TURİZMDƏ İSTEHLAKÇI DAVRANIŞLARININ QƏRAR QƏBULUNA TƏSİRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5

Abstract

Xülasə İstehlakçı davranışına təsir edən amillər İnsanlar həm şəxsi həyatlarının, həm də peşəkar fəaliyyətlərinin hər mərhələsində daim qərarlar qəbul etməli olurlar. İstehlakçı davranışı fərdlərin, məhsul və xidmətlərin satınalınması ilə bağlı qərarlarını özündə ehtiva edən mürəkkəb bir prosesdir. Ümumiyyətlə, bu proses istehlakçıların satınalma ilə bağlı qərar qəbul etmələrini təmin etmək üçün əsas çərçivəni təyin edir. İstehlakçı bu prosesdən keçərkən, müxtəlif amillərlə, o cümlədən mədəni təsirlər, sosial mühit, şəxsi xüsusiyyətlər və psixoloji vəziyyət kimi amillərlə qarşılıqlı əlaqədə olur. Bu amillər istehlakçıların seçimlərinə, dəyərlərinə və satın alma qərarlarına öz təsirlərini göstərə bilərlər. Qərar onun keçmişlə davranışını və gələcəyə təsiredici nəticələrini əks etdirir. Gələcək, qərar qəbulu ilə bağlı bütün tədqiqatların əsasını təşkil edir. Çünki, gələcək qeyri-müəyyənliklərlə doludur. Qərar verən şəxs gələcəyin şərtlərini artıq bu gündən təxmin edir. Bu təxminə əsasən qərarverən qeyri-müəyyənliyi aradan qaldırmaqla doğru qərarlar verə bilər. Qərar nəticəsi bəlli olmayan gələcək hadisələri yaradan fəaliyyət formasıdır (Dinçer, Fidan, 1996). Beləki, qərar gələcəyə yönəlmiş bir hərəkətdir və davranışla birbaşa əlaqəlidir (Tosun, 1986). Bazarın qloballaşmasının meydana çıxması, alternativ məhsulların artması və pərakəndə satış kanallarının daha sürətli bir şəkildə reklam olunması istehlakçıların qərar vermələrini getdikcə çətinləşdirir (Wash, 2001). Yüksək səviyyədə inkişaf etmiş marketinq mühitinin formalaşması firmaların rəqabətdə üstünlüy əldə etmələrinin çıxış yolunu məhz istehlakçının psixologiyasını nəzərə almaqda və birdə istehlakçının bu və ya digər qərarı qəbul etməsinin səbəbini anlamaqda görür. Marketinqin strukturunu və məzmununu kompleks şəkildə müəyyən edən istehlakçıdır.

Authors and Affiliations

Nicat Əlicanov

Keywords

Related Articles

AKADEMİK DİSKURSDA METAFORLAŞMA

edən, bu gün də özünü büruzXülasə Məqalə tədris prosesində akademik diskursdan bəhs edir. Akademik diskurs müəllim və tələbə arasında qarşılıqlı əlaqəni müəyyən etmək üçün ifadə edilir. Məqalədə bildirilir ki, akademi...

“AZƏRCONNECT” ŞİRKƏTİNİN NÜMUNƏSİNDƏN İSTİFADƏ EDİLƏN LAYİHƏDAXİLİ KOMMUNİKASİYALARIN LAYİHƏLƏRİN UĞURUNA TƏSİRİNİN TƏHLİLİ

Xülasə Bu məqalədə layihədaxili kommunikasiyalardan istifadənin xüsusiyyətləri müzakirə olunur. Məlumdur ki, effektiv kommunikasiya layihələrin uğurlu idarə olunmasında əsas amildir. Bu, layihə komandalarına birlikdə...

PURPOSE AND ADVANTAGE OF CHATBOTS

10.36719/2663-4619/102/258-263

ERMƏNİ TERRORU VƏ QARABAĞIN TARİXİ-DİNİ ABİDƏLƏRİ

Xülasə Məqalədə Qarabağda olan tarixi-dini abidələrimizin erməni işğalı dövründə terrora məruz qalması, işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, abidələrimizin bərpa olunaraq yenidən h...

PARAZİTAR XƏSTƏLİKLƏRİN ERKƏN DİAQNOSTİKASI

Xülasə Ekzosomlar təxminən 30-120 nm ölçüdə olub, erkən endosomlardan formalaşır. Ekzosomlar müxtəlif xəstəliklərin biomarkeri kimi hələlik az öyrənilmiş diaqnostik və terapevtik vasitədir. Onların identifikasiyası p...

Download PDF file
  • EP ID EP748395
  • DOI 10.36719/2663-4619/102/133-138
  • Views 32
  • Downloads 0

How To Cite

Nicat Əlicanov (2024). TURİZMDƏ İSTEHLAKÇI DAVRANIŞLARININ QƏRAR QƏBULUNA TƏSİRİ. Scientific Work, 18(5), -. https://europub.co.uk/articles/-A-748395