SEÇKİ HÜQUQU VƏ ONUN TƏMİNİ MEXANİZMLƏRİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə Vətəndaşların siyasi hüquqlarından biri hesab edilən seçki hüququ öz əhəmiyyəti və mühümlüyü ilə digərlərindən fərqlənir. Bu hüququn təmini mahiyyət etibarı ilə demokratik cəmiyyətin əsas ünsürlərindən biri sayılır. Belə ki, vətəndaşların öz seçki hüquqlarından istifadəsi nəticəsində dövlət hakimiyyəti orqanlarının seçkilər yolu ilə təşkilinə nail olunur ki, bu da həmin orqanların vətəndaşların iradəsi əsasında formalaşması və fəaliyyət göstərməsi kimi müsbət nəticələr verir. Bundan əlavə, seçkilər nəticəsində vətəndaşların siyasi fəallığına da nail olunur və dövlət, cəmiyyət üçün mühüm məsələlər məhz xalqın iradəsi nəzərə alınmaqla həll edilir. Seçki hüququnun təmini sahəsində əsas sənədlərdən biri ATƏM-in Kopenhagen Müşavirəsinin sənədi hesab edilir. Bu məqalədə vətəndaşların seçki hüququ və onun müdafiəsinin təmini ilə bağlı məsələlər, eyni zamanda bu sahədə beynəlxalq sənədlər və dövlətdaxili qanunvericilik aktları tədqiq edilmişdir.
Authors and Affiliations
Vüqar Rufulla, Oktay Səfərov, Mirçıraq Həşimov
YAŞIL TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ OLUNMASI
Xülasə Yaşıl Təchizat Zəncirləri ekoloji cəhətdən təmiz şəkildə qlobal miqyasda məhsulların istehsalına və paylanmasına zəmanət verən logistik strukturlar kimi görünə bilər. Bu məqsədə çatmaq üçün şirkətlər mənfəət və...
Uşaq şəxsiyyətinin inkişafında valideyn münasibətlərinin rolu
Ailə şəxsiyyətin formalaşmasına təsir edən ən mühüm amildir. Ailədə uşaqlar sadə və təbii şəkildə həyata qoşulurlar. Ailə uşağın dünyanı dərk etməsinin əsasını qoyur, o, ilk illərdən əxlaqi dəyərləri, sosial normaları və...
NAXÇIVANA QARŞI İDDİALAR VƏ KİLSƏ TƏBLİĞATI
Xülasə Qriqorian kilsəsinin XIX əsrdən bəri daha fəal şəkildə erməni terror siyasi təşkilatlarının, Ermənistan dövlətinin, eləcə də xarici ölkələrin dəstəklədiyi erməni lobbisinin siyasi alətinə çevrildiyi bəllidir. X...
MİRZƏ KAZIMBƏYİN DİLÇİLİK HAQQINDA DÜŞÜNCƏLƏRİ VƏ FƏALİYYƏTİ
Məqalədə görkəmli alim M.Kazımbəyin Azərbaycan, rus, ərəb, fars, türk dillərinə və digər humanitar elmlərin müxtəlif sahələrinə dair dəyərli əsərləri, Rusiya türkologiya elminin inkişafında dönüş nöqtəsi olan “Türk-tatar...
TOKSOPLAZMOZ VƏ SİTOMEQALOVİRUS İNFEKSİYALARI ZAMANI SEROPOZİTİVLİYİN ÖYRƏNİLMƏSİ
Xülasə Opportunist infeksiyalara qarşı meydana gələn immun cavabların araşdırılması effektiv müalicə və profilaktik tədbirlərin inkişafı üçün çox vacibdir. Bir sıra tədqiqatlarda opportunist infeksiyalar zamanı immun...