SİDİK YOLLARI İNFEKSİYALARININ TÖRƏDİCİLƏRİ VƏ ONLARIN ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏZİYYƏTİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4

Abstract

Xülasə Tədqiqatımızın məqsədi SYİ-i olan xəstə qruplarında törədiciləri aşkar edərək antibiotiklərə rezistentliyinın öyrənilməsi olmuşdur. Sidik nümunələri mikroskopik (Qram üsulu), nitrit testi, leykosit esteraza (LE) testi, bakterioloji və avtomatlaşdırılmış üsullarla müayinə edilmişdir. Mikroorqanizmlərin identifikasiyası Vitek 2 avtomatik analizatorla aparılmışdır. Bakteriyaların antibiotiklərərezistentliyi ”Clinical and Laboratoty Standards Institute (CLSI)” təlimatına uyğun olaraq Kirby-Bauer disk-diffuziya üsulu ilə öyrənilmişdir. Klinik izolyatların GSBL sintezi qoşa disk - diffuziya üsulu ilə təyin olunmuşdur. Tədqiqata daxil olan 1872 sidik nümunəsinin 1127-si (60%) qadınlardan, 745-i (40%) kişilərdən alınmışdır. İzolə edilən 1872 mikroorqanizmin 1584-ü Qram pozitiv (+), 227-i Qram neqativ (-) bakteriya, 61-i isə Candida spp.-dən ibarət olmuşdur. SYİ –nın orta ədədi qiyməti və orta xətası 55,8±11,1; TSYİ –da 58±13,2 olmuşdur. p< 0,01 qiymətində göstəricilər arasındakı fərqlər statistik olaraq etibarlı hesab edilmişdir. SYİ ən çox rast gəlinən törədiciləri arasında Qram mənfi bakteriyalar üstünlük təşkil edərək E.coli (n=1119, 59,8%) və Klebsiella spp. (n=340, 18,2%) olmuşdur. E.coli izolyatları arasında GSBL sintezi 57%, Klebsiella spp.-də 80% və P.mirabilis-in 57% aşkar edilmişdir. GSBL sintez edən bakteriyaların törətdiyi SYİ çətin müalicə olduğundan müalicədə əksər törədicilərin həssaslıq göstərdiyi fosfomisin, karbapenemlər, amikasin nitrofurantoin, aztreonam və tigesiklinin istifadə olunmalıdır. Onların rezistent olduğu preparatlar penisillinlər (xüsusilə ampisillin), ikinci və üçüncü nəsil sefalosporinlər və trimethoprim/sulfametoksazolun təyini isə müalicədə əksinə tövsiyyə olunmur.

Authors and Affiliations

Həqiqət Qədirova, Həyat Əliyeva, Hafizə Mansurova, Ramilə Bayramova,Gültac Abdullayeva

Keywords

Related Articles

STRENGTHENING OF INTERNATIONAL COOPERATION FOR THE PROTECTION AND EMPOWERMENT OF INDIGENOUS COMMUNITIES

Abstract The status of indigenous peoples and their rights has been one of the most studied topics of international law in recent years. Especially since the end of the 20th century, treaties and international documen...

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ (BMT) FƏALİYYƏTİ VƏ PRİNSİPLƏRİ

Xülasə 1945-ci il oktyabrın 24-də dünyanın 50 ən güclü dövlətləri tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatı (BMT) o zaman “Ümumdünya hökuməti” adını almışdı. Baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin...

İNGİLİS DİLİNDƏ ALINMA SÖZLƏRİN VURĞU DƏYİŞİKLİYİ

Xülasə Dil dinamik və inkişaf edən bir sistemdir. Buna görə də digər dillərlə təmas yolu ilə daim dəyişikliklərə məruz qalır. Dünyada baş verən yeniliklər, ölkələr arasında əlaqələrin genişlənməsi, elm və texnologiya...

STALIN’S REPRESSIONS IN IVAN BAHRIANYI’S NOVEL “SAD HETSYMANSKYI” (“GARDEN OF GETHSEMANE”) AND IN AZERBAIJANI LITERATURE: TRUTH AND FICTION

Abstract In this paper, one of the most famous Ukrainian novels about the Great Purge, “Sad Hetsymanskyi“ (“Garden of Gethsemane”) by Ivan Bahrianyi, is discussed from the perspective of the latest academic works, inc...

IDOR (INSECURE DIRECT OBJECT REFERENCES) ÜMUMİ NÖVLƏRİ, TƏSİRLƏRİ VƏ HÜCUMLARI

Xülasə IDOR Təhlükəsiz Birbaşa Obyekt Referansları deməkdir ki, bu da proqram müvafiq təsdiq və ya icazə olmadan obyektlərə birbaşa daxil olmaq üçün istifadəçi girişindən istifadə etdikdə baş verən təhlükəsizlik zəifl...

Download PDF file
  • EP ID EP748723
  • DOI 10.36719/2789-6919/32/155-169
  • Views 23
  • Downloads 0

How To Cite

Həqiqət Qədirova, Həyat Əliyeva, Hafizə Mansurova, Ramilə Bayramova, Gültac Abdullayeva (2024). SİDİK YOLLARI İNFEKSİYALARININ TÖRƏDİCİLƏRİ VƏ ONLARIN ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏZİYYƏTİ. Scientific Research, 4(4), -. https://europub.co.uk/articles/-A-748723