TARİX DƏRSLƏRİNDƏ KOMPÜTER TEXNOLOGİYALARINDAN İSTİFADƏ
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 5
Abstract
Xülasə Məqalədə informasiya texnologiyalarının nəinki təhsil sistemində, bütövlükdə həyatımızın bütün sahələrində oynadığı rolu araşdırmağa cəhd göstərilmişdir. Qeyd olunmuşdur ki, təlim və təhsilin ən mühüm nəticələrindən biri tələbələrdə kompüter texnologiyalarını mənimsəmə bacarıqlarının olmasıdır. Bu işdə müəllimin öz fəaliyyətində kompüter texnologiyalarından istifadəyə üstünlük verməsi xüsusi əhəmiyyət daşıyır. Göstərilir ki, təhsilin informasiya-kommunikasiya texnologiyaları konkret tədris fənninin xüsusiyyətlərini nəzərə almaqla kompüter mühitində təhsil prosesini necə təşkil etmək, tədris və praktiki məqsədlər, kompüter texnologiyalarından, vasitələrindən necə istifadə etmək və s. kimi suallara cavab axtarıb tapmalıdır. Tarixin tədrisində kompüter texnologiyalarından istifadə müasir dünyanın informasiya axınında naviqasiya bacarığı və informasiya mübadiləsinə zəmin yaradan bacarıqlar inkişaf etməsinə imkan verir. Məqalədə həmçinin qeyd olunur ki, dünyada informasiyanın yaradılması, saxlanması və emalı üçün proqram təminatı və texniki vasitələrin sürətli inkişafı müasir cəmiyyətin istiqamətlərini getdikcə daha sürətlə dəyişir. Kompüter texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi təhsil sahəsindən də yan keçmir. Bu baxımdan müasir müəllimin təfəkkürünün onun pedaqoji fəaliyyətinə yeni tələblərin dərk edilməsinə, kompüter texnologiyalarından yardımçı təhsil resursu kimi istifadəyə yönləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Göstərilmişdir ki, Azərbaycanda təhsilin inkişafı ilə əlaqədar qəbul edilmiş bütün sənədlər təhsil səviyyələrində kompüter texnologiyalarından istifadənin həyata keçirilməsini təmin edir. Belə bir nəticəyə gəlinmişdir ki, tarix dərslərində kompüterdən istifadə etməklə biz yeni nəsli insan şüurunu informasiya yükündən qorumaq probleminin çox aktual olduğu informasiya cəmiyyətində gələcək həyata hazırlayırıq. Müəllimə uşaqlara onların qavrayışı və başa düşülməsinə hazır olmayan bir şagirdin üzərinə düşən məlumat axınlarını tənqidi şəkildə şərh etməyi öyrətmək kimi məsuliyyətli bir vəzifə tapşırılır.
Authors and Affiliations
Abdulla Mustafayev, Rəsul Bağırov, Ruhiyyə Rzayeva, Münəvvər Süleymanova
QARABAĞLAR TÜRBƏ MUZEY KOMPLEKSİ (XII-XIV ƏSRLƏR)
Xülasə Min illər boyu insanlar özlərindən əvvəlki insanların yaratdığı əşyalara, sənət əsərlərinə maraq göstərmişlər. Tarixi-ictimai əhəmiyyət kəsb edən abidələr arasında XII-XIV əsrə aid Qarabağlar Memarlıq Kompleksi...
PEER BULLYING AMONG SYRIAN CHILDREN UNDER TEMPORARY PROTECTION: THE LANGUAGE ELEMENT
Abstract Migration has existed since ancient times and continues to this day. Since Turkey is a strategic and border country, it serves as a bridge to our country and other countries. Approximately more than one milli...
Fizika kursunun bəzi mövzularının təkrar edilməsi və ümumiləşdirilməsi
Müasir təhsil proqramlarında müxtəlif inovativ üsulların, texniki və texnoloji vasitələrin tətbiq olunmasına baxmayaraq, öyrədilmə və öyrənmə prosesi daim inkişafdadır. Hər hansı məlumatın öyrəniciyə çatdırılması və öyr...
Müasir german dilləri: german dil ailəsində ingilis dilinin rolu
Dillər ortaq proto-dildən qaynaqlandıqları üçün oxşarlıqlara malikdirlər. Bu tədqiqat, xüsusi olaraq ingilis dili olmaqla german dillərinin dilçilik təsnifatlarını geneoloji çərçivədə araşdırmağı hədəfləyir. Araşdırmada...
ELEKTRON VERGİ XİDMƏTİNİN MÜASİR VƏZİFƏLƏRİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə Elektron vergi xidmətlərinin cari vəzifələrinin təhlili və qiymətləndirilməsi, vergi idarələri və digər məsul şəxslər bu texnologiyaların məqsədəuyğunluğunu müəyyən edə bilirlər. Elektron vergi xidmətlərinin ef...