TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI

Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 3

Abstract

Xülasə Azərbaycanda qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı sahələrinə: heyvandarlıq, bitkiçilik, çayçılıq, tütünçülük, arıçılıq, ipəkçilik və s. aiddir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər cərçivəsində baramaçılıq və ipəkçilik sahəsinin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycanda son vaxtlar yaradılmış tut ipəkqurdu cinslərin çarpazlaşdırılması nəticəsində alınmış hibridlərin hər tərəfli öyrənilməsi, onlardan ipək məhsuldarlığına, xüsusilə baramaların texnoloji göstəricilərinə və ekoloji dözümlülüyünə görə daha yaxşılarının seçilib rayonlaşdırılması planlı qaydada aparılan seleksiya tədqiqat işlərinin yekun mərhələsini təşkil edir. Respublikamızın aran rayonları üçün istiliyə dözümlü tut ipəkqurdu cins və hibridlərinin seleksiyaçılar tərəfindən yaradılmasına aid elmi-tədqiqat işlərinə hələ 1965-1973-cü illərdə başlanılmışdır. Azərbaycan ipəkçilik elminin görkəmli nümayəndəsi, Az.EA-nın müxbir üzvü, b.e.d., professor R.A.Hüseynovun rəhbərliyi altında ölkəmizin aran rayonlarında yemləmələri aparılmış Aran, Yaşar cinsləri və onların düzünə və tərsinə hibridləri yaradılmışdır (Abbasov, 2009). Təcrübələr 2 müxtəlif mühitdə (optimal və pessimal) aparılmışdır. Optimal mühit kimi 1958-ci ildən Z.A.Axundov tərəfindən Azərbaycan Respublikası yemləmələri üçün tövsiyə edilmiş aqrozootexniki normalardan, pessimal mühit kimi tərəfimizdən hazırlanmış yeni aqrozootexniki normalardan istifadə edilmişdir (Abbasov, 2010). Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Tut ipəkqurdu seleksiyası laboratoriya”sında yaradılmış Uğur, Ordubad-1, Ordubad-2, Muğan-1 və Muğan-2, Gürcüstan ETİİ-dan introduksiya olunmuş Mizuri-1 və Muziri-5 və nəzarət olaraq Mayak-2 və Mayak-3 cinslərindən, və Mayak-2×Mayak-3 hibridindən istifadə olunmuşdur (Məmmədov, 2019).

Authors and Affiliations

Rasimə Hüseynova, Səfa Musayeva

Keywords

Related Articles

MİNERAL GÜBRƏ FONUNDA ÜZVİ GÜBRƏLƏRİN PAMBIQ VƏ SORQO BİTKİSİNİN MƏHSULDARLIQ VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ

In order to study the influence of organic fertilizers against the background of minerals on the yield and quality of cotton and sorghum, experiments were laid under the conditions of gray-meadow soil of the Shirvan zone...

ŞƏKƏR ÇUĞUNDURU AQROSENOZLARINDA YAYILMIŞ MƏNƏNƏLƏR

Xülasə Şəkər çuğunduru son illər Respublikamızda ciddi önəm verilən əkinçilik sahələrinə çevrilmişdir. İqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafı üçün dövlət tərəfindən hərtərəfli tədbirlər həyata keçirilir. Res...

UZUN SÜRƏN NEONATAL SARILIQ HALLARININ BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Hal-hazırda yeni doğulmuş körpələrin ən aktual problemlərindən biri də neonatal sarılıqlardır. Neonatal sarılıqlar vaxtında doğulmuş körpələrin təxminən yarısında, vaxtından erkən doğulmuş körpələrin isə 75-80...

GENETİK ŞƏRTLƏNMİŞ XƏSTƏLİKLƏRİN EPİDEMİOLOJİ XARAKTERİSTİKASI

Məqalədə genetik şərtlənmiş xəstəliklərin epidemiologiyasına dair qısa məlumatlar verilmiş və son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Genetik şərtlənmiş xəstəliklər sağl...

TOXUMSƏPƏN MAŞINLAR

Toxumsəpən maşınlar səpin üsulundan asılı olaraq: cərgəvi, darcərgəli, dağınıq, dən-gübrə-dən-gübrə-ot, dən-gübrə, kətan səpən; traktorla aqreqatlaşmalarına görə isə qoşma və asma olurlar. Toxumsəpən maşınlar səpin sahəs...

Download PDF file
  • EP ID EP748939
  • DOI 10.36719/2707-1146/42/35-39
  • Views 48
  • Downloads 0

How To Cite

Rasimə Hüseynova, Səfa Musayeva (2024). TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI. Nature & Science, 6(3), -. https://europub.co.uk/articles/-A-748939