ŞƏKİ “YUXARI BAŞ” MİLLİ TARİX MEMARLIQ QORUĞUNUN İLK ADDIMLARI

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12

Abstract

Xülasə Şəki öz tarixi, mədəniyyəti, memarlıq abidələri, sənətkarlığı və mətbəxi ilə hər zaman diqqət çəkən bir məkan olmuşdur. XVIII əsrdə Şəki xanlığının paytaxtı olmuş şəhərin tarixi hissəsində 1967 ci ilin noyabrında Tarix Memarlıq Qoruğu yaradılmışdır. 300 hektara yaxın ərazisi olan qoruğun mərkəzi hissəsi və Şəki Xan sarayı 07 iyun 2019 cu ildə UNESCO nun Bakıda keçirilən 43 cü sessiyasında “Dünya Mədəni İrsi” Siyahısına daxil edilmişdir. Hazırda “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində qeydiyyata götürülmüş 83 tarix memarlıq abidəsi dövlət tərəfindən qorunur. Bu abidələrdən XVIII əsrdə inşa olunmuş Şəki Xan sarayı dünya əhəmiyyətli abidə olmaqla yanaşı Azərbaycan memarlığının incisi hesab olunur. Şəki xan sarayı ilə eyni dövrdə inşa olunmuş Şəkixanovların evi və Xan məscidi xanlıq dövrü Şəkisinin ən gözəl nümunələri olaraq mühafizə olunurlar. Şəkinin tarixi memarlıq abidələrindən danışarkən karvansaraların adını çəkməmək olmaz. Aşağı Karvansara Qafqazın ən böyük karvansarası, Yuxarı Karvansara isə Qafqazda ən böyük gümbəzə sahib karvansara hesab olunur. Sadalananlardan başqa Şəkidə onlarla məscid, hamam, körpü, tacir və bəy mülkləri, ipək fabrikləri və daha bir çox memarlıq nümunələri Şəkinin açıq səma altında muzey-qoruq olmasına səbəb olmuşdur. Bu məqalədə Şəki muzey-qoruğunun ilk yarandığı illərdə görülən işlər az da olsa araşdırılıb və qoruğun keçmişinə nəzər salınıb.

Authors and Affiliations

Zəminə Rəsulova

Keywords

Related Articles

TRANSPORT AND ENVIRONMENTAL PROBLEMS

Abstract The article pays special attention to environmental protection and notes that in the modern world, issues of ecology and energy saving are finding new solutions, this is facilitated by large corporations and...

TÜRKİYƏNİN ORTA ASİYA TÜRKDİLLİ ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİNİN TƏHLİLİ

Xülasə 1992-ci ildən etibarən Türkiyə və Asiyada yerləşən Türkdilli dövlətlər arasında diplomatik əlaqələr quruldu. Türkiyə regionda iqtisadi əməkdaşlığı gücləndirmək üçün Orta Asiyada yerləşən Türkdilli ölkələrlə bir...

İNGİLİS DİLİNİN FONEM TƏRKİBİNİN TARİXİ VARİASİYASI: SƏS QANUNU ANLAYIŞI

Xülasə Dilin inkişafını izləmək heç də asan deyil. Nəzəri və metodoloji elmi əsasların daim yenilənməsi zəruri olsa da, müasir elmdə bu problemə çox vaxt kifayət qədər diqqət yetirilmir. Bütövlükdə dilin mövcud vəziyy...

DETERMINING THE COORDINATE OF THE RADIO RADIATION SOURCE UNDER INTERFERENCE CONDITIONS

Abstract Determining the coordinates of the source of radio radiation under conditions of radio interference is important in the field of radio astronomy, where radio telescopes or radio antennas are used to receive a...

VERGİTUTMANIN QANUNİLİYİ PRİNSİPİ: AZƏRBAYCAN VERGİ QANUNVERİCİLİYİ PERSPEKTİVİNDƏN BAXIŞ

Xülasə Bu məqalədə Azərbaycan Respublikasında vergitutmanın qanuniliyi prinsipinin yaranması, inkişafı və bu prinsipin vergitutma sahəsində qərar vermək səlahiyyətinə malik orqanların hərəkətlərinə necə təsir etməsi t...

Download PDF file
  • EP ID EP749718
  • DOI 10.36719/2663-4619/97/92-96
  • Views 2
  • Downloads 0

How To Cite

Zəminə Rəsulova (2023). ŞƏKİ “YUXARI BAŞ” MİLLİ TARİX MEMARLIQ QORUĞUNUN İLK ADDIMLARI. Scientific Work, 17(12), -. https://europub.co.uk/articles/-A-749718