of this method. Sometimes phenomena and processes co-e...

ЛЕЧЕНИЕ АНАЛЬНОЙ ИНКОНТИНЕНЦИИ С ОБЪЕМОБРАЗУЮЩИМ ГЕЛЕМ «NOLTREX»

The article presents the results of treatment of 27 patients aged 3 to 18 years with a diagnosis of postoperative anal incontinence. Who performed the operation of gel plastic surgery of the anal canal with polyacrylamid...

ƏLİNCƏÇAY HÖVZƏSİNDƏ TƏBİİ VƏ ANTROPOGEN TƏSİRLƏR NƏTİCƏSİNDƏ BAŞ VERƏN EKOLOJİ PROBLEMLƏR VƏ ONLARIN ARADAN QALDIRILMASI YOLLARI

The article provides information on the environmental problems of the Alinjachai basin under the influence of natural and anthropogenic factors. It is noted that the Alinjachai basin is one of the largest river basins in...

SU TƏSƏRRÜFATINDA İÇMƏLİ SUYUN İSRAFI VƏ BU İSRAFIN YARATDIĞI CİDDİ FƏSADLAR

Su davamlı inkişaf, eləcə də sosial-iqtisadi inkişaf, enerji və qida istehsalı, sağlam ekosistemlər və insanların sağ qalması üçün çox vacibdir. Su həm də cəmiyyət və ətraf mühit arasında kritik bir əlaqə olmaqla, iqlim...

Download PDF file
  • EP ID EP759325
  • DOI 10.36719/2707-1146/16/5-13
  • Views 26
  • Downloads 0

How To Cite

Mahirə Firudin qızı Əmirova, Firəngiz Eyvaz qızı Quliyeva, Gülnarə İbrahim qızı Əzizova (2022). SARS-COV-2 İNFEKSİYASININ MÜASİR YAYILMA VƏ KORREKSİYA MEXANİZMLƏRİ. Nature & Science, 4(1), -. https://europub.co.uk/articles/-A-759325