TARİXİ ŞƏHƏR VƏ TARİXİN İZLƏRİNİ GÜNÜMÜZƏ DAŞIYAN MEMARLIQ İNCİLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5
Abstract
Xülasə Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. 2700 ildən çox yaşı olan tarixi şəhərin kökləri bizim eradan əvvəllərə kimi uzanır. 1772-ci ildə fəlakətli sel axını nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə dağılır. XVIII əsrin ikinci yarısında yenidən tikilmiş Şəki şəhəri özünün vahid bir üslubu və memarlığında səmərəli istifadə edilmiş yerli təbiətin gözəlliyi ilə vəhdət təşkil edən dərə-təpəli relyefdə yerləşən tarixi tikililəri ilə göz oxşayır. Günümüzə gəlib çatan tarix-memarlıq abidələrinin də əksəriyyəti həmin dövrdə qurulub, yaradılmışdır. Tarixi abidələri və planlaşdırma quruluşunun əksər hissəsini günümüzədək yaxşı saxlamış Şəki şəhərinin tarixi hissəsində 24 noyabr 1967-ci il tarixində Azərbaycan SSR Nazirlər Sovetinin 594 nömrəli qərarı ilə “Yuxarı Baş” Tarix Memarlıq Qoruğu yaradılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 07 iyul 2019-cu il tarixində Bakıda keçirilən 43-cü sessiyasında Şəki Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 283 hektar ərazini əhatə edən qoruqda dünya, ölkə və yerli əhəmiyyətli 83 abidə dövlət tərəfindən qeydiyyata alınaraq mühafizə olunur. Dövlət qeydiyyatına götürülmüş abidələrin sırasında məscidlər, minarələr, karvansaraylar, hamamlar və başqa tarixi əhəmiyyətli tikililərlə yanaşı şəxsi mülklər - yaşayış evləri də mühafizə olunurlar. Sözügedən abidələr tarixin izlərini günümüzə daşıyan memarlıq inciləridir. Bu məqalədə məqsəd Şəkinin tarixinə qısa da olsa nəzər salmaq, böyük ipək taciri olan Hüseynbəyovların mülkləri ilə tanış olmaqdır.
Authors and Affiliations
Sevil Mirzəliyeva
BİZNES MÜHİTİ VƏ ONUN İDARƏ EDİLMƏSİ YOLLARI
Xülasə Biznes istehsal, malların satışı və ya xidmətlərin göstərilməsi yolu ilə gəlir əldə etməyə yönəlmiş fəaliyyətdir. Biznesin əsas məqsədi müştərilərin ehtiyaclarını ödəmək və mənfəət əldə etməkdir ki, bu da effek...
SİMİN RƏQSİ TƏNLİYİ ÜÇÜN OPTİMAL İDARƏETMƏ MƏSƏLƏSİNİN FƏRQ APROKSİMASİYASI
Xülasə Təqdim olunan işdə simin rəqsi tənliyi üçün sərhəddə idarəedici funksiya olan halda optimal idarəetmə məsələsinə baxılmışdır. Məsələnin həllinin varlığı isbat olunmuş, məqsəd funksiyasının qradiyenti üçün ifadə...
YARIMKEÇİRİCİ OPTİK KVANT GENERATORU VƏ ONUN ELEKTROENERGETİKA SİSTEMLƏRİNƏ TƏTBİQİ
Xülasə Optik kvant generatorların köməyi ilə böyük intensivlikli nöqtəvi və ya müstəvi işıq mənbələri almaq mümkün olur. Elektrik enerjisi yarımkeçirici kvant generatorları vasitəsi ilə işıq enerjisinə çevrilir. Belə...
INTERNATIONAL PRESERVATION PROCEDURES FOR REFUGEES AND ASYLUM SEEKERS WITHIN THE EUROPEAN UNION
Abstract The article scrutinizes international protection procedures for refugees and asylum seekers within the European Union. That is why the main goal of the article is the study of procedures for protecting refuge...
CƏNUBİ QAFQAZ TÜRKLƏRİNİN MƏİŞƏT HƏYATINDA XALÇA MƏMULATLARININ YERİ
Xülasə Təbiətimiz kimi rəngarəng olan xalçalarımız Allahın bizə bəxş etdiyi bütün gözəllikləri - səmaya aid maviliyi, təbiətə aid yaşıllığı, çiçəklərə aid rəngarəngliyi, Qafqaz dağlarının zirvəsində yer tutmuş ağ rəng...