Təhsil və motivasiya: şagirdlərin öyrənmə həvəsinin artırılması üçün pedaqoji strategiyalar
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 1
Abstract
Təhsil cəmiyyətin inkişafını əks etdirən və dövlətin sosial sifarişinə əsaslanan, fasiləsiz və mürəkkəb bir prosesdir. Bu proses pedaqoji və psixoloji baxımdan çoxşaxəli olmaqla, uzunmüddətli nəticələr verir və birgə səy tələb edir. Cəmiyyətin inkişaf səviyyəsi böyük ölçüdə təhsilin keyfiyyəti ilə müəyyən olunur. Bu gün təhsil, millətin gələcəyinin əsasını təşkil edən mühüm amildir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Təhsil millətin gələcəyidir.” Bu mənada, təhsil dövlətin prioritet sahələrindən biri olub, pedaqoji prosesin nəticələri və dəyəri baxımından xüsusi diqqət mərkəzindədir. Təhsilin keyfiyyətli olması onun effektiv idarə edilməsindən başlayır. Elmi-texniki tərəqqinin sürətləndiyi və informasiyaların artdığı qloballaşan dövrdə təhsilin idarə edilməsi məsələsi daha da aktual olub. Bu baxımdan, ümumtəhsil məktəblərində pedaqoji, psixoloji və sosioloji cəhətdən əsaslandırılmış idarəetmə sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Məqalədə təhsil və motivasiya, şagirdlərin öyrənmə həvəsinin artırılması üçün pedaqoji strategiyalar təhlil predmetinə çevrilir.
Authors and Affiliations
Şəms Səruhanova
AZƏRBAYCANIN ÖZƏL ŞİRKƏTLƏRİNDƏ İŞ ŞƏRAİTİNİN KEYFİYYƏTİNİN ƏMƏK POTENSİALININ REALLAŞDIRILMASINA TƏSİRİ
Xülasə Azərbaycanın özəl sektorunda iş şəraitləri müxtəlifdir. Bəzi böyük şirkətlər beynəlxalq standartlara uyğun olaraq yaxşı iş şəraitinə sahibdir. Bunlar sağlamlıq sığortası, sport və əyləncə imkanları, işçilər üçü...
Müasir linqvistik və linqvodidaktik məsələlər
“Muasir linqvistik və linqvodidaktik məsələlər” dedikdə, müasir dilçilikdəki bütün məsələlər və istənilən bir dilin dil öyrənmə metodları, bunlarla bağlı bütün problemlər nəzərdə tutulur. Ümumiyyətlə, müasir linqvistika...
EVRİPİDİN “MEDEYA” FACİƏSİNDƏ MEDEYA ÖZÜNÜTƏSDİQ MÜCƏSSƏMƏSİ KİMİ
Xülasə Məqalədə Medeya obrazı, onun öz övladlarını öldürməsi məsələsinə diqqət edilir. Evripidin eyni adlı əsərinə istinad edərək qəhrəmanın daxili aləmi, qəlb ağrıları, səmimi etirafları təsvir edilir. Obrazın psixol...
Təhsil paradiqmaları və tərbiyə problemləri
Məqalədə müasir təhsil pedaqogikasının əsasları əks etdirilir. Təhsil prosesində vacib olan nümunələr ön plana çəkilir, mühüm nümunələr vurğulanır. Müəllif tərbiyə prosesini insan həyatının mənası kimi qeyd edir. Qeyd o...
INTERNATIONAL JURISDICTION OF THE COURTS OF THE REPUBLIC OF AZERBAIJAN IN COMMERCIAL DISPUTES WITH FOREIGN ELEMENTS
Abstract When citizens and legal entities of the Republic of Azerbaijan, foreign persons need judicial protection, they should first of all pay attention to the issues of jurisdiction and take into account the limits...