ŞƏKİ TARİX DİYARŞÜNASLIQ MUZEYİNİN TARİXİ
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 3
Abstract
Xülasə Muzeylər maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisələridir. Azərbaycanda muzeylərin yaranması digər dünya ölkələri ilə müqayisədə nisbətən gec baş vermişdir. Ölkəmizdə ilk muzey XIX əsrin sonlarında yaradılmışdır. Böyük yazıçı Cəlil Məmmədquluzadə 1896-cı ildə Naxçıvanın Nehrəm kənd məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur. Nehrəm kəndinin məktəb muzeyi Azərbaycanda yaradılan ilk muzey hesab olunsa da rəsmi olaraq muzey statusu almamışdır. Respublikamızda ilk rəsmi muzeyin yaradılması Azərbaycan Demokratik Cumhuriyyəti dövrünə təsadüf edir. 1919 cu ildə “İstiqlal” muzeyi yaradılır. 1920 ci ildə ADR-nın süqutundan sonra 1920 ci ildə Bakıda, 1924-25 ci illərdə isə Şəki, Gəncə, Lənkəran kimi bir neçə böyük şəhərdə muzey yaradılır. 17 sentyabr 1925 ci ildə keçmiş Şəki xanlarının sarayında dövlət muzeyi təşkil olunur, beləliklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əsası qoyulur. Nuxa (Şəki) Xalq Maarif Şöbəsinin tabeliyində fəaliyyətə başlayan muzeydə hazırda Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını və mətbəxini əks etdirən 5000-dən çox eksponat mühafizə olunur. Bu məqalənin məqsədi Şəki Tarix Diyarşünaslıq Muzeyinin tarixini, illər ərzindəki inkişafını əks etdirməkdir.
Authors and Affiliations
Zəminə Rəsulova
EFFECTS OF ONLINE BANKING ON BANKS’ FINANCIAL PERFORMANCE
Abstract At the intersection of technology and finance, the advent of Internet banking has ushered in a transformative era for banks worldwide. This study explores the burgeoning influence of digital banking solutions...
Azərbaycanda fortepiano ifaçılığının yaranma tarixi
Xülasə Müəllif məqalədə Naxçıvan Muxtar Respublikasında bəstəkarlığın yaranma tarixindən, eyni zamanda onun inkişafından bəhs edir. İlk musiqi məktəbinin açılmasında və bəstəkarlığın inkişafında bu məktəbin rolundan...
HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ ŞƏFFAFLIQ AMİLİNİN VƏ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN BİZNESİN İNKİŞAFINDA ROLU
Xülasə İqtisadiyyatda şəffaflığın və hesabatlılığın artırılmasında audit funksiyalarının rolunun qiymətləndirilməsi. Məqalədə iqtisadiyyatda hesabatların şəffaflığının və etibarlılığının artırılmasında audit funksi...
CASPIAN REGION IN US FOREIGN POLICY
Abstract The South Caucasus region, one of the strategically important regions of the world, is surrounded by regional powers such as Russia, Iran, and Turkey and provides Europe's access and security to Asia. With th...
CHANGES IN MIDDLE AND EARLY MODERN ENGLISH SIMPLE SENTENCE PATTERNS (SP, SPO, AND SPC SENTENCE MODELS)
Abstract In the evolution from Middle to Early Modern English, significant changes occurred in simple sentence patterns, particularly in the SP (Subject-Predicate) and SPO (Subject-Predicate-Object) models. Middle Eng...